Moskvaya 48 rublla gedib milyarder olan şəxs

Cəmiyyət 21:16 18.02.2018

Fərhad Əhmədov: “Uğur qazanmağın heç bir hazır formulu yoxdur”

Azərbaycandan qonşu ölkələrə gedərək, var-dövlət toplayan, dünyanın ən varlı insanları cərgəsinə qoşulan şəxslər onlarladır. Onların arasında taleyini Rusiyaya bağlayıb, SSRİ dağılan ərəfədə yaranan əlverişli mühitdən istifadə edərək biznes quranlar daha çoxdur. Belə soydaşlarımızdan biri də adı bu yaxınlarda açıqlanan ABŞ-ın “Putin siyahısı”na salınan milyarder Fərhad Əhmədovdur. 

“Forbes” jurnalı 2017-ci ildə Rusiyanın 200 ən varlı iş adamının siyahısında F.Əhmədova da yer verib – 1,3 milyard dollar sərvəti ilə 67-ci yerdə qərar tutub. F.Əhmədovun adının ABŞ-ın qara siyahısına düşməsinin səbəbi kimi onun Rusiya hakimiyyəti, şəxsən prezident Vladimir Putinlə yaxın münasibətlərinin rol oynadığı iddia olunur. Lakin siyahıya, sadəcə, “Forbes”in hesabatında sərvəti 1 milyardı keçən Rusiya mənşəli iş adamlarının salındığını iddia edənlər də az deyil. Hər bir halda, fakt faktlığında qalır və yaxın zamanlarda azərbaycanlı milyarderin dünyada sərbəst hərəkətinə maneələrin yaradılacağı ehtimalı böyükdür.

Amma məsələ burasındadır ki, hətta ABŞ siyahısı olmasaydı da, F.Əhmədovun ən azı Avropaya gediş-gəlişində problemlərin yaranması gözlənilir. Buna onun keçmiş xanımı Tatyana Əhmədovadan boşanmasına dair London məhkəməsində çıxarılan qərar səbəb ola bilər. Belə ki, Britaniya məhkəməsinin qərarına əsasən, azərbaycanlı oliqarx keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq (təxminən 600 milyon ABŞ dolları) həcmində təzminat ödəməlidir. Yerli nəşrlərin yazdığına görə, bu boşanma prosesi Birləşmiş Krallıq tarixinin ən bahalı boşanmalarından biri olacaq.

Proses zamanı F.Əhmədov təkidlə bildirirdi ki, ailənin rifahında məxsusi payı olub, lakin məhkəmə həyat yoldaşlarının paylarının bərabər olduğu qərarına gəlib. Nəticədə, təzminatın məbləği ailə aktivlərinin 41,5 faizi həcmində dəyərləndirilib.

F.Əhmədov hələ ki keçmiş arvadına bir qəpik də ödəməyib. İş üzrə apellyasiya şikayəti verilib. Hazırda bu işə Londondakı Kral Məhkəməsinin üç apellyasiya hakimi baxır. 20 ildir ki, evli olan Əhmədovlar boşanmayadək İngiltərənin Surrey qraflığındakı mülkdə yaşayırdılar.

Похожее изображение

Göyçaydan Moskvaya aparan yol

Fərhad Teymur oğlu Əhmədov 1955-ci ildə anadan olub. Deyilənə görə, vaxtilə Göyçayda zavod direktoru olan atası Teymur Əhmədov iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilir. Məhkəmə əmlakı müsadirə olunmaqla onu güllələnməyə məhkum edir. Fərhad Əhmədovun böyük qardaşlarından biri partiyadan, digəri isə institutdan qovulur. Atasını itirən Fərhad Əhmədov 1969-cu ildə məktəbi ataraq Moskvaya yola düşür. 

Özü bu barədə deyir: “15 yaşından Bakıdan getdim, cibimdə 48 rubldan başqa heç nəyim olmayıb. Sonra iki il dəniz piyada qüvvələrində hərbi xidmət keçdim, evə dedim ki, mənə bir qəpik də pul göndərməyin, heç şəkərbura da, nar da göndərməyin, vəssalam, ancaq özüm. Çünki insan psixologiyası belədir ki, havayı gələndə düşünür ki, elə həmişə belə olmalıdır. Əgər Moskvada hansısa azərbaycanlı öz dilini doğrudan da öyrənmək istəyirsə, buna imkan tapacaq. Mən ingilis dilini öyrənmək istəyirdim, öyrəndim. Rus dilini bilmirdim, onu da özüm öyrəndim. Yaşamaq, var olmaq sistemi belə olmalıdır.”

