Bakıda “Dini və milli tolerantlıq - millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” mövzusunda Beynəlxalq Forum keçirilib

Cəmiyyət 10:34 17.09.2017
Sentyabrın 16-da Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Dini və milli tolerantlıq - millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” mövzusunda Beynəlxalq Forum keçirilib.
 
Forum dünyanın müxtəlif ölkələrindən dəvət olunan qonaqları, jurnalistləri və ekspertləri Azərbaycandakı tolerantlıq ənənələri ilə daha yaxından tanış etmək məqsədi ilə təşkil olunub.
Forumu açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev belə tədbirlərin keçirilməsinin sülhün, tolerantlığın, azad, bərabər və birgə yaşayışın, milli münaqişələrin həllinin vacibliyinin dünyaya çatdırılması baxımından çox önəmli olduğunu deyib. Bildirib ki, bu gün sadə insanların milli, dini heysiyyatı, azad və sülh şəraitində yaşamaq kimi təbii hüquqları dünyanın müxtəlif güc mərkəzlərinin nəzarətində olan media qurumlarının əsas hədəfinə çevrilib. Millətlərarası dialoq, dini tolerantlıq, multikulturalizm məsələləri heç zaman bugünkü kimi aktual olmayıb. Məlumdur ki, medianın cəmiyyətimizə təsiri güclüdür. Media bizim fikirlərimizin və davranışlarımızın aynasıdır. Bəzən cəmiyyətdəki ziddiyyətləri kəskinləşdirməsinə, münaqişələri qızışdırmasına baxmayaraq, medianın mövcud problemlərin həll edilməsi üçün töhfə vermək potensialı da çoxdur.
 
Mediadan cəmiyyəti parçalamaq, azlıqlara qarşı nifrət oyatmaq və kütləvi zorakılıqları birbaşa təşviq etmək kimi istifadə edilməsinə dair nümunələr də az deyil. Keçmiş Yuqoslaviyadakı müharibə və Ruandadakı soyqırımı millətlərarası ədavətin qızışdırılması ilə çoxsaylı etnik icmaların parçalanmasında medianın nə dərəcədə güclü rol oynadığına sübutdur.
Bu gün dini inancların təhqir edilməsi, milli və etnik dözümsüzlüyün təşviqi, insanların minilliklər boyu hörmət etdiyi dəyərlərin tapdalanması ilə müşayiət olunan balanslaşdırılmamış, neqativ və birtərəfli məlumatlar bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Yaxın Şərqdə İslam pərdəsi altında törədilən dəhşətli qətllər, Avropa və Amerikada İslam əleyhinə kampaniyaların mediada geniş işıqlandırılması əslində Qərb və Şərq sivilizasiyaları arasında uçuruma gətirib çıxarır.
 
Təkcə Azərbaycan üçün deyil, bütöv dünyamız üçün zəruri olan bu məsələlərin müzakirəyə ehtiyacı olduğunu xatırladan BAMF sədri qeyd edib ki, əsas məqsəd sülhün, tolerantlığın, multikulturalizmin açar elementlerini aydınlaşdırmaq və təşviq etməklə yanaşı, Azərbaycanın tolerantlıq modelinə, tarixi-mədəni irsinə nəzər salmaq, mümkün təcrübələri paylaşmaqdır.
Tədbirdə bildirilib ki, tolerantlıq bir keyfiyyətdir, həyat tərzidir. Bu, bizim fərqliliyimiz və zənginliyimizdir. Tolerantlıq Azərbaycan xalqının xarakteri, özünüifadə formasıdır. Eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Sosial bir hadisə olan tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir.
 
Forumda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Azərbaycanın müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı ölkə olduğunu xatırladıb. Bildirib ki, burada ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında humanizm dəyərlərinin rolu böyükdür.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən söz açan Dövlət müşaviri qeyd edib ki, bu yay 11 ölkədən universitet tələbələri Azərbaycanda multikulturalizmi öyrənmək və öz ölkələri ilə müqayisə aparmaq üçün müraciətlər ediblər. Biz də bu məqsədlə onları Azərbaycana dəvət etdik, müxtəlif bölgələrə səfərlərini təşkil etdik. Səfər çərçivəsində özləri vəziyyətlə tanış oldular. Bu tədbirin iştirakçılarının da belə bir fürsəti var. Onların da bölgələrə gedib Azərbaycan reallıqlarının şahidi olmalarını istəyərdik.
Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur. Biz digər ölkələrlə bu sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırıq. Biz öyrənməyə və öyrətməyə çalışırıq. Biz cəmiyyətlərdə qarşılıqlı anlaşma, bir-birinə dözümlülük şəraitində yaşayan insanların olmasını istəyirik və bunun üçün əlimizdən nə gəlirsə etməyə çalışırıq.
 
Bahar Muradova vurğulayıb ki, hazırda Qərbdəki dəyərlərlə mövcud reallıq fərqlənir. Dəyərlərin reallığa çevirməsi sahəsində medianın ciddi fəaliyyətinə ehtiyac var. Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli mənəvi dəyərlərimiz üzərində qurulub.
 
Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda tarixən mövcud olan dini və milli tolerantlığın dövlət siyasəti səviyyəsinə qaldırılmasının tarixi hadisə olduğunu söyləyib. O vurğulayıb ki, Azərbaycana ilk dəfə gələn insan buranı görəndən sonra onda ölkəmiz haqqında yüksək fikirlər yaranır. Azərbaycan ənənəvi tolerant ölkədir. Azərbaycanda heç vaxt dini zəmində münaqişə olmayıb. Burada yaşayan digər xalqlara qarşı hər zaman hörmətlə yanaşılıb.
Komitə sədri Avropada son günlər davam edən qaçqın problemi haqqında da danışıb, bu problemin əsas səbəbinin dini və milli dözümsüzlük olduğunu deyib. O vurğulayıb ki, dini və məzhəb müharibələri cəmiyyətləri məhvə aparır. Dövlətlər bunun qarşısını almaq üçün çalışmalıdırlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev müzakirə edilən məsələlərlə bağlı medianın görəcəyi işlərdən söhbət açıb. Qeyd edib ki, media dini münasibətlərin tənzimləməsində rol oynaya bilər.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı deyib ki, Azərbaycan mediasında hər zaman dini və mənəvi dəyərlərlə bağlı mövzular ön planda olub. Hazırda milli tolerantlıq mövzusunda mediada saysız-hesabsız informasiyalar var. Mediada dini daha düzgün işıqlandırmaq üçün jurnalistika fakültəsində də dini biliklər verilə bilər.
Sonra Forumun işini panellərdə davam etdirilib.
“Qloballaşma dövründə tolerantlıq. Mədəni müxtəlifliyi olan cəmiyyətlərdə dini və qeyri-dini inanclara tolerant yanaşmada medianın rolu”, “Multikulturalizmin, dinlərarası dialoqun, tolerant mühitin vacibliyi və bu proseslərdə Azərbaycan modeli”, “Ayrı-seçkilik, dözülməzlik və zorakılığın bütün formaları ilə mübarizədə dini və qeyri-dini inancların töhfəsi” mövzularında müzakirələr aparılıb.
Forum iştirakçılarının Quba, Qəbələ, Şəki və Qax rayonlarına səfərləri nəzərdə tutulub.
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:16 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Hamısı