Azərpoçt MMC beynəlxalq poçt göndərişləri zamanı göndəricinin qeyri-düzgün yazdığı ünvana görə məsuliyyət daşımır.
Bu sözləri Azərpoçt MMC-nin mətbuat katibi Günel Gözəlova qeyd edib.
O bildirib ki, göndərilən poçtun gecikməsinə birbaşa səbəb olan əsas amillərdən ən vacibi göndərişin üzərinə ünvanın (ev, şirkətin adı və s.), ad və soyadın, telefon nömrəsinin düzgün yazılmamasıdır.