"Görüş" filminin qəhrəmanı: içki, narkotika... Dəhşətli tale - FOTOLAR

Cəmiyyət 14:55 14.12.2017

Azərbaycan tamaşaçısı onu “Görüş” filmi ilə tanıyıb. Özbəkistanın önəmli aktrisalarından biri, SSRİ kinematoqrafçıları İttifaqının üzvü, Əməkdar artist, sənədli film rejissoru Nelli Ataullayeva 1931-ci ildə Daşkənddə dünyaya gəlib. 1953-cü ildə Daşkənd Bədii Teatr İnstitutununun aktyorluq fakültəsini bitirib. “Yeni mənzil”, “Görüş”, “Aşiqlər”, “Əmirliyin qəzası” və s. filmlərdə çəkilib. 1962-ci ildən “Uzkinoxroniki” studiyasında çalışmağa başlayıb və 22 sənədli film çəkib.

“Görüş” filmində Lala İsmayılovanı canlandıran Nelli Ataullayevanın faciəvi həyat hekayəsini və sənətçi yoldaşlarının onun haqqında dediyi fikirləri təqdim edirik:

Özbəkistanlı sənətçi, Əməkdar İncəsənət Xadimi Əli Xamrayev:

“Nellini uşaqlıqdan xatırlayıram. Mənim anam “Uzbekfilm”də montajçı işləyirdi deyə bütün günüm studiyada keçirdi. Nelli ora-bura qaçırdı. Heyranlıqla bu prosesi müşahidə edirdim. O qədər gözəl idi ki, işıq saçırdı”.

Nelli sənədli film rejissoru olsa da, bədii filmlərə çəkilmək istəyirdi. Lakin kimdənsə nəyisə xahiş etmək onun adəti deyildi. O, heç vaxt ruhdan düşmür, necə istəyirdisə, elə də yaşayırdı. Aşiq olanda və film çəkəndə bütün ruhunu ortaya qoyurdu. Nelli öz dostlarına “Qocalığı təsəvvür etmirəm, istəyirəm gənc və gözəl ölüm” deyirdi”.

Aktrisa universitetin son kursunda oxuyarkən moskvalı Volodya adlı oğlanla evlənir. Amma həyat yoldaşının yüksək vəzifəli məmur olan valideynləri onları qəbul etmir və yeni ailəni evdən çıxarırlar. Həmin vaxt isə Nelli hamilə olduğunu öyrənir. O, övladını itirməkdən çox qorxurdu. Volodya isə Nellinin hamilə olmasını eşidib sevinmir, çünki özünü ata olmağa hazır hiss etmirdi. Ərinin soyuq münasibətilə üz-üzə qalan Nelli imtahanlarını verib, məcburən ata evinə – Daşkəndə dönməli olur. 1963-cü ilin payızında onun oğlu – Nikita dünyaya gəlir. Volodya isə Daşkəndə oğlunu və həyat yoldaşının qohumlarını görməyə, onlarla tanış olmağa gəlir. O, Nellini Moskvaya aparmaq istəsə də, Nelli buna razı olmur. O, oğlu ilə Daşkənddə qalmağı üstün tutur və tədricən Volodya və Nellinin münasibətləri pozulur.

Nelli isə həyatına davam etməyə, sənədli filmlər çəkməyə başlayır. Onu heç bir çətinlik qorxutmurdu. İstiyə, soyuğa dözüb, şəraitsiz, susuz mehmanxanalarda yaşayaraq çəkilişlər edirdi. O, həmişə daha maraqlı kadrların axtarışında idi. Tikinti kranına çıxıb, keçilməz dərələrə enirdi. Nelli xırıltılı səs tembri və şən gülüşləri ilə bütün yorğunluğunu çıxarırdı. O, bu sahədə lider idi.

Nellinin ən mənfi xüsusiyyəti isə narkotik istifadəçisi olması və içki içməsiydi. Bu məhvedici vərdişlər onun çətin həyatında dopinq idi.

Zahirən yüngül, qayğısız Nellini narahat edən isə atasının dəhşətli taleyi idi. Nellinin üç yaşı olarkən onun atası həbs edilmişdi. Xayrul Ataullayev otuzuncu illərdə əvvəlcə Buxarada daha sonra Daşkənddə təhsil sahəsində yüksək postlarda işləyib. Anası Zöhrə Ataullayeva pedaqoq idi, məktəbdə çalışırdı.

