Sumqayıt şəhərində orta məktəb və bağça yaxınlığında şübhəli şəxsin olması barədə məlumatlar yayılıb.
“WhatsApp” sosial şəbəkəsi üzərindən yayılan auido və video məlumatlarda orta yaşlı bir kişinin azyaşlılardan ünvan soruşub, sonra isə uşaqlardan onu həmin yerə aparmalarını və orada seksual xarakterli hərəkətlər etdiyi iddia olunub. Həmin şəxsin təhlükəsizlik kamerasından görüntüləri də əldə edilib. Sumqayıt şəhər 28 saylı məktəbinin müəlliməsinin adından yayılan audio elanda valideynlərə ehtiyatlı olmaları tövsiyə olunur.
“Qafqazinfo” məsələ ilə bağlı rəsmi açıqlama almaq üçün Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlasa da, telefonlara cavab verən olmayıb.