"Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün birləşmək lazımdır" Litvanın Klaypeda şəhərində yaşayan Əliağa Məmmədov

Cəmiyyət 15:15 14.05.2019

Müsahibim Litvanın Klaypeda şəhərində fəaliyyət göstərən “Azeris” cəmiyyətinin sədri, Klaypeda Milli İcmalar Şurasının üzvü Əliağa Məmmədovdur. Soydaşımız yarım əsrə yaxındır ki,  Klaypeda şəhərində yaşayır. Amma soydaşımız Azərbaycan ənənələrinə sadiq çıxması, tariximizi, mədəniyyətimizi təbliğ etməsi və bütövlükdə ölkəmizi tanıtması istiqamətində gördüyü işlər əvəzsizdir. Söhbət zamanı o, sevə-sevə “Azeris” cəmiyyətinin Litvada Azərbaycanla bağlı təşkil etdiyi tədbirlər haqqında ətraflı şəkildə danışdı. Klaypeda şəhərində təşkil olunan  bazar günü məktəbində uşaqlara Azərbaycan tarixi, ənənələri, rəqsləri öyrədilir, hətta məktəbə litvalı uşaqlar da maraq göstərir.

- Əliağa müəllim,  Klaypeda  şəhərinə  gəlişiniz necə oldu?  Adətən, gənclər əsasən, Rusiyanın şəhərlərinə üz tuturdular. Kim sizə dəstək oldu? 

Mən 1973-1975-ci illərdə Kalininqrad şəhərində hərbi xidmətdə olmuşam. Əsgərlik vaxtı daxili  qoşunlarda qulluq etmişəm.  Vilnüs-Klaypeda şəhərlərinə dustaqlar aparıb-gətirirdik, hərbi alayımız isə Vilnüs şəhərində  yerləşirdi. 1975-ci ildə hərbi xidmətimi başa vurduqdan sonra Azərbaycana qayıtdım.  1976-cı ildə   Bakıda  Daxili İşlər İdarəsində işə girdim və indiki Suraxani Rayon Daxili İşlər İdarəsində milis (polis) işlədim.  Ali milis məktəbinə daxil olmaq və mənzil almaq istəyirdim. Amma Bakıda buna nail olmaq çətin idi, çox uzun növbə vardı. Ona görə 1981-ci ilin oktyabrında  Klaypeda şəhərinin  Daxili İşlər İdarəsində işləməyə ezam olundum.     
 

- Uzun illər hüquq-mühafizə orqanlarında çalışmısınız. Bir qədər bu barədə danışardınız?  Ümumiyyətlə, polis olmaq arzunuz idi, yoxsa təsadüf ?

Polis olmaq uşaqlıq  arzum olub.
Qohumlarımın əksəriyyəti  hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışırdılar.  Uşaqlıqda tarixi-dedektiv əsərlər oxumağı çox xoşlayırdım.

- Hazırda təqaüdçüsünüz. Amma çox zəhmətkeş insansınız  və işləməyi sevirsiniz. Siz həm də bizneslə məşğulsunuz.  Bir qədər də bu barədə söhbət açardınız.

1995-ci ildən təqaüdçüyəm. Boş vaxtlarım çox olacaqdı. Ona görə qərara gəldim ki, bizneslə məşğul olum.  Həmin il kommersiya şirkəti yaratdım. 2002-ci ildə isə başqa  bir şirkət qurdum.  Çılçıraq istehsalı ilə məşğulam. Həmin çilçıraqları Stokholm şəhərinə  istehlak edirik.

- Əliağa müəllim, işləriniz necə gedir ?

İşlərimiz yaxşıdır,  başqa layihələrimiz də var. Çalışıram ki, bütün işlərimizi uğurla həyata  keçirək.

- Bir qədər də ailənizdən danışardınız.

Bir qızım, iki oğlum var. Qızım Natəvan ali təhsillidir, ailəlidir, 1 qızı var. Ekiz oğlanlarım isə 3-cü sinifdə təhsil alırlar. Adları Məhəmməd və Mahmuddur. Hər ikisi musiqi məktəbində piano və skripka sinfində təhsil alırlar. Onlar öz dilimizdə gözəl mahnılar ifa edirlər.

- “Azeris” cəmiyyətinin sədri, Klaypeda Milli İcmalar Şurasının üzvüsünüz. Vətəndən uzaqda olsanız da, onu heç  vaxt unutmadınız. Litvalıların azərbaycanlılara münasibəti və Azərbaycana olan rəğbəti qənaətbəxşdirmi? Bir diaspor olaraq sizi əsas hansı problem narahat edir və onun həllini nədə görürsünüz?

Litvalıların azərbaycanlılara münasibəti  müsbətdir.  Son 5-6 il ərzində  Azərbaycanın Litvadaki səfiri  Həsən Məmmədzadə cox işlər görüb. Milli Məclisin deputatları Litvaya gələrkən Klaypeda şəhərinə də baş çəkirlər.  Dəfələrlə şəhər meri  ilə görüşlərimiz olub. “Azeris”  cəmiyyətinin tədbirlərinə yerli əhali çox böyük məmuniyyətlə qatılır.
Qeydiyyatdan keçmiş diaspor təşkilatları fəaliyyət göstərsələr, düşmənlərimizə qarşı (söhbət ermənilərdən gedir) daha güclü olarıq. Azərbaycanın adət-ənənələrini yaşatmaq, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün birləşmək lazımdır.  Əfsuslar olsun ki, bəziləri bunu anlamaq  istəmirlər.

Litvada nə qədər azərbaycanlı yaşayır və əsas məşğuliyyətləri nədən ibarətdir?

Son məlumatlara görə, Litvada 1500 azərbaycanlı yaşayır. Klaypeda şəhərində 70-ə yaxın azərbaycanlı ailə var. Son illər həmyerlilərimizin çoxu sosial durumunu  daha da yaxşılaşdırmaq üçün çox inkişaf etmiş  Avropa ölkələrinə köçüb gedirlər. Bəzi ailələr uşaqlarının təhsili və işi ilə əlaqədar şəhəri tərk edirlər.

Azərbaycanlıların çoxu Klaypeda şəhərinə vaxtilə məzunu olduqları Bakı  Balıq Sənaye Texnikumunu bitirdikdən sonra  təyinatla  gələnlərdir. Bildiyiniz kimi,  Klaypeda  liman və kurort şəhəridir. Burada azərbaycanlıların coxu dənizə gedirlər, balıq  tuturlar. Ticarətlə məşgul olanlar da az deyil.

 

Müsahibəni qələmə aldı: Aynur Nadir qızı

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər” - VİDEO
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
Hamısı