“Çamur at! Yapışmasa da, iz buraxacaq...” strategiyasına nə vaxt son qoyulacaq?!

Cəmiyyət 11:21 24.03.2018
Hər gün sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı 1 milyon nəfər artır. Son hesabatlara görə, sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı 3 milyardı ötüb. Hazırda dünyada ən böyük sosial şəbəkənin "Facebook" olduğu bildirilir. Bu sosial şəbəkənin auditoriyası 2 milyard aktiv istifadəçidən ibarətdir. Və Azərbaycanda da "Facebook" ən populyar sosial şəbəkədir. "Facebook"dakı azərbaycanlı istifadəçiləri fəallığına görə bir neçə yerə ayırmaq olar. Gününün hətta yarıdan çoxunu burada keçirənlər olur. Bir də hər gün baş vermiş hadisə, müzakirə predmeti olan məsələlərlə bağlı status yazmasını gözlədiklərimiz var.
 
 Eyni zamanda bəzi insanların cahilliyinin ən çox göründüyü yer də təəssüf ki, sosial şəbəkələrdir. Təbii ki, kifayət qədər ciddi, ağıllı, səviyyəli insanlar da var, onlardan mən də öyrənirəm. Amma bezdirən, yoran, səviyyəsiz yanaşmalar da olur və müəyyən mənada əziyyət verir. Yoxsa başqa narahatlıq doğuran məqam yoxdur. Bu, sosial şəbəkədir, fərqli rəylərin olması normaldır. Amma bəzi insanların və qrupların sənin düşüncənə, mühakimənə maneə törətməsi, yaxud onu əngəlləməsi tendensiyası xoşagələn deyil. İnsanlar mədəni şəkildə özünün hansısa problemi ilə bağlı yazanda, cavab verirsən. Amma səndən asılı olmayanları səndən tələb etmək, haqqı çatmadığı halda siyasi, ideoloji baxışlarına görə aşağılamaq niyyətilə müəyyən addımlar atılanda, təbii ki, buna qarşı çox sərt mövqe göstərməyə də hazır olmalısan.
 
Tam səmimi deyirəm, məni artıq təccübləndirməli heç nə qalmayıb. Müşahidələrim adətən məni yanıltmır. Sosial şəbəkələr özünü pulsuz tanıtma alətidir, unikal bir tribunadır. Bu imkandan hərə öz düşüncəsi seqmentində yararlanmağa çalışır. Kimisi şeir yazmaqla, kimisi aforizm paylaşmaqla, başqa biri dərdini bölüşməklə, digəri yalandan formalaşdırdığı qəhrəman obrazı ilə...
 
Mənim xoşuma gəlməyən bir məqam da var. Bəziləri məsələnin mahiyyətinə varmadan, ağına-bozuna baxmadan hər şeyə etiraz edirlər. İnsanı tanımadan paylaşdığı statusun altına qəribə, heç bir çərçivəyə sığmayan sözlər yazırlar. Əgər həmin istifadəçilər təhqir edirlərsə, tanımadan-bilmədən ittiham irəli sürürlərsə onlara qarşı yalnız bir mübarizə metodu var: dostluq siyahısından çıxarmaq !
 
Kiminsə qəlbini qıracaq, kiminsə şəxsiyyətinə toxunacaq paylaşımlarım olmayıb. Şəxslərə aid çox az status paylaşıram. Son vaxtlar baş verənlər sözün düzü məni məhz bu cümlələri yazmağa vadar etdi. Dövlətə , dövlət başçısına, onun köməkçilərinə  və dövlət atributlarına qarşı aparılan çirkin kampaniya … Çox təəssüf ki, biz bu halı az qala hər gün müşahidə edirik. Strategiya da bəllidir: “Çamur at! Yapışmasa da, iz buraxacaq...”
 
Birincisi ondan başlayım ki, bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. Bizim azadlıqlarımızın artması daha etibarlı və daha yaxşı bir dünyaya gedən yoldur. Bir aksiomdur. Amma mən azadlıq anlayışını   istənilən vaxt kimisə təhqir etmək, söymək, aşağılamaq sərbəstliyi ilə eyniləşdirə bilmərəm. Çünki bizim azadlığımız bir başqasının aşağılanmasına yönəlməməlidir.
 
   Əlbəttə indi təhqir, söyüş və aşağılama azadlığından gen bol istifadə edənlər var. Və onların ölkədə kifayət qədər nüfuzu olan insanlara dövlət məmurlarına, ziyalılara və hətta tanınmış jurnalistlərə qarşı hücumları tez-tez müşahidə olunur. Mənim üçün sosial şəbəkənin məhz bu  ən xoşagəlməz xüsusiyyətidir ki, istənilən şəxs əlini qolunu sallaya-sallaya hər kəsə çamur ata, onu aşağılaya bilər. Bunun qarşısını almaq təəssüf ki, mümkün deyil. Amma aqil insanlar buna  qarşı mütləq mübarizə aparmalıdır.Ən azı baş verən bu xoşagəlməz hallara öz mövqeyini bildirməklə.
 
  Təəssüf ki, sosial şəbəkənin bizə verdiyi azadlıqdan sui-istifadə edənlərin, sosial şəbəkəni söyüş poliqonuna çevirənlərin  bir çoxu sadəcə bu addımı atarkən bir insan olaraq düşünmür.
 
Ortalığa da belə bir ürək bulandırıcı vəziyyət çıxır. Bəli, mən razıyam. Düşünə bilən hər kəsin insan olması, insan olan hər kəsin düşünə bildiyi mənasını vermir.Təhqir edənin niyyəti sizdən cavab almaqdır. Təhqir edən sizdən cavabı almış olursa, özünü qələbə qazanmış kimi hesab edir. Ona bu hissi yaşatmaq bizə lazımdırmı? Onu da unutmayaq ki, qəsdən deyilmiş pis, yaralayıcı sözlər və ya hərəkətlər mütləq bumeranq kimi sahibinə qayıdacaq. Ona görə də baş verənlərin mən sadəcə zamana buraxılmasının tərəfdarıyam. Çünki zaman ən yaxşı müəllimdir! Baxmayaraq ki, o bütün şagirdlərini öldürür…

 Ayaz Mirzəyev

 

Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO
16:35 17.05.2024
Cavanşir körpüsü bağlanır - Söküləcək
16:30 17.05.2024
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
16:20 17.05.2024
Cənubi Qafqazda nə baş verir? – Türkiyəli politoloqun RƏYİNDƏ
16:00 17.05.2024
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
15:50 17.05.2024
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
15:46 17.05.2024
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
15:40 17.05.2024
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
15:36 17.05.2024
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
15:34 17.05.2024
HEYDƏR ƏLİYEVİN QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ SİYASƏTİ: MÖVCUD REALLIQLAR
15:33 17.05.2024
Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO
15:10 17.05.2024
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR
15:00 17.05.2024
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
14:33 17.05.2024
Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:22 17.05.2024
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
14:20 17.05.2024
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
14:10 17.05.2024
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
Hamısı