Bacısı Tez Ataullayevanın xatirələrindən:

"Bizim uşaqlığımız pionerlərin evinin həyətində keçib. Burada Özbəkistanın ədəbiyyatının bir çox nümayəndəsi yaşayırdı. 1937-ci ilin aprelində atamı, təhsil nazirinin müavini vəzifəsindən çıxartdılar. İyunun sonunda axşam biz Nelli ilə həyətdə oynayarkən hərbi formada bir neçə kişi maşından çıxdı və mənzilimizə yollandı. Bir müddətdən sonra anamız bizi evə çağırdı. Otaqlarda qorxunc qarışıqlıq hökm sürürdü. Şkaflardan və böyük yazı masasında bütün cəftələr sındırılmışdı. Döşəmədə kağızlar, kitablar sərilmişdi. Onlar atamı “Xalq düşməni” olmaqda ittiham etdilər. Atam təlaşlı şəkildə və çaşqınlıqla onlar abaxırdı. O, məni qucaqladı, Nellini sinəsinə bərk sıxdı, hər kəsi yanağından öpdü və dedi: "Mən tezliklə gələcəyəm!..." Bu onun son sözləri idi… Çarpayının yanında anam dururdu. O ağlayırdı…

Atamın həbsindən yarım il sonra üçüncü bacım doğuldu. Bir gün əvvəl biz atamdan məktub almışdıq. O, yazırdı: "Əziz qızlarım, sizi çox sevirəm… Mənim üçün narahat olmayın… Zöhrə, əgər oğlan doğularsa, onun adını Pulatı qoy, yox qız olarsa, Gülçöhrə olsun”.

Gülçöhrə isə xatirələrini belə bölüşür:

"Anama çox ağır idi. Atamın həbsindən sonra bizi evdən çıxartdılar. Atamdan xeyli kitablar və əsərlər toplusu qalmışdı. Müharibənin soyuq illərində bu kitablar bizi donmaqdan və soyuqdan xilas etdi. Biz böyüyəndən sonra Nelli anama aktrisa olacağını bildirdi. Anam əvvəlcə buna razı olmasa da, sonrada Nellinin təkidini görüb qəbul etdi.

Rejissor fakültəsinə tələbat çox olmasına baxmayaraq, Nelli bu imtahandan uğurla keçdi. O, çox yaxşı və savadlı insanlardan dərs aldı".

Bu illər ərzində Zöhrə Ataullayeva qızları ilə birgə müxtəlif instansiyalara həbs edilmiş həyat yoldaşının taleyini öyrənmək üçün məktublar göndərirdi. Və yalnız 1957-ci ildə onlar çoxdan gözlənilən cavabı aldılar: 1940-cı ildə Xayrul Ataullayevanın güllələnməsi və onun ölümü haqqında şəhadətnamə.

Nəhayət, onların ailəsindən “Xalq düşməni” damğası silinmişdi...

1970-ci ildə tale Nellini "Kino xronikaları" layihəsinin redaktoru Şöhrət Yereminlə yaxınlaşdırır. Onları sevgi, cavanlıq, ümumi iş birləşdirirdi. O, Nikitaya atalıq etməyi qəbul edir. Nelli ona yaxın insanın dostluğuna çox sevinir, illər sonra ailə istiliyi tapdığı üçün xoşbəxt günlər yaşayırdı.

Ancaq onun bu xoşbəxt günləri də çox çəkmir. Narkotik və içki ilə əlaqədar olaraq o, çəkilişlərdə problem yaşamağa başlayır. Nelli 1974-cü ilin mayından Özbəkistanın təhsil sistemi ilə bağlı sənədli filmin hazırlanması üçün Buxarada yerləşən pambıq kombinatında gerçəkləşən çəkilişlər zamanı nəfəs almaqda çətinlik çəkir. O, kombinatdakı tozdan qaçıb küləkli havada dayanardı ki, rahat nəsəf alsın. Bu zaman bərk soyuqlayır və xəstəxanalıq olur. Xəstəxanada isə onun Nelli onkoloji xəstə olduğu ortaya çıxır. Nellidə ağciyər xərçəngi aşkarlanır. O, ən yaxşı xəstəxanalarda müalicə alırdı. Sonuncu dəfə ailəsi onu öz istəyilə Moskvaya aparır. Ancaq həkim hər şeyin gec olduğunu söyləyir.

“Nellinin son illər Nikita və anamla birlikdə yaşadığı Jukovski küçəsi ilə irəliləyərkən Nelli yola, evə və küçəyə diqqətlə baxdı... Bizi bərk-bərk qucaqladı və qəmgin səslə “Mən bu küçə ilə sonuncu dəfə gedirəm” dedi...”

27 iyul 1974-cü il axşam saat on radələrində Nelli Ataullayeva vəfat edir. O, ömrünün son anlarında dərin nəfəs alır və "Ata…" deyə səslənir...

Tale ona qırx üç il yaşamağa imkan vermişdi...

Nikita anasının ölümündən sonra bir müddət nənəsi Zöhrəylə yaşayır. Lakin, sonradan atası onu Moskvaya aparır. Pasport alınan vaxtı isə Nikita öz təkidilə anasının soyadını götürür. Nikita Vladimir Ataullaev hazırda uğurlu biznesmenlərdən biridir və Moskvada yaşayır. Onun ailəsi – arvadı Yelena, qızları Alina, Alyona və oğlu Alen Ataullayev soyadını daşıyırlar.

Qeyd edək ki, Nellinin çalışdığı təşkilatların heç birində sənətçinin yubiley və xatirə günlərini keçirilməyib. Onun haqqında nə kitablarda, nə də qəzetlərdə yetərincə məlumatlar yayılmayıb.

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı