Azərbaycanda həbsdə olan bloqqer Aleksandr Lapşinin intihara cəhd etməsi ilə bağlı bəzi təfərrüat məlum olub.
A.Lapşin saxlanıldığı kamerada özünü asmağa cəhd edib.
Penitensiar Xidmətin əməkdaşlarının sayıqlığı nəticəsində onun intihar etməsinin qarşısı alınıb. O, dərhal Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb.
Məlumata görə, hazırda A.Lapşinin səhhəti normaldır. (report)