Milli Məclisin sədr müavini Bahar Muradova əməliyyat olunması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
B.Muradova özünün “Facebook” səhifəsində onun haqqında yayılan məlumatların düzgün olmadığını bildirib:
“Bəzi sensasiya axtaran saytlar haqqımda 1 aprel zarafatı etmək istəyiblər. Amma nəyə görəsə çaşıb aprelin 3-də yayıblar. Bax, buna zarafat yox “dodaqqaçdı” deyərlər”.
Qeyd edək ki, bəzi KİV-lərdə yayılan məlumatda B.Muradovanın səhhətinin pisləşdiyi, təcili əməliyyat olunduğu bildirilirdi.