"Bizə qarşı düşmən mövqedə olan daşnak balası Marqarita Simonyanın nəzarətində olan "Sputnik" saytının ölkədə yayımı dayandırılmalıdır. Bu daşnak balası bizim hisslərimizlə oynayır... Bu ölkədə ona kimlər şərait yaradır? Dağlıq Qarabağı "Artsak" yazdırır... İndi də separtizm mövqeyini ortaya qoyur...".
Eurasia Diary xəbər verir ki, bunu tarixçi alim Dilavər Əzimli deyib.
"Azərbaycan ictimaiyyəti bu məsələdə yekdil olmalıdır. Bu nə deməkdir? Erməninin rəhbərlik etdiyi saytın filialı bizim ölkədə sərbəst fəaliyyət göstərir. Bəlkə onun rəhbəri olduğu televizya verilişlərini də burada yayımlayaq? Adam xəcalət çəkir!!! Bu adamı tanımırsınızmı? Ey Şah Xətainin üstünə çamur atan deputat bu məsələdə niyə səsin çıxmır? Hünərin varsa bu məsələdə radikal ol...",- deyə D.Əzimli bildirib.