Azərbaycanlı iş adamı Araz Ağalarov Rusiyada ordenlə təltif edilib.
Bu barədə məlumatı oğlu Emin Ağalarov İnstaqram hesabında yayıb. O, Rusiyada keçiriləcək Futbol üzrə Dünya Çempionatına göstərdiyi yardıma görə mükafatlandırılıb.
Qeyd edək ki, Araz Ağalarov Kaliniqradda 15 milyardlıq stadion tikdirib. Həmin stadionda DÇ-nın oyunları keçiriləcək.