Şəhid olan hərbi qulluqçumuz doğulduğu Gədəbəy rayonunda dəfn olunub | Eurasia Diary - ednews.net

18 Avqust,


Şəhid olan hərbi qulluqçumuz doğulduğu Gədəbəy rayonunda dəfn olunub

Cəmiyyət A- A A+

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu torpağa tapşırılıb.

Eurasia Diary-nin məlumatına görə, cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olan Xəlilov Elşən Vüqar oğlu bu gün doğulduğu Gədəbəy rayonunun İnəkboğan kəndinin İnzibati Ərazi Dairəsinə daxil olan Qasımlı kəndində dəfn olunub.

Dəfn mərasimində rayon rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri, hərbi qulluqçular və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin şəxsi heyəti iştirak edib.(ONA)

*** 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Eurasia Diary-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...