Dünən vəfat edən Əməkdar İncəsənət xadimi Aşıq Ədalət Nəsibov doğulduğu Qazax rayonunda dəfn olunub.
Qazaxda yaşayan gənc şair Taleh Mansurun verdiyi məlumata görə, Mədəniyyət Evində keçirilən vida mərasimindən sonra aşığın cənazəsi Ağköynək kənd qəbiristanlığına gətirilib və torpağa tapşırılıb.
Mərasimdə Aşıq Ədalətin ailə üzvləri, yaxınları ilə yanaşı, Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi və başqaları iştirak edib.(apa)