"Uşaq pulu”nun olması ailələrin sıxıntılarının azalması deməkdir". Bu sözləri millət vəkili Fazil Mustafa "Cümhuriyət”ə açıqlamasında deyib.
Məsələ növbəti sessiyada təkrar müzakirəyə çıxarılacaq: "Parlamentin yanaşmasını izah etmək mənim üçün çətindir. Çünki parlamentdə mənim özüm də daxil olmaqla ayrı-ayrı millət vəkilləri tərəfindən məsələ gündəmə gətirilib. Amma bütövlükdə parlamentin münasibəti qərar şəklində olur və hələ ki, bu qərar yoxdur. Biz çalışırıq ki, belə bir qərar qəbul olunsun. Hətta mən təklif vermişdim ki, ən azı altı yaşa qədər uşaqlar üçün tətbiq olunsun. Çünki "Uşaq pulu”nun olması ailələrin sıxıntılarının azalması deməkdir.
Biz buna nail olsaq, ən azı bu uşaqların sağlam böyüməsi üçün ilkin addımı ata bilərik. Çünki çoxunun qida, müalicə, sağlamlıq problemi var. Ona görə də bu məsələlərdə problemə daha əhatəli yanaşmalıyıq. Bunu biz gündəmə vaxtaşırı gətiririk. Yəqin ki, növbəti sesiyada da məsələyə təkrar qayıdacağıq. Oktyabrda sessiya başlayacaq. Lakin qərarın nə vaxt qəbul olunacağını deyə bilmərəm”.