Moskvada texnikumu və 2 illik hərbi xidməti bitirdikdən sonra F.Əhmədov 1977-ci ildə Skryabin adına Baytarlıq Akademiyasına daxil olur. Burada əmtəə və əmtəəşünaslıq ixtisası üzrə təhsil alır.

Похожее изображение

Dostluğa yer olmayan biznes həyatı

Dəri biznesində böyük savada malik olan F.Əhmədov tezliklə Moskvadakı Xarici Ticarət Nazirliyindən asılı olan şirkətlərlə əlaqəyə girərək Qərbi Avropa ölkələrinə dəri ixracı ilə məşğul olmağa başlayır. 1986-cı ildə bu sahədəki təcrübəsini artırmaq üçün Fərhad Əhmədov Londona gedir, xəz birjasında treyderlik edir. İki il sonra biznes sahəsini dəyişir. SSRİ vətəndaşı olan Əhmədov mürəkkəb şəraitdə çox tez düzgün istiqaməti seçir və neft sahəsində fəaliyyətə başlayır. 1987-ci ildə yaratdığı “Tansley Trading” şirkəti SSRİ hökuməti ilə Qərbin iri neft şirkətləri arasında vasitəçi rolunu oynamağa başlayır. Rusiyadan Avropaya neftin çatdırılmasını təmin edən şirkət əks istiqamətdə müasir neft avadanlıqlarını və qurğularını idxal edir. Bu biznesdə onun əsas tərəfdaşı “Qazprom” şirkəti olur. Londonda şirkət rəhbəri kimi gərgin qrafikə malik olsa da, təhsilini artırmaq üçün də vaxt tapır.

1990-cı ildə F.Əhmədov dünyanın ən nüfuzlu təhsil müəssisələrindən sayılan London Ali İqtisadiyyat Məktəbini bitirir. 

15 yaşındaykən tərk etdiyi Azərbaycanı da unutmayan Fərhad Əhmədov 1989-cu ildə Azərbaycan Beynəlxalq Neft Konsorsiumunun yaradıcılarından biri olur. Bu layihəyə o, “Amoco Euroasia” və “McDermott” şirkətlərini də cəlb edə bilir. 1991-ci ildə SSRİ-nin süqutu Fərhad Əhmədov üçün yeni imkanlar açır. Artıq bu vaxt üçün onun şirkətlərinin ticarət dövriyyəsi 10 milyon dollarla ölçülürdü. SSRİ neft və qaz sənayesində dərin böhran yaranmışdı. Belə şəraitdə F.Əhmədovun “Tansley Tarding” şirkəti “Qazprom”a və onun törəmə şirkətlərinə xarici avadanlıqların satılmasını əldə edə bilir.

Картинки по запросу fərhad əhmədov nortqaz

1993-cü ildə Sibirin Şimal Buzlu okean sahilində böyük qaz ehtiyatlarına malik yataq aşkar olunur. “Şimali Urenqoy” adlandırılan yataqdakı 335 milyard kubmetr qaz ehtiyatını ABŞ-ın “Bechtel Energy” və “Urenqoyqazprom” şirkətləri ortaq istismar etmək üçün müştərək “Nortqaz” şirkəti təsis edirlər. Çətin hava şərtlərində yatağın istismara verilməsi uzanır. 1998-ci ildə Rusiya iqtisadiyyatındakı defolt amerikalı tərəfdaşların layihədən çıxması ilə nəticələnir. F.Əhmədovun “Farko Qrup Limited” şirkəti amerikalıların payını sərfəli qiymətlə satın alır.

“Nortqaz”ın səhmlərinə sahib olmaq ideyası Fərhad Əhmədovun ən uğurlu biznes sövdələşməsi kimi tanınır. Məhz “Nortqaz” kifayət qədər zəngin olan azərbaycanlını milyarderə çevirir və uzun müddət Rusiya neft bazarında “Qazprom”un inhisarına qarşı dayanır. 1999-cu ildən 2004-cü ilə qədər “Nortqaz”ın prezidenti səlahiyyətlərini icra edən Fərhad Əhmədov 2004-cü ildə Krasnodar vilayətindən Rusiya Federasiya Məclisinə senator seçilməsi ilə əlaqədar vəzifəsini könüllü tərk edir.

Təzyiqlərə dözməyərək 2005-ci ildə o, “Nortqaz”ın əsas səhmlərini “Qazprom”a satır. 2012-ci ilin noyabrında Fərhad Əhmədov “Nortqaz”da qalan səhmlərini yəni 49 faizini “Novateka” şirkətinə 1,375 milyard dollara satır. Əldə etdiyi gəlirin bir hissəsini “Qazprom”, “Lukoyl”, “Sberbank” və “Norilsk Nikeli” kimi Rusiyanın maliyyə bazarı nəhənglərinin səhmlərinə yatırır.

