Milli-mənəvi dəyərlər sistemində dini dəyərlərin əhəmiyyəti

Cəmiyyət 00:36 12.07.2019
Bu gün öz aktuallığı ilə gündəmdə olan və ən çox müzakirə olunan məsələlərdən biri də qloballaşan dünyada baş verən sosial-iqtisadi və siyasi dəyişikliklərin insanların mövcud dəyərlər sistemi ilə bağlı fikirlərinə təsir göstərməsidir. Şübhə yoxdur ki, biz artıq kütləvi şüura görünməmiş sürətlə yönələn təsirlər nəticəsində xalqın köhnə ideoloji, əxlaqi və digər milli dəyərlərinin sıxışdırıldığı və onların başqa xalqlardan götürülən yeni dəyərlərlə əvəz olunduğu bir dövrdə yaşayırıq. Bu isə hər bir xalqın tarixi milli dəyərlərinin təhlükə altına düşməsini səciyyələndirən amillərdəndir.
Milli dəyərlər sistemini öz növbəsində iki növə ayırmaq olar: milli maddi dəyərlər və milli mənəvi dəyərlər. Milli maddi dəyərlər dedikdə burada memarlıq abidələri, salınan yollar, tikilən binalar və s. nəzərdə tutulur. Milli mənəvi dəyərlər dedikdə isə ilk növbədə dilimiz, dinimiz, tariximiz, ədəbiyyatımız, adət-ənənələrimiz, mədəniyyətimiz, incəsənətimizin bütün sahələri nəzərdə tutulur. 
 
Milli-mənəvi dəyərlər hər bir xalqın mövcudluğunun əsas göstəricisi və onun ən qiymətli sərvəti hesab olunur. Bu səbəbdən yeniyetmə və gənclərə milli dəyərlərin, xüsusilə də milli mənəvi dəyərlərin aşılanması hər bir cəmiyyətin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu dəyərlər sistemində xüsusi yerə malik olan dini dəyərlər hər bir xalqın mənəviyyatının zənginliyinin göstəricisidir. Dini dəyərlər xalqın dini və mənəvi əsaslarını ifadə edir ki, bu amillər də ictimai əxlaq və mədəniyyətin təməllərindən biridir.
Ümummilli lider Heydər Əliyevin çıxışlarının birində vurğuladığı çox maraqlı fikir diqqəti cəlb etməyə bilməz: “Din həmişə müsbət rol oynamalıdır, xüsusən də insanın mənəvi inkişafında, insanların mənəvi tərbiyəsində və onların yüksək mənəviyyat, yüksək əxlaq prinsipləri əsasında sıx birləşməsində”.
 
Bəli, deməli dini dəyərlər insanın mənəvi tərbiyəsində, onda əxlaqi keyfiyyətlərin formalaşmasında, dünyagörüşünün inkişafında, bir sözlə şəxsiyyət kimi yetişməsində mühüm rol oynayan dəyərlərdəndir. Din həmçinin həyatın əsas mənasını təşkil edən yüksək dəyərlər, insanlar arasında ümumi inanc əsasında yaranan xüsusi mənəvi və praktiki əlaqədir. Dini dəyərlər insanın həyatdakı məqsəd və dəyərlərinin təcəssümündə çox xüsusi bir yerə malikdir. 
 
Azərbaycan xalqının mənəviyyatının zənginləşməsində, cəmiyyətdə əxlaqi qaydaların, normaların, davranış ünsiyyətinin, mədəniyyətin formalaşması və inkişaf etdirilməsində dini dəyərlərin, xüsusilə də İslam dini dəyərlərinin böyük rolu vardır. Yaşatdığı və yaratdığı bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yeri olan Azərbaycan xalqı dünyada tolerant, multikultural dəyərlərlə zəngin bir xalq kimi tanınır. Uzun illər boyu Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar, milli azlıqlar, müxtəlif dini konfessiyaların nümayəndələri azad və sərbəst şəkildə əhalinin istifadə etdiyi hüquqlardan istifadə etmiş, onlarla birgə mehribanlıq, dostluq, hətta qohumluq münasibətlərində yaşamışlar.
Mükəmməl və humanist bir din olan İslam dini tarixən yayılmış bütün ərazilərdə aid olduğu xalqın milli və mənəvi dəyərlərinə hörmətlə yanaşmışdır. İslam dini böyük mənəvi dəyərləri özündə birləşdirir, insanların bir-biri ilə mehriban yaşamasını, daim inkişaf etməyi, öyrənməyi tövsiyə edir. İslam dini Azərbaycan xalqının milli mənəvi dəyərlərinin daha da təkmilləşməsi və kamil formalaşmasına öz təsirini göstərmişdir. Belə demək olarsa, İslam dini milli dəyərlərimizlə, dəyərlərimiz isə dinimizlə bir vəhdət təşkil edir.
 
Beləliklə, dini dəyərlərin milli mənəvi dəyərlər sistemində olduqca əhəmiyyətli bir yeri vardır. Hər bir xalq üçün onun milli dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi isə vacib məsələlərdən biridir. Burada həmçinin xüsusi əhəmiyyətə malik olan məsələlərdən biri də dövlət siyasətində prioritet sahələrdən biri din siyasətinin düzgün şəkildə aparılması və xalqın, millətin mənəviyyatının yüksəldilməsi istiqamətində müvafiq işlərin görülməsidir.
 
Milli mənəvi dəyərlərimizin yaşadılmasında, onun təbliğində xüsusilə son dövləri əhatə edən genişmiqyaslı fəaliyyəti ilə cəmiyyətimizin rəğbətini qazanan Heydər Əliyev Fondu da bu sahədə böyük işlər görmüşdür. Belə ki, fondun prezidenti olan Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Respublikamızın ərazisində olan müqəddəs ibadətgahlar, məscid və ziyarətgahlar milli mənəvi dəyərlərimizin təbliğində böyük əmək sərf edən Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa və yenidənqurmadan sonra xalqın istifadəsinə verilmişdir.
 
Bütün bunlar Azərbaycan dövlətinin öz xalqının milli mənəvi dəyərlərinə xüsusi qayğısı və diqqətinin bariz nümunəsidir. Azərbaycan xalqı da öz tarixinə, milliliyinə, dininə və dilinə sadiq qalaraq bu istiqamətdə dövlət siyasətinə öz dəstəyini əsirgəməməli və bir azərbaycanlı, bir müsəlman olaraq öz əlindən gəldiyi qədər bu dəyərləri qorumalı, təbliğ etməlidir.
 
Elvin Talışınski
Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının akademiki
Nərminə Quliyeva
Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin sədr müavini
 
Hadrutdan yeni görüntülər - VİDEO

Xəbər xətti

“Azərbaycan regionda dominant olaraq qalır” – Britaniyalı Ekspert - ÖZƏL
10:00 24.04.2024
Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi
09:50 24.04.2024
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
09:45 24.04.2024
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Bakıda bu gün 29 dərəcə isti olacaq
09:30 24.04.2024
Hadrutdan yeni görüntülər - VİDEO
09:22 24.04.2024
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
09:19 24.04.2024
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
09:17 24.04.2024
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
09:08 24.04.2024
Qırğızıstan prezidenti Azərbaycana yola düşdü
09:00 24.04.2024
Qırğızıstan prezidenti bu gün Azərbaycana gələcək
08:00 24.04.2024
“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Hamısı