"DeepSeek"in arxasında kim var?

Elm və texnologiya 16:15 29.01.2025

ABŞ-ın texnologiya nəhəngləri illərdir Çin şirkətlərinin süni intellekt sahəsində onları kölgədə qoyacağından narahatdır. Bu qorxu bu həftə gerçəyə çevrildi, lakin gözlənilməz bir yerdən - indiyədək adı çox da eşidilməmiş "DeepSeek" adlı startapdan.

"EDnyus" xəbər verir ki, Çində texnologiya sektoru deyildikdə adətən "Baidu", "Alibaba", "Tencent" və "Xiaomi" kimi nəhənglər ağla gəlir. Ancaq iOS tətbiq mağazasının zirvəsinə çıxan və ABŞ birjalarını sarsıdan süni intellekt tətbiqi bu şirkətlərdən heç birinə aid deyil. Cəmi iki il əvvəl qurulan "DeepSeek" süni intellekt yarışında analitiklərin "Sputnik anı" kimi qiymətləndirdiyi bir hadisəyə imza atıb.

Açıq süni intellekt modelinə qarşı Çinin gedişi

ABŞ-lıları daha çox narahat edən isə "DeepSeek R1" adlı süni intellekt modelinin cəmi 6 milyon dollarlıq büdcə ilə hazırlanmasıdır. Müqayisə üçün, "OpenAI"ın ən böyük investoru olan "Microsoft" təkcə 2024-cü ildə süni intellekt infrastrukturu üçün 80 milyard dollar ayırmağı planlaşdırır.

Bu vəziyyət "DeepSeek"in arxasında kimin dayandığını və necə bu qədər qısa müddətdə belə böyük bir uğura imza atdığını daha da maraqlı edir.

"DeepSeek"in əsrarəngiz qurucusu

"The Guardian" xəbər verir ki, "DeepSeek" 2023-cü ilin mayında yaradılıb və onun qurucusu Çinin Quandun əyalətindən olan hedge fon meneceri Lianq Venfenqdir. O, yüksək mənfəət əldə etməyi hədəfləməyən, sırf araşdırmalara yönəlmiş bir süni intellekt institutu qurmaq istədiyini bildirib.

"DeepSeek" ötən il də daha erkən bir süni intellekt modeli təqdim edərək texnologiya sektorunda maraq doğurmuşdu. O zaman Lianq Çin mediasına verdiyi açıqlamada bu sözləri demişdi:

"Bizim məqsədimiz nə pul itirmək, nə də böyük mənfəət əldə etməkdir. Fərasətlə varlanmaq üçün deyil, texnologiyanın ön cəbhəsində yer almaq və süni intellekt ekosisteminin inkişafına töhfə vermək üçün buradayıq".

Lianqın bir çoxları üçün müəmmalı şəxs olması da diqqət çəkir. Onun yeganə fotolarından biri Çin televiziyası CCTV-dən alınmış bir ekran görüntüsüdür.
"DeepSeek"in maliyyə dayağı: "High-Flyer Capital"

"DeepSeek"in tədqiqatlarını Lianqın 2015-ci ildə qurduğu "High-Flyer Capital" adlı hedge fonu maliyyələşdirir. Zeyanq Universitetində elektron informasiya mühəndisliyi üzrə təhsil alan Lianq daha sonra süni intellekt sahəsinə yönəlmək üçün böyük proqram təminatı şirkətlərində çalışıb.

"High-Flyer Capital" süni intellekt proqramlarından istifadə edərək səhmlərin qiymətindəki tendensiyaları müəyyənləşdirmək və bu yolla böyük sərvət qazanmaqla tanınır. 2021-ci ildə yayımlanan bir hesabatda fondun idarəsində olan aktivlərin ümumi dəyərinin 100 milyard yuanı (təxminən 13,8 milyard dollar) keçdiyi bildirilmişdi.

Həmin dövrdə Lianqın əlində böyük miqdarda "Nvidia" GPU çipləri olduğu barədə də şayiələr yayılmışdı. İddialara görə, 2021-ci ildə o, şəxsi istifadəsi üçün 10 minədək "Nvidia" çipi almışdı, bu isə həmin vaxt Çində ən iri texnologiya şirkətlərindən başqa heç kimdə yox idi.


Lianq 2023-cü ildə bu barədə danışaraq belə bir açıqlama vermişdi:

"Çoxları bunun arxasında gizli bir biznes planı olduğunu düşünəcək, amma gerçək səbəb sadəcə maraqdır".


ABŞ-ın çip embarqolarına baxmayaraq 


Lianqın "marağı"nın zamanlaması da təsadüfi deyil. 2022-ci ildə ABŞ prezidenti Co Bayden Çin şirkətlərinin qabaqcıl süni intellekt texnologiyalarına çıxışını məhdudlaşdırmaq üçün yarımkeçiricilərə ciddi ixrac qadağaları tətbiq edib.


Bunun nəticəsində "Nvidia"nın qabaqcıl H100 çiplərinin Çinə satışı qadağan edilib. Şirkət Çin bazarı üçün daha zəif versiya - H800 çiplərini hazırlayıb, lakin 2023-cü ildə ABŞ bu çiplərin də satışını qadağan edib.


Lianq bu məsələyə toxunaraq bildirib: 

"Bizim üçün heç vaxt əsas problem maliyyə olmayıb. Ən böyük çətinliyimiz müasir çiplərə qoyulan sanksiyalar olub"


"DeepSeek" yalnız Çinli mühəndislərlə çalışır

"DeepSeek"in işçi heyəti də fərqli strategiya izləyir. Şirkət əsasən Çində təhsil almış yerli mühəndislər və proqramçılarla işləyir. Hanqçou şəhərində yerləşən kampus ABŞ və ya digər ölkələrdən mütəxəssisləri cəlb etmək əvəzinə, Çində yetişmiş istedadlı şəxslərə üstünlük verir.
 
