Fevralın 9-da Rusiyanın Azərbaycandakı səfirliyinin Konsulluq bölməsi əməkdaşlarının Minskdən Bakıya ekstradisiya olunan Aleksandr Lapşinlə görüşü baş tutub.
Bunu Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat attaşesi Denis Apaşkin deyib.
D.Apaşkin qeyd edib ki, A.Lapşinin saxlanma şəraitindən şikayəti yoxdur:
"O, vəkillə təmin edilib, telefonla danışmasına imkan yaradılıb. Özünü yaxşı hiss edir".(trend)