Aİİ-də “Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusunda seminar keçirilib

Cəmiyyət 15:11 07.05.2019
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 6 may 2019-cu il tarixdə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) sədri, millət vəkili Qənirə Paşayeva və təsəvvüf araşdırmaçısı, yazar Camalnur Sarqutun təqdimatında “Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusunda seminar təşkil olunub.
Aİİ rektoru Ceyhun Məmmədov tədbir  iştirakçılarını salamlayaraq,  ölkəmizdə tarixən mövcud olan milli-mənəvi mühitin qorunub saxlanıldığını, həmçinin dini təhsil sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Prezident cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə  Azərbaycan İlahiyyat İnstitutunun yaradıldığını qeyd edib. Rektor əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlərin, ölkəmizin inkişafında və milli-mənəvi dəyərlərin zənginləşdirilməsində həyata keçirilən tədbirlərin hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Rektor C.Məmmədov ali təhsil müəssisəsinin qarşısında duran əsas vəzifənin dərin dini və dünyəvi biliklərə, zəngin dünyagörüşünə və yüksək intellektə malik kadrların hazırlanmasına yönəldiyini bildirib. Güclü təhsillə yanaşı, elmi və mədəni inkişaf istiqamətində təşkil olunan  konfrans, seminar, layihə və proqramlar barədə məlumat verib. Mövzunun əhəmiyyətini qeyd edən İnstitut rəhbəri milli-mənəvi dəyərlərin gənclərin yüksək kamillik tərbiyəsindəki və müstəqil dövlətçilik ənənələrinin inkişafındakı rolundan bəhs edib.
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayeva seminarda çıxış edərək bildirib ki, “Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusu öz aktuallığı ilə seçilir. Millət vəkili qeyd edib ki, hazırda cəmiyyətimizdə milli-mənəvi dəyərləRın təbliği ilbəil daha geniş vüsət almaqdadır. Bildirib ki, Azərbaycanın milli-mənəvi dəyərləri, mədəni irsi xalqımızın qürur mənbəyi kimi dünya sivilasiyasında sevilib-seçilir.  Bu sahəyə dövlət tərəfindən xüsusi qayğı və diqqət var, bu isə qeyri-maddi-mədəni irsimizin gələcəyinə nikbin baxmağa ümid verir. 
Millət vəkili daha sonra qeyd edib ki, mədəniyyətlər və dinlərarası dialoqu dəstəkləyən, beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan üçün təsəvvüf və ümumən ilahiyyat mövzusu daim aktualdır. Vurğulayıb ki, “Azərbaycanda üçüncü dəfə səfərdə olan Camalnur Sarqut xanımın məqsədi dinimizin gözəlliyini gənclərə, insanlara çatdırmaqdır. Biz gəncliyimizə səslənirik ki, əsl İslamı öyrənsinlər. Bu gün çox ağrılıdır ki, din pərdəsi adı altında gənclərimizi radikalizmə sürükləyirlər”.
Seminarda “Ayətəl-kürsü”, “Yaradılış sirri”, “İnsani-kamilin həqiqəti”, “Eşqdən dinlə”, “Canın canıdır”, “Hz. Adəm”, “Şəms”, “Ey insan”, “Peyğəmbərə sevdirilən qadın”, “Kəbənin həqiqəti” və digər kitabların, bir sıra əsərlərin müəllifi, təsəvvüf araşdırmaçısı, yazar Camalnur Sarqut Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, burada yaradıcılığına verilən qiymət onun üçün daha təsirli və yaddaqalandır.
“Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusunda çıxış edən C.Sarqut iman gətirən, yaxud iman gətirməyən hər bir insanın ruhunda mükəmməl insan axtarışı olduğunu qeyd edib. “İnsan öz həyatının memarı olmalıdır”, – deyən yazar təsəvvüf fəlsəfəsinə dair fikirlərini bölüşüb. Gənclərin sağlam ruhda, milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Türk dünyasının birliyinin, birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb. Qonaqların müəllifləri olduqları kitabların imzalama mərasimi keçirilib.
 
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Hamısı