Azərbaycan dövlətçiliyinin qızıl dövrü: Səfəvilər sülaləsi

Cəmiyyət 10:46 17.08.2019

II Məqalə

(Birinci məqaləyə buradan baxa bilərsiniz)

Səfəvilərin əcdadı mövzusunda ən önəmli qaynaq təbii ki, “Səfvətus-Səfa” sayılır. Mirzə Abbaslı yazır ki, bu qaynağın müəllif nüsxəsində dolayısıyla bir çox məsələlər qatılıb qarışdırılmışdır. Bu əsərin orijinalı əlimizdə olmadığı kimi, müəllifi də bilinmir. Əsərin bizə məlum olan kopyası 1337-ci ildə Təvvəkkül ibn İsmail ibn Bəzzaz tərəfindən həyata keçirilmişdir. Mirzə Abbaslı bu məsələyə toxunarkən bildirir ki, maraqlıdır səfəvilərin kökəni haqqında fikir bildirən tarixçilər nədənsə bu nüsxəni gözdən keçirməyərək, əsərin sonradan “saxtalaşdırılmış” 1542-ci il tarixli türkcə tərcüməsini əsas götürmüşlər. Bu məsələlərə də Mirzə Abbaslı geniş toxunmuşdur. Poblemə münasibət bildirən Oqtay Əfəndiyev də yazır ki, tədqiqatçılar belə bir fikirdədirlər ki, çox az-az əlyazmalar “Səfvət əs-səfa” qədər dəyişikliklərə və saxtalaşdırmalara məruz qalmışdır. Daha sonra İran tarixçisi Əhməd Kəsrəvinin bu haqda araşdırmalarına toxunan Oqtay Əfəndiyev əlavə edir ki, Əhməd Kəsrəvi bu əsərin müqayisəli tədqiqi ilə məşğul olmuş, xeyli əvvəl V.V.Bartold tərəfindən söylənilmiş belə bir nəticəyə gəlmişdir ki, Səfəvilərin əcdadları heç də seyidlər nəslindən olanlar deyillər və onların nəsli şəcərəsini sonralar Səfəvi tarixşünasları uydurmuş və İbn Bəzzazın əsərinin mətninə daxil etmişlər.

“Səfvət əs-səfa”da Şeyx Səfiəddinin etnik mənsubiyyətinə dair məlumatlar öz əksini tapmışdır. Bu mənbədə Şeyx Səfi dəfələrlə “pir-i türk” (Tükün piri) adlandırılmışdır. Əsərdə Şeyx Səfinin iqamətgahında digər etnoslarla müqayisədə türklərə daha böyük ehtiram göstərməsi xüsusi olaraq vurğulanmışdır. Oqtay Əfəndiyevin fikrincə, Səfəvilərin mənşəcə fars olduğunu sübut etmək arzusu ilə hərəkət edən müəlliflərin bu barədə “susması” tamamilə başa düşülə bilər. Çünki Şeyx Səfinin səyahətləri haqqındakı rəvayətlərdə onun dəfələrlə “türkün piri” (“pir-i türk”) adlandırıldığını görməmək mümkün deyildir. Bu mənada Şeyx Səfinin fars torpağı olan Şirazda öz müridləri ilə görüşləri və söhbətlərindən bəhs edən hekayədə ona dəfələrlə türk kimi müraciət olunması çox səciyyəvidir: ”Yüksək mənsəb sahibi olan və bütün Farsda cəsarəti ilə tanınan əmir Abdulla (Səfiyə müraciət eədrək-D.Ə.) dedi:”Ey türk piri...”. Mövlana Əhməd və Mövlana İbrahim Təbrizi Səravi qeyd edirdilər ki, (biz) Ərdəbilə gəldik. Şeyxin yanında (evində), qoy (Allah) onun ruhunu əziz tutsun, bizim üçün qara çörək və su gətirdilər. Qəflətən bir neçə türk daxil oldu. Onlar üçün ağ çörək və bal gətirdilər”. Deməli, Şeyx Səfinin evində (hücrəsində) türklərə üstünlük verilirdi.

