Bakıdan Tbilisiyə gedən qatarın qəza nəticəsində yarı yolda qalması sərnişinləri acınacaqlı vəziyyətə salıb.
Eurasia Diary xəbər verir ki, onlardan biri son vəziyyət haqqında "oxu.az"a açıqlamasında bildirib ki, qatar təxminən iki saatdır dayanıb, heç kim vaqondan çölə buraxılmır: “Bizə heç bir məlumat vermirlər. Nə vaxt gedəcəyimizi bilmirik. Çölə çıxmağa da icazə verilmir. Vaqonlarda kondisionerlər işləmir, havasızlıqdan və istidən boğuluruq”.
Qeyd edək ki, Bakı-Tbilisi qatarı Bakı - Tbilisi dəmir yolunun Hacıqabul və Kürdəmir rayonları arasındakı ərazidə hərəkətdə olarkən elektrik naqilində problem yaranıb. Bu səbəbdən qatarın bəzi voqonlarında yanğın baş verib.