Xəbər verildiyi kimi, baş nazirin müavini Abid Şərifov Azərbaycan Prezideni İlham Əliyev müvafiq sərəncamı ilə vəzifəsindən çıxarılıb. Belə ki, Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncama əsasən, onun yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov təyin edilib.
Abid Şərifov daha bir vəzifəsini də itirib. Belə ki, baş nazirin keçmiş müavini Fövqəladə hallar üzrə Dövlət Komissiyasının sədri vəzifəsindən kənarlaşdırılıb.
Abid Şərifov açıqlamasında Fövqəladə hallar üzrə Dövlət Komissiyasının sədri vəzifəsini icra etmədiyini təsdiqləyib.(unikal.org)