“Loqos”un Xırdalan filialı açılıb - FOTOLAR | Eurasia Diary - ednews.net

24 Avqust, Şənbə


“Loqos”un Xırdalan filialı açılıb - FOTOLAR

Cəmiyyət A- A A+

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Xırdalan filialının açılış mərasimi keçirilib.

Eurasia Diary xəbər verir ki, açılışda “Loqos” PNİM-in təsisçisi, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, Abşeron İcra hakimiyyətinin nümayəndəsi Hafiz Mikayılov, Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Ulduz Babayeva, ASGA-nın sədri Səbuhi Abbasov, QHT.tv rəhbəri Cəsarət Hüseynzadə, Xeberal.az saytının rəhbəri Mirismayıl Xələfli, sahibkar qadınlar, həkimlər, məktəb psixoloqları, “Loqos” un digər filiallarının icraçı direktorları və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə yeni binanın lenti kəsilib və qonaqlar bina ilə tanış edilib.

Daha sonra qonaqları salamlayan “Loqos” PNİM-in təsisçisi Təranə Məmmədova qeyd edib ki, “Loqos” PNİM-in  sayca ümumilikdə 10-cu Bakı şəhəri üzrə isə 5-ci filialının açılışıdır. Natiq vurğulayıb ki, bütün mərkəzlərimzin fəaliyyət istiqamətində bir amal dayanır: Vətəndaş məmnunluğu və onlara layiqli xidmət etmək.

Sonra çıxış edən qonaqlar yeni filial münasibətilə “Loqos” kollektivini təbrik ediblər və yeni uğurlar diləyiblər.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edibdir.

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...