"Jurnalistlərin VII qurultayında Azərbaycan mətbuatını narahat edən məsələlər də müzakirə ediləcəkdir" - Əflatun Amaşov | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


"Jurnalistlərin VII qurultayında Azərbaycan mətbuatını narahat edən məsələlər də müzakirə ediləcəkdir" - Əflatun Amaşov

Cəmiyyət A- A A+
"Azərbaycan Respublikası jurnalistlərinin sabah keçiriləcək VII qurultayında Azərbaycan mətbuatını narahat edən məsələlər də müzakirə ediləcəkdir".
 
Bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Fəxri Xiyabanda jurnalistlərə açıqlamasında söyləyib. Ə. Amaşov bildirib ki, qurultayda Azərbaycan mətbuatını narahat edən məsələlər müzakirə ediləcək, çıxış yolları axtarılacaqdır: "Mən qurultayın uğuruna inanıram. Azərbaycan jurnalistikası Mətbuat Şurası yaranandan bu yana uzun bir yol keçib. Şura yaranana qədər mətbuatın problemləri, jurnalistlərlə məhkəmə çəkişmələrinin sayı çox idi. Azərbaycan Mətbuat Şurası mətbuatla ictimaiyyət arasında əlaqələri müsbət məcraya yönəltdi. Bu gün mətbuatla ictimaiyyət arasında münasibətlər demək olar ki, həll olunub".
 
Ə. Amaşov qeyd edib ki, medianın əsas gücü onun iqtisadi gücü ilə bağlıdır: "Biz qurultayda Azərbaycan mediasının iqtisadi gücünün artırılması yollarını müzakirə edəcəyik. Reklam bazarının genişləndirilməsi, qəzetlərin satış yerinin düzgün təşkili diqqət mərkəzində olacaq. Eyni zamanda, biz bölgə mətbuatına da diqqəti artırmalıyıq. Regionların mətbuatında çox ciddi problemlər var. İctimai fikrin formalaşmasında əsas rolu onlayn jurnalistika oynayır. Reklam bazarını düzgün qura bilməməyimizdən, həmin media vasitələri reklamdan gəlir əldə edə bilmir. Nə qədər ki, onlayn media reklamla təmin olunmayıb, dövlət tərəfindən onlara da yardım olunmalıdır. Çünki biz yardım edə bilməsək, hazırkı şəraitdə onlayn media daha çox ayrı-ayrı qrupların nəzarətində ola bilər. Bu, iqtisadi qruplar da, digər yönlü qruplar da ola bilər. Eyni zamanda, media ayrı-ayrı şəxslərin, Azərbaycanda marağı olan kənar təşkilatların nəzarətində ola bilər. Biz bütün bu məsələləri qurultayda müzakirə edəcəyik”.
 
Şura sədri qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatlarının dinləniləcəyini hesabat ətrafında müzakirə aparılacağını, Şuranın İdarə Heyətinin yeni tərkibinin seçiləcəyini söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...