Azərbaycanda biznes - ata yadigarı

F.Əhmədovun Azərabaycandakı biznesi “AzNar” müəssisəsi ilə təmsil olunur. Şirkət Göyçay rayonunda geniş nar bağlarına sahibdir. Milyarderin mətbuata verdiyi müsahibədən aydın olur ki, bu müəssisəni atasının xatirəsini əbədiləşdirmək üçün alıb: “Bu zavodun əsasın atam qoymuşdu. Çox bacarıqlı təsərrüfatçı olan atam 1966-cı ildə burda müxtəlif çeşiddə nar məhsulları emal, istehsal edən sex də yaradır. 2006-cı ildə mən atamın xatirəsini, yarımçıq qalmış arzusunu başa çatdırmaq üçün “AzNar” MMC yaradıb bu müəssisəni aldım. Bu işə yardımçı olanlar arasında vaxtilə atamla birlikdə çalışmış insanlar da var. Qarşıya qoyduğum məqsəd-100 faiz natural “Grante” Göyçay nar şirəsini dünyanın 1 nömrəli brendinə çevirməkdir. Yenə deyirəm, bu mənim üçün hobbi və borcdur. Atamın xatirəsi üçün bundan artıq nə isə etməyi tapa bilmədim…”

Похожее изображение

F.Əhmədovun dediyinə görə, “AzNar”ın məhsulundan hətta Kuba lideri Fidel Kastro da dadıb. 

Evli və üç övlad atası olan Fərhad Əhmədov, deyilənə görə, nərd oynamağı və ov etməyi hər şeydən çox sevir. Onun sovet rəssamlarına məxsus, 60-cı illərə aid və sosart janrında çəkilən böyük rəsm kolleksiyasının da olduğu deyilir. 

2004-2009-cu illərdə Krasnodar vilayəti administrasiyasından Rusiya Federasiyasının federal şurasına üzv-Senator seçilib. Avropa Ölkələri Parlament Assosiasiyasının, Rusiya Federasiyası və Azərbaycan Milli Məclisi parlamentlərarası komissiyanın üzvü olub.

Özü deyir ki, uğur qazanmağın heç bir hazır formulu yoxdur: “Yəni o cür hazır verilənlər mövcud deyil ki, riyaziyyatda olduğu kimi onu formulda yerlərinə yazıb nəticə əldə edəsən. Bu, müxtəlif şərtlərdən, fərqli situasiyalardan, hər bir insanın şəxsi keyfiyyətlərindən, taleyindən və digər məsələlərdən asılıdır. İstənilən halda insanın bu dünyada qoyduğu iz heç də onun maddi imkanları ilə ölçülmür, bu iz həyatda insanın gördüyü işlər nəticəsində yaranır. Hansı ki, həmin işlərə qiyməti də xalq və tarix verir”.

Похожее изображение

Dostluğu və dostları

F.Əhmədov kimlərlə dostluq etdiyini açıqlamağı sevmir. Lakin dostluğa sədaqəti ilə seçilir. Bir müddət əvvəl Azərbaycanın sabiq energetika naziri Natiq Əliyev vəfat edəndə o, çox sarsılmışdı. Sosial şəbəkədə N.Əliyevlə birgə fotolarını paylaşmış, hətta yaxın dostunun ölümündə həkim səhlənkarlığının rol oynadığını bildirmişdi.

Biznesdə isə F.Əhmədov heç kimlə dostluq etmir, bunu normal da saymır: ““Deməyim düzgün olmaz mən kiminlə dostam. Çalışıram hamı ilə bərabər, eyni zamanda məsafəli münasibətlər saxlayım. Biznesdə dostluq olmur, bu – istisnadır”.

