İcra Hakimiyyətindən sökülən evlərlə bağlı mühüm AÇIQLAMA

Cəmiyyət 18:59 24.12.2017

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) sökülən evlərin yerində tikinti işlərinin aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Trend-in məlumatına görə, BŞİH-in açıqlamasında deyilir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Suraxanı rayon İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə Suraxanı rayonunun inzibati ərazisi sərhədində yerləşən yaşıllıq sahəsində naməlum şəxslər tərəfindən yaşıllıqların məhv edilməsi və həmin ərazidə özbaşına tikinti işlərinin aparılması ilə bağlı məlumat daxil olub. Qeyd olunan faktların araşdırılması zamanı müəyyən edilib ki, sözügedən ərazi Suraxanı rayonunun inzibati ərazisinə daxil olmasına baxmayaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.03.2013-cü il tarixli, 2in(82)-1196/2013 saylı qərarı ilə qanunsuz olaraq vətəndaş Məmmədova Kəklik Hüseyn qızına 0,24 ha torpaq sahəsinə icarə müqaviləsinin bağlanılması vəzifəsi Nizami rayon bələdiyyəsinə həvalə edilmiş və sonradan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 inz(103)-814/2013 saylı, 20.06.2013-cü il tarixli qərardadı və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-404/14 saylı, 12.03.2014-cü il tarixli qərarı ilə ləğv olunub. Lakin ləğv olunmuş məhkəmə qərarlarına heç bir əhəmiyyət verilmədən, əvvəllər məhkum olunmuş Kəramət adlı şəxs və havadarlıq etdiyi bir qrup şəxslər tərəfindən həmin ərazidə qanunsuz tikinti işləri aparılıb. Qanunsuz aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin, Suraxanı rayon İcra Hakimiyyətinin və polis əməkdaşlarının iştirakı ilə 14.11.2017-ci il tarixdə həmin ərazidə özbaşına inşa edilmiş tikintilərin söküntüsünü apararkən, həmin qanunsuz tikinti işlərini həyata keçirən əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Kəramət adlı şəxs və onun havadarlıq etdiyi ona yaxın olan adamlar tərəfindən hücuma məruz qalıb, həmin şəxslər əməkdaşlarımıza soyuq silah olan bıçaqla hücum edərək xəsarət yetirməyə cəhd ediblər. Həmin vaxtı qanunsuz tikinti işlərini həyata keçirən şəxslərdən biri öz qanunsuz əməllərinə bəraət qazandırmaq üçün özünə xəsarət yetirməyə səy göstərib və bunun da qarşısı tez bir zamanda alınıb. Həmin şəxsin qeyd olunan qanunsuz əməli Bakı şəhər İcra Hakimiyyətinin, Suraxanı rayon İcra Hakimiyyətinin və polis əməkdaşlarının iştirakı ilə müvafiq qaydada aktlaşdırılıb. Bütün bunlara baxmayaraq, Bakı şəhər İcra Hakimiyyətinin və Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan ərazidə qanunsuz inşa edilmiş 2 ədəd fərdi yaşayış evi və 5 ədəd yarımçıq inşa edilmiş tikililər sökülüb və ərazi tamamilə təmizlənib".

Qeyd olunur ki, həmin söküntü işləri zamanı Bakı şəhər İcra Hakimiyyətinin və Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən öz vəzifə səlahiyyətlərini yerinə yetirərkən onları təhqir edib bədən xəsarəti yetirməyə cəhd göstərən və həmin qanunsuz tikinti işlərini həyata keçirən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Kəramət və onun havadarlıq etdiyi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Suraxanı rayon prokurorluğuna müraciət edilib və hazırda iş üzrə araşdırma aparılır:

"Məsələ ilə əlaqədar olaraq Bakı şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən bir daha əraziyə baxış keçirilərək həmin ərazidə mövcud olan ağac və kolların siyahıya alınması təmin edilib, həmçinin ərazinin qorunması və qulluq göstərilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Yaşıllaşdırma Birliyinə müvafiq tapşırıqlar veriliib. Hazırda həmin ərazidə heç bir ağackəsmə və tikinti işlərinin aparılması faktı aşkar edilməyib, yaşıllıq zolağında boş qalan ərazilərdə isə müxtəlif növ ağacların əkilməsi işlərinə başlanılıb".

Bildirilir ki, Bakı şəhərində yaşıllıqların məhv edilməsinə, ağacların kəsilməsinə və qanunsuz tikinti işlərinin aparılmasına cəhd göstərən şəxslər barəsində qanun çərçivəsində ciddi tədbirlər görüləcək.

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Hamısı