İyunun 19-da Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Sumqayıt şəhərinə səfər etdi. Səfər çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüş baş tutdu.
İH başçısı Meksika səfirini qəbul etməkdən məmnunluğunu ifadə etdi. Son zamanlarda Sumqayıt şəhərində həyata keçirilən abadlıq və yenidəqurma işləri haqqında məlumat verdi. Azərbaycan ilə Meksika arasında ikitərəfli münasibətlərdə son illərdəki inkişafı vurğuladı.
Səfir Labardini, öz növbəsində, Sumgayıta rəsmi səfərlə ikinci dəfə gəldiyini qeyd etdi. Hər iki ölkənin şəhər və regionları arasında yaxınlaşma və əməkdaşlıq zəruriyyəti haqqında danışdı. Bu xüsusda, qeyd etdi ki, Sumqayıt ilə Meksikanın oxşar profilli şəhəri arasında qardaşlaşma ikitərəfli münasibətlərin gücləndirilməsi və xalqların yaxınlaşmasına tövfə verər bilər.
Bundan əlavə, diplomat yerli publikanı Meksika mədəni zənginliyi ilə tanış etmək məqsədilə Sumqayıtda bir sıra mədəni tədbirlərin keçirilməsi mümkünlüyünü nəzərdən keçirdi. Səfirliyin gələcək tədbirləri haqqında məlumat verən səfir qeyd etdi ki, onların arasında məşhur meksikalı musiqiçilərin konsertləri də nəzərdə tutulub.
Hər iki tərəf mövcud əlaqələrin genişləndirilməsinə dair istəklərini ifadə edib, bu istiqamətdə əməkdaşlığı davam etdirməyi razılaşdırıblar.
Görüşdən sonra, səfir Labardini Sumqayıt Kimya Sənaye Parkı, tütün zavodu, Sumqayıt Dram Teatrı və yay konsert məkanını ziyarət etdi.