Daha bir su xətti partladı - Nizami rayonunda sakinlər susuz qalıb | Eurasia Diary - ednews.net

21 May, Çərşənbə axşamı


Daha bir su xətti partladı - Nizami rayonunda sakinlər susuz qalıb

Cəmiyyət A- A A+

Bakının Nizami rayonunda su xəttində qəza baş verib.

Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, səhər saatlarında ərazidən keçən 150 mm diametrli xətt partlayıb.

Dərhal hadisə yerinə qəza xidməti cəlb edilib və xəttə suyun verilişi dayandırılıb.

Hazırda problem aradan qaldırılır və yaxın vaxtda əraziyə suyun verilişi bərpa ediləcək.

Xatırladaq ki, hadisə nəticəsində ətraf ərazilərə içməli suyun verilişində fasilə yaranıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...