Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra Moskva və Bakı sülhməramlı fəaliyyətin hədəfə çatdığı üçün Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesinə başlanmasına dair birgə qərar qəbul ediblər.
Ednews Report-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Yevgeni Nikiforov Xocalıda sülhməramlı kontingentin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlıları qarşıya qoyulmuş vəzifələri yerinə yetiriblər: "Sülhün bərqərar olunması prosesində istehkamçılarımız tərəfindən minlərlə hektar ərazi minalardan təmizlənib, 30 min ədəd partlayıcı zərərsizləşdirilib".