“Euromonitor International” dünyada çaya, yoxsa qəhvəyə üstünlük verən ölkələrin adını açıqlayıb.
"Eurasia Diary" portalı "The İndependent"ə istinadən xəbər verir ki, aparılan tədqiqatlara əsasən, Özbəkistan sakinlərinin 99.6 faizi çay içməyə üstünlük verir. Qvatamelada isə əksinə, 99.6 faiz əhali qəhvə içməyə üstünlük verir.
Çaya bağlı olan ölkələrin arasında ilk yeri Keniya 99.2 faizlə tutub. Daha sonra Azərbaycan (99,1%), Pakistan (99%), Çin (98,9%) və Misir (98,5%) gəlir.
Dominiko Respublikasının 99 faiz sakini qəhvəyə üstünlük verir. Daha sonrakı yerləri Braziliya və Ekvador (97,4%), Yunanıstan (96,8%), Danimarka (92,2%) tutur.
Estoniya və Polşa sakinlərinin isə çay və qəhvəyə marağı təxminən bərabər bölünüb-49 və 51 faiz.
"Eurasia Diary"