“Azərsu” ASC-də 2017-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib

Cəmiyyət 17:33 27.10.2017
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində 2017-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
 İclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda dinamik inkişaf təmin olunub, ölkəmiz bir sıra nüfuzlu beynəlxalq tədbirlərə və idman yarışlarına ev sahibliyi edib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq  2017-ci ilin ötən dövründə sosial və infrastruktur layihələrinin icrası uğurla davam etdirilib. 
 
 “Azərsu” ASC-nin sədri 2017-ci ilin yanvar-sentyabr  aylarında içməli su təchizatı və kanalizasiya sektorunda mühüm hadisələrin baş verdiyini diqqətə çatdırıb. “2017-ci ilin ötən dövründə Gədəbəy şəhərində su və kanalizasiya, Saatlı şəhəri və Pirallahı qəsəbəsində isə içməli su layihələrinin açılış mərasimləri keçirilib. Ötən dövrdə Xırdalan şəhərində su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulmasına, Gəncə və Şəki şəhərlərində layihənin növbəti mərhələsi üzrə işlərə, həmçinin Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisinə başlanılıb. Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə 22 rayonun 170 yaşayış məntəqəsində layihələrin icrasına başlanılıb və 100-dən artıq kənddə işlər yekunlaşıb. Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan ərazilərində səth sularının kənarlaşdırılması üzrə 13 layihənin icrasına başlanılıb və bu sahədə işlər yekunlaşmaq üzrədir”.
Hesabat dövründə Prezident İlham Əliyevin Mingəçevir, Salyan, Biləsuvar, Qax şəhərlərində, Binəqədi, Mehdiabad, Novxanı, Binə, Mərdəkan, Şağan, Şüvəlan, 28 May, Qobustan və Pirəküşkül qəsəbələrində , eləcə də paytaxtın  “Ağ şəhər” adlanan ərazisində layihələrin icrasının davam etdirilməsi ilə bağlı sərəncamlarına uyğun olaraq işlərə başlanılıb. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Zərdab rayonunda icra olunan layihə yekunlaşıb, Hacıqabul və Şamaxı rayonlarında isə layihənin icrası tamamlanmaq üzrədir.  
Qeyd olunub ki, 2017-ci ilin yanvar-sentyabr aylarında “Azərsu” ASC tərəfindən  istehlakçılara 191 milyon kubmetr su verilib. Hesabat dövründə 800 km-dən çox içməli su və kanalizasiya xətləri tikilib, 6 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 90 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 152 min nəfərin su təchizatı yaxşılaşdırılıb. Bununla da fasiləsiz su təchizatı səviyyəsi ölkə üzrə 66,3 faizə, Bakı şəhəri üzrə isə 81,1 faizə yüksəlib. 
 
“Azərsu” ASC-nin sədri 9 ayda  su təsərrüfatı sektorunda digər əlamətdar hadisələrin də baş verdiyini diqqətə çatdırıb. 14-18 mart 2017-ci il tarixlərində I Bakı Beynəlxalq Su Həftəsi və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubiley tədbirləri keçirilib. “Azərsu” ASC Beynəlxalq Su Resursları Assosiasiyasının üzvü seçilib və bu təşkilat 2021-ci ildə Dünya Su Konqresinin Bakı şəhərində keçirilməsi təklifini dəstəkləyib. Səhmdar Cəmiyyət Beynəlxalq Biznes Təşəbbüsləri Təşkilatının liderlik, keyfiyyət, innovasiya və mükəmməllik sahəsində Qızıl Mükafatına layiq görülüb.
 
Sonra “Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev, İnformasiya və kommunikasiya texnologiyaları departamentinin rəisi Emil Əhmədov, Müştəri xidmətləri departamentinin rəisi Əbülfəz Kərimzadə, “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun direktoru Çingiz Qurbanov hesabat məruzələri ilə çıxış edərək müvafiq sahələr üzrə  2017-ci ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.   
 
 “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq bildirib ki, ilin sonuna qədər Bakı şəhəri və Abşeron yarımadasının 10 yaşayış məntəqəsində və  regionlarda 170 kənddə icra olunan layihələr  yekunlaşdırılacaq.  Həmçinin ilin sonunadək paytaxtın səth sularının yığılma təhlükəsi olan ərazilərində icra olunan layihələrin,   Padarçöl ərazisində suvarma infrastrukturunun yaradılması işlərinin başa çatdırılması nəzərdə tutulur. 
 
Səhmdar Cəmiyyətin sədri iqtisadi səmərəliliyin artırılması, abunəçilərlə işin təkmilləşdirilməsi, müştəri informasiya sisteminin əhatə dairəsinin genişləndirilməsi,  sayğaclaşma işlərinin sürətləndirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verib. 
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Akademik: İşğal dövründə 20-dən çox seysmoloji stansiya dağıdılıb
10:20 13.05.2024
Sumqayıtda qadının sürdüyü təlim maşını YANDI
10:07 13.05.2024
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
10:06 13.05.2024
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
09:50 13.05.2024
Bakıda ICESCO-nun Konfransı işə başladı - 40-dan çox xarici nümayəndə qatılıb
09:42 13.05.2024
Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
09:40 13.05.2024
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
09:35 13.05.2024
Rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ
09:28 13.05.2024
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO
09:24 13.05.2024
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
09:15 13.05.2024
Bakıda bu gün temperatur enəcək
09:09 13.05.2024
“Xarıbülbül” festivalı bu gün Laçında başa çatacaq - VİDEO
09:00 13.05.2024
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Hamısı