Qeyd edək ki, F.Əhmədov Azərbaycanda bir sıra qeyri-ordinar xeyriyyəçi fəaliyyəti ilə də tanınır. Məsələn, 2015-ci ildə manatın kəskin devalvasiyası zamanı onun “AzNar”da çalışan işçilərin kredit borclarını bağladığına dair məlumatlar yayıldı, heç kim tərəfindən də təkzib edilmədi…

Ötən il isə anası vəfat edərkən dəbdəbəli yas mərasimi əvəzinə yüzlərlə ailəyə 1 aylıq ərzaq məhsulları alıb paylamaqla böyük səs-küyə səbəb olmuşdu… (musavat.com)

İranda polis hicab taxmayan qadını döyə-döyə həbs etdi - VİDEO

Xəbər xətti

ABŞ və Yaponiya hipersəs silahları “ələ keçirən” qurğu yaradacaq
22:12 15.05.2024
Azərbaycanın U-21 millisi daha bir yoxlama görüşü keçirəcək
21:57 15.05.2024
Portuqaliyada Qlobal Dialoq Forumu öz işinə başlayıb
21:38 15.05.2024
"Yuventus" klubu Tyaqo Motta ilə razılığa gəlib
21:22 15.05.2024
Kobaxidze: Robert Fitsoya qarşı hücumu qətiyyətlə pisləyirik
21:00 15.05.2024
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib
20:49 15.05.2024
"Jirona" klubu Niderland millisinin futbolçusu ilə müqavilə müddətini uzadıb
20:38 15.05.2024
Müxalifətçi yazıçı Slovakiya Baş nazirinə sui-qəsd cəhdində şübhəli bilinir
20:29 15.05.2024
Nazir: Aİ ilə uşaqları və gəncləri mina təhlükəsi barədə maarifləndirmək üzrə əməkdaşlıq edirik
20:08 15.05.2024
Azərbaycan Prezidenti Slovakiyanın Baş nazirinə edilən sui-qəsd cəhdini şiddətlə qınayıb
20:00 15.05.2024
Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib
19:44 15.05.2024
Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
19:33 15.05.2024
Azərbaycan Belarusla nəqliyyat sahəsində rəqəmsallaşma ilə bağlı müzakirələr aparıb
19:20 15.05.2024
Belarus Prezidenti Azərbaycana dövlət səfərinə gəlir
19:00 15.05.2024
Karyerasını bitirən Azərbaycan güləşçisi: Mənə Ermənistan idmançılarının qənimi kimi baxırdılar
18:47 15.05.2024
Sabah Cəlilabadın 3 kəndində qaz təchizatında məhdudiyyət olacaq
18:34 15.05.2024
Prezident: COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək
18:20 15.05.2024
Prezident: COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək
18:20 15.05.2024
Küveytdə yeni hökumət and içib
17:50 15.05.2024
DSMF və UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub
DSMF və UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:40 15.05.2024
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
17:40 15.05.2024
Slovakiyanın Baş naziri yaralanıb
17:30 15.05.2024
İqtisadiyyat Nazirliyi: Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər dəyişib
İqtisadiyyat Nazirliyi: Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər dəyişib
17:20 15.05.2024
Avropa Parlamentinin deputatı Şuşada olub
Avropa Parlamentinin deputatı Şuşada olub
17:10 15.05.2024
Hərbi ekspert: "Erməni polkovnikin rüşvəti rus generalı həbsə apardı" - VIDEO
17:00 15.05.2024
Azərbaycan və Gürcüstan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə fəaliyyəti gücləndirir
16:50 15.05.2024
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır
16:40 15.05.2024
Bayden və Zelenski yaxın həftələrdə görüşə bilərlər
16:30 15.05.2024
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib
16:20 15.05.2024
İsrail BMT Baş Assambleyasının Fələstinlə bağlı qətnaməsini rədd edib
16:15 15.05.2024
Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
16:10 15.05.2024
Ədalət Verdiyev: Delimitasiya dayanarsa... - VIDEO
16:05 15.05.2024
Azərbaycanın Yaşıl Enerjiyə yönəlməsi Avrasiya ölkələri üçün həlledici rol oynayacaq – ANALİTİKA
16:00 15.05.2024
Azərbaycan və Özbəkistan fintex bazarında birgə araşdırmalar aparacaqlar
15:50 15.05.2024
SOCAR-ın enerji keçidi sahəsində təcrübəsi Tailandda öyrəniləcək
15:40 15.05.2024
"Erməni polkovnik Rusiya Müdafiə Nazirliyini qarışdırır" - Ədalət Verdiyevdən EKSKLÜZİV - VİDEO
15:30 15.05.2024
Bu il Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin həcmi açıqlanıb
15:20 15.05.2024
Nazir müavini: "Azərbaycanda 150 min hektarda müasir suvarma sistemlərinin tətbiqi planlaşdırılır"
15:15 15.05.2024
Bakıda tur şirkətinin rəhbəri 202 nəfərə yarım milyon manata yaxın zərər vurub
15:10 15.05.2024
Rusiyalı general: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra sülhməramlıların çıxarılmasına dair qərar qəbul edilib
15:07 15.05.2024
Hamısı