 Maraqlıdır ki, Hanqçou eyni zamanda e-ticarət nəhəngi "Alibaba"nın da qərargahının yerləşdiyi şəhərdir.

"DeepSeek"in uğuru Çinli alimlərin ABŞ-ın maneələrini aşmaq üçün bir yol tapdığına işarə edə bilər. Bu, ABŞ-ın ixrac məhdudiyyətlərini daha da sərtləşdirməsinə səbəb ola bilər və ya bu məhdudiyyətlərin heç bir nəticə vermədiyini göstərərək fərqli bir yanaşmaya yol aça bilər.

Şübhələr və tənqidlər

Buna baxmayaraq, bəzi analitiklər "DeepSeek"in iddialarına ehtiyatla yanaşır. ABŞ-lı süni intellekt sahibkarı Aleksandr Vanq CNBC-yə açıqlamasında "Çin laboratoriyalarında insanların düşündüyündən daha çox H100 çipi var" deyərək "DeepSeek"in gizli çip ehtiyatına sahib ola biləcəyini bildirib.

Jurnalist Karen Hao isə X platformasında paylaşım edərək "DeepSeek"in innovasiyasının məhz bu məhdudiyyətlər sayəsində mümkün olduğunu iddia edib.

Digər tərəfdən, şirkətin "Nvidia" kimi iri texnologiya şirkətlərindən yüksək maaşlar təklif edərək istedadlı mütəxəssisləri transfer etdiyi bildirilir. "Zhipin" iş platformasında "DeepSeek"in mühəndislərinə aylıq 60 min yuan (təxminən 8,300 dollar) maaş təklif etdiyi görünür. Bu rəqəm "Tencent" və digər texnologiya nəhənglərində orta hesabla 35 min yuan civarındadır.

Bütün bunlara baxmayaraq, Lianq Venfenq diqqətdən kənarda qalmağa üstünlük verir. Onun bir sinif yoldaşı Çin mediasına bildirib ki, Lianq son günlərdə əlaqə saxladıqda "Çin Yeni ili üçün vətənə dönəcəyini, lakin gizlənəcəyini" söyləyib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Brüs Li muzeyi qapılarını bağlanır
06:07 05.07.2025
Qulaqcıq taxanlar bunu oxumalıdır
05:34 05.07.2025
Neyron şəbəkələr KİV-lərin trafikinin azalmasına səbəb olur
05:02 05.07.2025
Neandertallar niyə "yağ fabriki" qurmuşdular?
04:27 05.07.2025
Keti Perri və Orlando Blum rəsmi olaraq ayrıldı
03:55 05.07.2025
Partey Cinsi təcavüzdə ittiham olunur
03:24 05.07.2025
Almaniyada könüllü hərbi xidmət tətbiq ediləcək
02:51 05.07.2025
400-dən çox delfin özünü sahilə atıb
02:10 05.07.2025
Qlobal istiləşmə dünyada süd istehsalını kəskin azalda bilər
01:48 05.07.2025
2 milyard dollarlıq "Bitcoin" oğrulandı
01:17 05.07.2025
Avstraliyada kişi son dərəcə nadir virusdan öldü
00:46 05.07.2025
UEFA Çelsini cərimələdi
00:31 05.07.2025
Xeops piramidasını kimlərin tikdiyi məlum oldu - Piramidaları qullar tikməyib
00:16 05.07.2025
Bu gün Aşuradır
00:01 05.07.2025
CAR-da güclü partlayış qeydə alınıb
23:36 04.07.2025
ABŞ-də daşqınlar nəticəsində 13 nəfər ölüb
23:01 04.07.2025
"İran-İsrail münaqişəsi təkrarlanmamalıdır"
22:31 04.07.2025
Ruzanna Məmmədova Avropa çempionu olub
22:16 04.07.2025
Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının finalına yüksəlib
22:11 04.07.2025
Ruanda Demokratik Konqoya inanmır
21:58 04.07.2025
İran İsrailin Vetsman xərçəng tədqiqat laboratoriyasını məhv edib
21:33 04.07.2025
Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb
21:09 04.07.2025
"Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik"
20:44 04.07.2025
"Rusiya sülhə hazır deyil"
20:29 04.07.2025
"Biliklərin qiymətləndirilməsi olduqca mürəkkəb sahədir"
20:05 04.07.2025
İrəvanda Samvel Karapetyana dəstək aksiyası başlayıb
19:53 04.07.2025
Mertz Trampla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib
19:38 04.07.2025
Ermənistan Rusiyaya nota verdi
19:28 04.07.2025
Tramp Makron və Meloni ilə telefonla danışıb
19:18 04.07.2025
"Müharibə İranın nüvə problemini həll etməyəcək"
19:03 04.07.2025
Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:48 04.07.2025
İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşdü
18:32 04.07.2025
Şəmkirdə 3 uşaq çayda batıb
18:17 04.07.2025
Qazaxıstan Xankəndidə Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb
18:02 04.07.2025
Zelenski və Tramp arasında telefon danışığı olub
17:47 04.07.2025
Ərdoğan və Pezeşkian Xankəndidə görüşdülər
17:32 04.07.2025
Ərdoğan Xankəndidə Şahbaz Şəriflə görüşüb
17:26 04.07.2025
“Azərbaycanla Özbəkistan parlamentlərarası formatda da əməkdaşlığın yeni səhifəsini açdı”
17:10 04.07.2025
ESCAP-ın 82-ci sessiyası Bakıda keçiriləcək
16:56 04.07.2025
Sabiq rəis elektron qolbaqda gəzəcək
16:41 04.07.2025
Hamısı