"Oğlumun tez öləcəyini mənə demişdilər" Xanım İsmayılqızı

Cəmiyyət 16:55 10.10.2017
Tanınmış şairə-bəstəkar Xanım İsmayılqızı yenicag.az-a müsahibə verib.
 
- Ad da alın yazısı kimidir. Bəlkə öz adını dəyişsəydin, taleyinin məlum faciəsi də baş verməyəcəkdi. Yəni Xanımın taleyini yaşamayacaqdın...
 
- Oğlum Fəridin ölümündən sonra bir onu düşünürdüm ki, kaş mən ona başqa ad qoyaydım. "Fərid" adının mənası seçilmiş, qeyri-adi, standartlardan uzaq, fərqli deməkdir. Oğlum elə bənzərsiz ömür yaşadı. O, doğulandan fərqli uşaq idi: qıvrım sarışın saçları, uzun kirpikləri, qara gözləri vardı... Küçədə mənə deyirdilər ki, belə uşağı bayıra çıxartmazlar, gözə gələr. Hətta qayınatam gedib Zərdabda demişdi, Əlisəfanın bir oğlu var ki, nəslimizdə elə uşaq olmayıb. Qohum-əqrəba ancaq onun gözəlliyindən danışırdı. Uşağım körpəlikdən gözə gəldi. Xəstəlikləri də qəribə olurdu: əvvəlcə saçları töküldü, sonra gözlərində problem yarandı. Mən onu ovcumun içində əsə-əsə böyütdüm. Onu aparmadığım həkim qalmadı. Heç kim onun saçlarının tökülməsinin səbəbini tapmırdı. Qəribəsi bilirsən nə idi? O sağalırdı, mən xəstələnirdim, o xəstələnirdi, mən sağalırdım. Yaşadığı 34 il ancaq belə keçdi.
 
- Eşitdiyimə görə, səninlə sonuncu dəfə sağollaşması da fərqli olub...
 
- (kövrəlir) Bir gün əvvəl gedib özünə əyin-baş almışdı. Həmin gün səhər duş qəbul etdi. Başdan-ayağa, hətta kəmərinə kimi təzə geyindi. Zarafata saldım mən də... Dedim, xeyir ola, görüşə-filana gedərsən birdən, xəbərim olmaz. Güldü. Qapıdan çıxanda da oynadı mənimçün. Mən də kandarda durub, gözlərimlə liftə qədər onu yola saldım. Liftin ağzında da əllərini sinəsinə qaldırıb, ləzginka oynayırmış kimi bir hərəkət etdi və liftə girdi...
 
Uşağım oynaya-oynaya getdi və... daha gəlmədi. Gülə-gülə yola saldığım balam evinə son dəfə çiyinlərdə qayıtdı.
 
- Fəridin ölümündən əvvəl yuxunu qarışdırmamışdın?
 
- Mən yox, amma özü ölümünü yuxuda görmüşdü. Mən də dedim ki, yuxunu tərsinə yozarlar. Sən bilirsən axı, onun birinci ailəsi dağılmışdı. Övladları da yox idi. Səbəbkar Fərid deyildi. Hətta özü həmişə zarafatla deyirdi ki, Allah bilir hardasa neçə uşağım böyüyür. İllər keçirdi, gəlib 34 yaşına çatmışdı. Deyirdim, ailə qur, sən də ev-eşik sahibi ol. Bir qohum qız vardı, xoşuna gəlirdi. Bir gün dedim ki, ay Allah, bu iş xeyirli olacaqsa, mənə bir işarə göndər. Həmin gün Fərid elə o qızı yuxuda görmüşdü. Görüb ki, hardasa bir tikinti gedir. Həmin qız da yaxınlaşıb ona deyib ki, Fərid, bizim oğlumuz olub. O da təəccüblənib ki, axı biz evlənməmişik, oğlumuz necə ola bilər ki? Deyir, o anda uzaqdan bir fəhlə əl arabasını sürə-sürə gəldi, dayandı ikimizin arasında. Baxdım ki, içində quma basdırılmış bir uşaq var. Uşağı qaldırıb baxanda gördüm ki, bu, mənim körpəliyimdir (səsi titrəyir)...
 
- Bir küçə, bir adam, bir də yalqızlıq...
Bir ölüm, bir küçə və ADAMSIZLIQ...
 
Səhv etmirəmsə, sən bu şeirini 2013-də yazmısan. Və 1 il sonra eyni hadisə sənin övladının başına gəlir. Bu, nə idi belə? Tanrının xəbərdarlığı?
 
