Bakıdakı mağazalarda yalançı endirimlər

Cəmiyyət 21:38 18.12.2017
Bayramlardan öncə, demək olar ki, hər dükanın qarşısında endirim elanı görmək olur. Elanlarda 50 faizdən başlayan endirimlərin olduğu qeyd olunur. Əslində, bu tip elanlarla mağaza sahibləri müştərini ruhu belə incimədən aldadırlar. Belə ki, məhsula real satış qiymətindən daha baha qiymət vurulur, sonra yeni qoyulan qiymətdən faiz çıxılır. Nəticədə məhsul endirim adı ilə əvvəlki qiymətinə müştəriyə satılır.
 
Sputnik Azərbaycan bu əməlin mövcud qanunlarla necə tənzimləndiyini, bu halla üzləşən vətəndaşların hansı quruma müraciət etməli olduqlarını araşdırıb.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, aldadıcı endirim kampaniyaları ilə bağlı hər gün Azərbaycan İstehlakçılar Birliyinə telefon zəngi gəlir: “Bu şikayətlər vitrində yazılan qiymətlərlə kassada olan qiymətlər arasında ziddiyyətlər olması, satışda yol verilən qüsurlar və başqa səbəblərlə bağlı olur. İstehlakçılardan verilən məlumata görə, endirim kampaniyalarında saxtakarlıqlar çoxluq təşkil edir və istehlakçılar aldadılır”.
 
Eyyub Hüseynov qeyd edir ki, Nazirlər Kabinetinin qərarına görə, bütün malların üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədi olmalıdır: “Araşdırmalar göstərir ki, 98 faiz malların üzərində maddi məsul şəxsin imzası yoxdur, müştəri tələb edəndə belə vermirlər. Bu da istehlakçıların hüquqlarının pozulmasıdır. Dükanda endirimlər ərəfəsində qiymətin üstündən yeni qiymət yapışdırırlar və müştəriləri aldadırlar. Bir sözlə, istehsalçılar fürsətdən istifadə edib istehlakçıları “soyurlar”.
 
O qeyd edib ki, belə hallarla üzləşən istehlakçılar İqtisadiyyat Nazirliyinə zəng vurub şikayət edə və yaxud Azad İstehlakçılar Birliyinə şikayət ərizəsi ilə müraciət ünvanlaya bilərlər.
 
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirir ki, bu xoşagəlməz məsələnin iki əsas səbəbi var: “Birincisi odur ki, Azərbaycanda fəaliyyət göstərən brend dükanlar şəbəkə mağazaları deyil və dünyadakı brend dükanlarda olan endirimlər buradakı həmin brend dükana aid olmur. Brend markalar burada olan hər hansı yerli şirkətlə müqavilə bağlayır, adlarını satır və malla təmin olunmasında yardımçı olurlar. Ona görə də dünyada brend dükanlarda olan endirimlərlə Azərbaycanda olan brend dükanlar arasında qiymətlərdə ciddi fərq var”.
 
N.Cəfərli vurğulayıb ki, Azərbaycanda qiymətlər bazar iqtisadiyyatı qaydalarına uyğun nizamlanmalıdır: “Bazarda nə qədər çox rəqabət olarsa, bu da bazar qiymətlərinə yaxşı mənada təsir göstərər. Eyni zamanda, dünya brendlərinin birbaşa bazara daxil olmasına şərait yaratmaq lazımdır. Bu iki hal baş versə, müştərilər də qiymətlərin ciddi şəkildə düşməsinin şahidi ola bilərlər”.
 
“Hər hansı mağaza qiyməti dəyişib malı satırsa, bu, heç bir qanun pozuntusu deyil. Mal özünündür, neçəyə istəyər, o qiymətə satar. Əgər dövlət tərəfindən hər hansı müdaxilə olarsa, biz yenidən SSRİ dövrünə qayıda bilərik. Alverçilər də piştaxta altından istədikləri qiymətə mallarını sata bilərlər. Bu da heç kimə sərf eləməz”, – deyə ekspert əlavə edib.
 
Psixoloq Günel Aslanova deyir ki, bu əməllərin “qurbanı” olan müştərilər iki yerə bölünür: “Bilərəkdən bu kampaniyalara aldananlar və bilməyərəkdən kampaniyaya inananlar. Xəbərsiz müştərilər qiymətə aldanıb “qabağa düşmək” istəyirlər. Bu da kütlə psixologiyasından qaynaqlanır. Hamı gedir deyə onlar da aldanıb gedirlər. Bilənlər isə, düşünürəm ki, depressiyada olanlardır. Alış-veriş etməklə depressiyadan uzaqlaşmaq istəyirlər”.
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Hamısı