Müəllimliyə imtahan verən 5 nəfərin nəticələri ləğv edilib | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Müəllimliyə imtahan verən 5 nəfərin nəticələri ləğv edilib

Cəmiyyət A- A A+

“Müəllimlərin işə qəbulu üzrə keçirilən test imtahanlarında ötən 6 gün ərzində 15 mindən artıq müəllim imtahan verib”.

Eurasia Diary-nin xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində qayda pozuntusu edən 5 müəllimin nəticəsi ləğv edilib: 

“Qayda pozuntusu əvvəlki illərlə müqayisədə azalıb. Qayda pozuntusu edən şəxslərə bir neçə dəfə xəbərdarlıq edilir.

Daha sonra həmin şəxsin yeri dəyişdirilir ki, narahatlıq yaratmasın, köçürmə halı olmasın. Yerin dəyişməsi ən çox istifadə etdiyimiz iltizam qaydasıdır. Elə hallar olur ki, imtahana gələn şəxs zala qulaqcıqla daxil olur, bu, aşkarlanarsa, hadisə aktlaşdırılır və nəticə ləğv edilir. Eyni zamanda qadağan olunan texniki vasitələrdən istifadə etmək istəyənlər də olur ki, bu zaman nəticə ləğv edilir”.

M.Camalzadə bildirib ki, bu gün keçirilən imtahanlar zamanı başqasının yerinə imtahan vermək istəyən 2 şəxs aşkarlanıb: “Təbii ki, bunun qarşısı alınıb, sənədləşmə aparılıb və nəticələr ləğv edilib”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...