- (əllərini dizinə vurur) Bilmirəm ki... Amma o şeiri yazmışdım... Uşağımın da elə ürəyi tutub, küçədəcə keçinib. Sənə bir şeyi deyəcəm: əslində, mən Fəridin ömrünün qısa olacağını bilirdim. Bunu mənə demişdilər. Sən inan ki, düz 10 il mən bu qorxu ilə yaşadım və sonda da qorxduğum başıma gəldi. Mən falçılara, baxıcılara-filan inanmıram. Fəridin də başından qeylüqal əskik olmurdu. Bir gün mənə dedilər ki, Moskvadan bir rus ekstrasens gəlib, gedək onun yanına. Getmirdim, nəsə güc-bəla razı saldılar. Qadın Fəridin şəklinə baxan kimi heyrətləndi. Dedi ki, bu oğlanın içində elə bil bütün orqanlar yerini dəyişib, nəzər-nəfs onun bütün aurasını parçalayıb. Dedi ki, hətta evinizdəki bütün nəzərləri bu uşaq öz üzərinə götürür. Axırda da dedi ki, bu uşağın ömrü çox qısadı -hardasa 30-33... Mən ona sözünü qurtarmağa imkan vermədim. O qədər peşman oldum ki, getməyimə, çox narazı şəkildə o qadının yanından çıxdım, məni aparan adamı da acıladım. Və sən inan ki, o gündən mənim beynimdə o "30-33" rəqəmi dolanmağa başladı. Fəridin onda 24 yaşı vardı. Düz, 10 il səksəkədə yaşadım. Bir az evə gec gələn kimi deyirdim ki, birdən başına bir iş gələr; birdən yolu keçəndə onu maşın vurar. İnsana bir saatın içində nə qədər zəng etmək olardı, bir günün içində nə qədər hal-əhval tutmaq olardı? Ta ki gəlib yerinə girməyənə qədər rahat ola bilmirdim. Az qalırdım, ürəyimi yarım, onu qoyum ora, sonra da tikim. Mən başdan-ayağa sanki onunla yoğrulmuşdum. Fərid mənim ruhum, canım, Allahım idi.
 
- Yəqin elə bu da Allaha acıq gedib.
 
- Yəqin ki... O mənə göstərdi ki, sən Xanım məndən çox heç kimi sevə bilməzsən. Balam mələk kimi gəlib, mələk kimi getdi. Çox fərqli adam idi. Kiminlə ünsiyyət qururdu, hamı ona heyran qalırdı. Ölümündən əvvəl dişlərini də düzəltdirmişdi. Elə bil balamı Əzrayıl üçün bəzədim. Ona həsr etdiyim şeirdə dediyim kimi: "Canım oğlum, seçilmişdin, seçilirdin, seçildin...".
 
- Fəriddən sonra sən yaşayırsansa, igidsən...
 
- (qəhərlənir) Neçə dəfə intihar etmək istədim: gah fikirləşdim ki, özümü eyvandan atım, gah düşündüm ki, "termometri" sındırım içindəki civəni içim... Hər dəfə də ya kimsə gəldi, ya da kimsə zəng etdi. Sonda isə Fidan mənə elə bir söz dedi ki... Qayıtdı ki, onsuz da bilirdim, sən məni heç vaxt istəməmisən. Sənin sevgin Fərid idi. Dedi, bundan sonra mənimçün yaşa nolar, çünki sən mənə lazımsan. O sözdən sonra özümü ələ almağa başladım. Bir də sağ olsun, dostları... Bu dünyadan üzüm dönəndə, həyatdan küsdüyüm o faciənin içində mənə üz tutan, əl uzadan, təkidlə məni işə dəvət edən, dostum Afaq Məsud oldu. Bu təklif və təkid məni zülmətimdən qopartmaq, yaşatmaq cəhdi idi. Bunu hər adam etməzdi, Afaq Məsud etdi. Ona minnətdaram. Azərbaycan Tərcümə Mərkəzinə başı havalı, ağlı sərgərdan, ürəyi yaralı, ruhu xəstə kimi getdim. Afaq Məsud, Ramiz Rövşən, Zakir Fəxri kimi köhnə dostlarım məni gözləyirdi. Ordakı yaradıcı insanların aurası, işığı, sevgiləri və həssas münasibətləri ayağa qalxmaqda, bu yolu keçə bilməkdə mənə təmkin, güc verdi.
 
Sözsüz ki, şeirlərimin motivi dəyişdi, 3 ildir ki, bəlkə bir şeiri yazıram, çünki bütün ürəyimdəm süzülənlər Fəriddir.
 
İnan, gecələri elə səbirsizliklə gözləyirəm ki... Yuxu görmək istəyirəm. Çünki ancaq yuxuda balamla baş-başa qalıram, onu qucaqlayıram, qoxusunu duyuram, söhbət edirik. Axırda da mən ağlayıram, o gülür. İndi Allaha ən çox buna görə şükür edirəm ki, nə yaxşı bu yuxular var.
 
- Bu gün Allahdan ən böyük arzun nədir?
 
- Qapı döyülə... Açam ki, bir uşaq dayanıb. Deyə ki, mən Fəridin övladıyam. Onu bağrıma basıb, elə ordaca ölüm. Bilim ki, heç olmasa balamdan sonra bir yadigar qaldı...
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Hamısı