Eurasia Diary xəbər verir ki, BNA-dan “Qafqazinfo”ya verilən məlumata görə, marşrut avtobuslarının daha çox keçdiyi dayanacaq məntəqələri, metro stansiyalarının ətrafı, şəhərin giriş-çıxış nöqtələrinə nəzarət gücləndirilib.
Görülən tədbirlər sayəsində əvvəllər xaotik vəziyyətin müşahidə olunduğu metronun “Gənclik”, “20 Yanvar”, stansiyalarının ətrafındakı, "Şamaxinka" adlanan ərazidə və Lökbatan dairəsi yaxınlığındakı avtobus dayanacaq məntəqələri taksi minik avtomobillərindən təmizlənib. Nəticədə qeyd edilən ərazilərdən keçən müntəzəm marşrut avtobuslarının intervalındakı gecikmələr əhəmiyyətli dərəcədə azalıb, sərnişinlərin avtobuslardan rahat və təhlükəsiz istifadəsi təmin edilib.