Paytaxtda sərnişinlə dolu avtobus qəzaya uğrayıb.
198 saylı marşrut avtobusu Koroğlu-Zabrat istiqamətində hərəkət edərkən sürücünün idarəetməni itirməsi nəticəsində "Qartal" kafesinin divarına çırpılıb.
Nəticədə xoşbəxtlikdən sərnişinlərdən ciddi xəsarət alan olmasa da, avtobusun ön hissəsi yararsız hala düşüb. (milli.az)