Bakıdakı universitetlər “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Cəmiyyət 21:51 09.09.2017

Yeni tədris ilinə çox az müddət qalıb. Bu baxımdan tələbələrin mənzil problemi də aktuallaşıb. Məlumdur ki, ali təhsil müəssisələrinə qəbul olunanlar arasında regionlarda yaşayan gənclərin sayı kifayət qədərdir. Rayonlardan gələn tələbələrin əksəriyyətinin kirayədə qalmağa maddi imkanı olmur. Amma çətinlik ondadır ki. yataqxanalar da çatışmır.

Maraqlıdır, hansı ali təhsil müəssisələri öz tələbələrini yataqxana ilə təmin edə biləcək?

Bu sualla bir neçə ali təhsil müəssisələrinə müraciət edilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli:

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin beş tələbə yataqxanası var. Onun dördündə erməni işğalı nəticəsində öz torpaqlarından didərgin düşmüş məcburi köçkünlər məskunlaşıb. Bu səbəbdən tələbələrimizi ora yerləşdirə bilmirik.  Yalnız 2 nömrəli tədris binasında fəaliyyət göstərən yataqxanada təxminən 200-ə qədər tələbə yerlə təmin edilə bilər.  Yerləşdirmə zamanı daha çox aztəminatlı, şəhid və məcburi köçkün ailələrinin övladlarına üstünlük verilir”.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidməti:

“Hazırda bir yataqxanamız mövcuddur. Burada təxminən 90 tələbə yerləşdirmişik. Eyni zamanda, həmin binada 12 məcburi köçkün  ailəsi məskunlaşıb. Lakin indi yataqxanada yer yoxdur. Bu səbəbdən tələbələrimizi yerləşdirə bilmək üçün qonşu universitetlərin yataqxanalarına müraciət edirik. Planda yeni yataqxananın inşası nəzərdə tutulur və bununla bağlı danışıqlar gedir”.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Ağa Cəfərli:

"ADU-nun oğlan və qızlar üçün ayrıca iki yataqxanası var. Oğlanlar üçün yataqxanada məcburi köçkünlər məskunlaşıb. Qızlar üçün yataqxananın iki blokunda da köçkünlər yaşayır, iki blok isə tələbə qızların ixtiyarına verilib və tam təmirlidir. Burada 200 tələbənin qalması üçün bütün imkanlar var. ADU-da yuxarı kursda təhsil alan tələbələr istənilən vaxt yataqxanada qalmaq üçün müraciət edə bilərlər. Ali təhsil müəssisəsinə yeni qəbul olunan qızlar isə qeydiyyatdan keçdikdən sonra ərizə ilə rəhbərliyə müraciət etməlidirlər. 
Eyni zamanda, yaşayış yerindən və ailə tərkibi haqqında arayış da təqdim edilməlidir. Yataqxanada qalan tələbələr üçün aylıq ödəniş 20 manatdır. Ancaq hər bir tələbənin yataqxanada qalması 75 manata başa gəlir. Bunun 55 manatını universitet öz üzərinə götürüb, 20 manat isə tələbələr tərəfindən ödənilir. Yataqxanadakı mənzillər 2-3 otaqlıdır. Hər otaqda bir nəfərin qalmasına icazə verilir. Rektor Kamal Abdullanın təşəbbüsü və göstərişi ilə hazırda qızlar üçün yataqxanada gözəl bir kitabxana tikilir”.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidməti:

“Universitetin 2 və 3 saylı yataqxanaları qızlar üçün, 1 və 6 saylı yataqxanaları oğlanlar üçün, 5 saylı yataqxana isə bütövlükdə xarici tələbələr üçün nəzərdə tutulub. Yəni 5 yataqxanamız tələbələrin istifadəsindədir. Bir yataqxanada isə köçkünlər məskunlaşıb.

Yataqxanamızın 1200 nəfərə yaxın tutumu var. Hazırda yataqxanaya tələbələrin yerləşdirilməsi prosesi gedir. 110 nəfərə yaxın I kurs tələbəsi, 30 nəfər civarında yuxarı kurs tələbələrinə yer vermişik, eyni zamanda hardasa 1000 nəfərə yaxın köhnə tələbələrimiz yataqxana ilə təmin olunub. Hər gün üç-beş nəfər tələbə yataqxana üçün müraciət edir. Düşünürük ki, Azərbaycan Tibb Universitetinin tələbələri  yataqxanada yerləşdirmə problemi yoxdur və onları yataqxana ilə təmin etmək imkanımız var. Ola bilər, xarici tələbələrdə müəyyən çətinliklər yaransın. Lakin onları da imkan daxilində yataqxana ilə təmin edirik. Qeyd edim ki, yataqxana bütün tələbələr üçün ödənişli deyil. IV, V, VI kurs tələbələri pulsuz qalırlar. Yataqxanadakı otaqların şərait və tutumundan asılı olaraq qiymətləri dəyişir”.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev:

“Azərbaycan Texniki Universitetinin yataqxana kompleksi mövcuddur. Vaxtilə Azərbaycandakı  ali təhsil  müəssisələri içində ən böyük yataqxana kompleksi Texniki Universitetdə olub. Yataqxana 6 korpusdan ibarətdir. Amma hazırda yataqxananın 5 korpusunda məcburi köçkünlər yaşayır. Yalnız bir korpusun üç mərtəbəsindən tələbələr üçün istifadə edə bilirik. Tələbələrin istifadə etdiyi yataqxana korpusunun birinci və ikinci mərtəbəsində məcburi köçkünlər üçün  orta məktəb fəaliyyət göstərir. Üç mərtəbədə 220 tələbə yerləşdirə bilirik. Onlar universitetin Tələbə Həmkarlar İttifaqı tərəfindən müəyyən edilən sosial vəziyyəti zəif, kirayədə qalmağa imkanı olmayan tələbələrdir.
Təbii ki, hazırda tələbələr yataqxanada qalmaq üçün müraciət edirlər.  Lakin qeyd etdiyim kimi, yataqxanada məcburi köçkünlər yaşadığına görə tələbələri yerləşdirə bilmirik”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Bəhruz Nəzərov:

“Universitetin 7 binadan ibarət yataqxanası var idi. Onun altısı sökülüb, biri qalıb. Bir yataqxana 320 nəfərlikdir. Bu yataqxanada 4 otağın aylıq qiyməti 35 manatdır. Əsasən əcnəbi tələbələr  müraciət edirlər. Hazırda 1000 nəfərlik böyük və müasir standartlara cavab verən yataqxana inşa olunur. 2018-ci ilin sentyabrın 15-də istismara veriləcək”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat xidməti:

“Universitetin 5 yataqxanası olsa da, hamısında məcburi köçkünlər məskunlaşıb və buna görə də tələbələrə yataqxana xidməti təklif edə bilmirik”. (modern.az)

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Hamısı