Bu gün Bakı vaxtı ilə saat 20:27-də Azərbaycana qış fəsli daxil olacaq.
Dekabrın 21-də Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq. Bununla da ilin ən qısa gündüzü və ən uzun gecəsi olacaq. 21 deakbrdan sonra gündüzlər uzanmağa, gecələr isə qısalmağa başlayacaq.