Paşinyan Azərbaycana “qorxaq” deyib? Xəbər belə yayıldı

Cəmiyyət 11:52 11.05.2018

Dünən sosial şəbəkələrdə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın “Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı 100 il belə olmağı arzulayırıq” tipində bir açıqlama verdiyi barədə məlumat yayılıb. Qısa müddətdə sosial şəbəkələri ağuşuna alan və hətta ciddi şəxslərin reaksiya verdiyi “bəyanat”ın mənbəyi isə yoxdur.

Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş Xankəndi və Şuşa şəhərlərinə səfərində işlətdiyi iddia edilən bu fikirlər onun son 4 gündə erməni mediasında yayılan heç bir açıqlamasında əksini tapmayıb. Hətta xarici mediada da Paşinyanın bu cür açıqlamasına rast gəlinmir.

Diqqətçəkən məqam isə XİN müavini Xələf Xələfovun jurnalistin Paşinyanın Azərbaycanla bağlı militarist bəyanatlar səsləndirməsi ilə bağlı sualına təəssüfləndiyini bildirməsinin həmin yönə çəkilməsidir. Belə ki, X.Xələfovun yayılan video-müsahibəsində də ona “Paşinyan Azərbaycana qorxaq deyib” sualı ünvanlanmayıb.

Bəs sosial şəbəkəni zəbt edən bu xəbər haradan qaynaqlanır?

Yazıçı Ataqam sosial şəbəkələrdə müzakirələr zamanı xəbərin Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ictimai birliyinin sədri İlham İsmayılın sarkazmla yazdığı bir statusdan başladığını qeyd edib.

“Məsələyə aydınlıq gətirim: o yazının müəllifi - İlham bəy bir yazıçı kimi öz emosiyalarını bildirib, Paşinyanın dediyini iddia etmir, özünün yazdığı kimi, yandığından elə deyib”.

İlham İsmayılın bu sarkazmını ciddi qəbul edən tarixçi Dilavər Əzimli Paşinyanın “bəyanat”ı ilə bağlı böyük bir məqalə yazıb. Bundan sonra isə məsələ sosial şəbəkələrdə sürətlə yayılıb.

Ermənistandakı olayları diqqətlə izləyən politoloqlar da Paşinyanın bu açıqlaması ilə bağlı hər hansı mənbəyə rast gəlmədiklərini bildiriblər. Politoloq Şahin Cəfərli qeyd edib ki, Paşinyanın “Azərbaycan qorxaqdır”, “Böyük Ermənistan quracağam və əvvəlcə Türkiyəni bitirməklə başlayacağam” şəklində bəyanatları ilə bağlı hər hansı ciddi mənbəyə rast gəlməyib:

“Paşinyanın zehniyyəti və mövqeyi məlumdur, amma mən erməni saytlarında onun konkret bu cür açıqlamalarına rast gəlməmişəm. Bəlkə gözümdən yayınıb. Kimsə rast gəlibsə, söyləsin. Bunu tarixçi Dilavər Əzimli uydurub”.

Şahin Cəfərli qeyd edib ki, Xələf Xələfovu da jurnalistlərimiz çaşdırıb:

“Paşinyan o sözləri deməyib, bizimkilər uydurub. Onun real bəyanatları (separatçı rejimin tərəf kimi tanınması və s.) qalıb bir yanda, bizim jurnalistlər uydurma iddialar barədə diplomatımıza sual ünvanlayırlar”.

Tanınmış jurnalist Taleh Şahsuvarlı da sorğumuza cavab olaraq bildirib ki, belə bir xəbərə rast gəlməyib. Yazdığı statusu isə N.Paşinyanın militarist açıqlamalarına, xüsusən baş nazir kimi ilk səfərini Şuşaya etdiyinə görədir.

Politoloq Elxan Şahinoğlu isə Dağlıq Qarabağ mövzusunun lağlağıya çevrilməməli olduğunu vurğulayıb:

“Kimlərsə Nikol Paşinyanın demədiyi sözü onun adına yazıb sosial şəbəkəni lərzəyə salıblarsa, bunu etməməli idilər. Onsuz da işğala görə əsəblərimiz tarıma çəkilib. Ancaq ortada təhqir faktı həqiqətən var. Paşinyanın xarici mətbuat nümayəndələrinə dediyi sözlərdə aşağılayıcı ifadələr var”.

Qeyd edək ki, Paşinyan xarici media nümayəndələrinə Azərbaycanın “2016-cı il aprel varvarlığını” xatırladaraq, “Konflikt ona görə başladı ki, Qarabağ xalqı bu cür varvarlıqdan qorunma zərurəti hiss etdi. Burada ərazi əhəmiyyət kəsb etmir” deyib.

Həmçinin vurğulayıb ki, “bizim təhlükəsizliyimizə müdaxilə edən hər kəs peşman olacaq”.

Ümumiyyətlə, Nikol Paşinyanın diplomat deyil, diletant səviyyəsində, kütləyə hesablanan və Azərbaycanı qıcıqlandıran açıqlama və hərəkətləri ilk gündən özünü göstərir. Ancaq “Azərbaycan qorxaqdır...” ifadəsi ona məxsus deyil.(axar)

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
Hamısı