Deputatdan sərt çıxış "Sərkisyan bura niyə gəlib?!"

Cəmiyyət 18:18 26.01.2018
Düz bir ay sonra biz Ermənistanın 1992-ci ildə həyata keçirdiyi Xocalı soyqırımının ildönümünü qeyd edəcəyik. Bu cinayəti törədənlər hələ də azad şəkildə Ermənistanda gəzirlər və ədalət qarşısında cavab verməyiblər. Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından, o cümlədən Xocalıdan çıxarılmasını tələb edən assambleyanın 1416 saylı qətnaməsi Ermənistan rəhbərliyi tərəfindən son 13 ildə yerinə yetirilməmiş qalır. Buna baxmayaraq Assambleya tərəfindən Ermənistanın bu cür hərəkətinə qarşı heç bir ciddi addım atılmayıb.
 
Bu sözləri bu gün AŞPA-da Azad Müzakirələrdə (Free Debate) çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva söyləyib. O, işğalçı Ermənistanın prezidentini təşkilata dəvət edən AŞPA rəhbərliyinə etirazını bildirib və Sərkisyanın səsləndirdiyi yalanlara sərt cavab verib:
 
“Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısını almağa çalışarkən təkcə yanvar ayında 2 gənc azərbaycanlı həyatlarını itirib. Bu qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistan Silahlı Qüvvələri Zəhra, Fariz, Aygün adlı körpə uşaqları və onlarla mülki vətəndaşı vəhşicəsinə öldürmüş, yaralamış, onların evlərini dağıtmış və yandırmışdır. Parlamentdə cəbhəboyu ərazilərdə yerləşən regionlardan birinin təmsilçisi kimi həqiqəti öz gözləri ilə görmək arzusunda olan həmkarlarımı regionumuza dəvət edirəm. Siz Ermənistanın cəbhəboyu ərazilərdə törətdiyi cinayətləri öz gözlərinizlə görəcəksiniz. Bu qətnamə yerinə yetirilmiş olsaydı, çoxlu sayda insan, onlarla körpə və mülki vətəndaşlar öz həyatlarını itirməmiş olacaqdı. Təəssüf ki, bu qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərmək əvəzinə AŞPA bu işğalçı dövlətin prezidentini bizim təşkilata dəvət etmiş və ona yalanlar üzərində qurulan nitq söyləmək imkanı verilmişdir. Biz bunu qınayır və kəskin şəkildə etirazımızı bildiririk. Çünki Ermənistan prezidenti Azərbaycan torpaqlarının işğalında və Xocalı soyqırımının törədilməsində birbaşa iştirak etmiş şəxsdir”.
 
Millət vəkili Assambleyanın işğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılmasını tələb etmədiyinə görə narazılığını ifadə edib və bu cür ikili standartlara son qoymağa çağırıb:
 
“Bizim xalqımız AŞPA-dakı ikili standartların səbəbini anlaya bilmir. Çox təəssüflər olsun ki, assambleya 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə qayıtması barədə qətnamələri yerinə yetirməyən işğalçı dövlətin rəhbərindən onun Avropa Şurasına səfəri müddətində bu cür hərəkətləri dayandırmağı və qətnamələri yerinə yetirməyi tələb etmədi.
 
Ermənistan həmçinin Avropa Şurasının çağırışlarına məhəl qoymur və girovluqda saxlanılan azərbaycanlılar - Dilqəm Əsgərovu və Şahbaz Quliyevi azad etməyi rədd edir. Bizim təşkilatın rəhbərləri Ermənistandan onları azad etməyi ciddi şəkildə tələb etməli və onların haqlarını qorumalıdır. Assambleyanı, təşkilat rəhbərlərini Xocalı soyqırımının ildönümü ərəfəsində bu dəhşətli cinayəti qınayan bəyanat qəbul etməyə çağırırıq. İlk növbədə biz bunu bəşəriyyət naminə etməliyik.
 
Bir müddət əvvəl Azərbaycan, Gürcüstan və Türkiyə birlikdə Avropanı Asiya ilə birləşdirən Bakı-Tiflis-Qars dəmiryolu layihəsini işə saldılar. Bu böyük layihə tək bizim üçün deyil, həm də bütün Avropa üçün vacibdir. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsindən irəli gələn gərginliyin davam etməsi tək bizim maraqlara deyil, həm də Avropanın maraqlarına böyük hədədir. Ona görə də assambleya bu məsələnin həllində daha fəal rol oynamalıdır”.
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Hamısı