Təvəkkül ibn Bəzzazın əsərində şeyxin “türk kəndində” (deh-i türk) olmasından söz açılır ki, bu da Səfi dövründə Ərdəbil ərazisinin türk əhalisinə işarədir. Daha sonra Oqtay Əfəndiyev bildirir ki, Şeyx Səfinin türklərə mənsub olduğunu göstərən buna bənzər fikirlər “Səfvət əs-səfa”nın bütün nüsxələrində vardır. Təvəkkül ibn Bəzzazın Şeyx Səfinin türkcə şeirlər yazması, türkcə “Qara məcmuə” adlı əsərin müəllifi olması və s. kimi faktları Şeyx Səfinin heç şübhəsiz türk olmasına dəlalət edir. Səfəvilərin soykökünün türk olması haqqında Seyidağa Onullahinin də tədqiqatlarında tarixçilik üçün həm maraqlı və həm də yeni məlumatlar vardır. Müəllif XIV yüzillikdə yaşamış Təvəkkül ibn İsamyıl ibn hacı əl-Ərdəbilinin “Səffət əs-Səfa” əsərinə istinad edərək yazır: “Şeyx Səfiəddin bu ləfz ilə buyurdu – Ey xülafə camaatı, Xacə Səfiəddinə dua edin ki, rəhmətlik Şeyx Zahidin və mən türkzadənin (türk oğlunun) taxtını aparmışdır”. Seyidağa Onullahi olduqca elmi əhəmiyyəti olan bu fikrə istinad edərək Səfəvilərin soykökünü kürdləşdirməyə, yaxud da farslaşdırmağa çalışan “tarixçilərə” tutarlı cavab verərək göstərir ki, Şeyx Səfiəddin türk olduğunu hər halda onlardan yaxşı bilirdi.

Səfəvilərin əcdadlarının türk olmasını göstərən əsas dəlillərdən biri də Şeyx Səfinin yanına gələn müridlərin yaşadıqları coğrafiyadır. Onların böyük əksəriyyəti türklərin yaşadıqları coğrafiyadan gələnlərdir. Bunula bağlı “Səfət əs-səfa”ya istinad edən Mirzə Abbaslı yazır ki, “ Şeyx Səfinin Türkistan, Qarakitay, Çin Türkistanı, Hindistan və Sərəndib (Seylan) çevrəsindəki tərəfdarları, üç illik yol məşəqqətlərinə qatlanıb gələn yolçu və ziyarətçiləri bizə bu məsələdə belə bir fikir yürtüməyə əsas verir”. 
Orta əsrlər üzrə bütün dünya tədqiqatçıları həm də bir fikirdə həmrəydirlər ki, Azərbaycan Səfəvilər dövlətinin tarix səhnəsinə çıxmasında süfizmin böyük rolu olmuşdur. Bununla belə onun tarixi araşdırılarkən daha çox qatı şiə dövləti kimi təqdim olunmuşdur. Əslində bu dövlətin təməlləri Türk inanc sisteminə söykəndiyi halda, ona qatı din pərdəsi geydirilmişdir. Bəllidir ki, İslam dini Türk dünyasında yayılarkən yerli inanc sistemləri bu dinə qatışıb onu Türklər üçün doğma dinə çevirmişdir. İslamın mahiyyətini dərindən dərk edən Türklər onun dünyaya yayılmasında da əvəzsiz xidmətlər göstərmişlər. Bəzən tarixmizdə buna Türk Xalq İslamı da deyirlər... Bu da İslamın xalq tərəfindən məhrəm qəbul edilməsiylə bağlı idi. Türk Xalq İslamı olaraq tanınan Türk İslam anlayışı üzərinə son bir neçə illər içində olduqca dəyərli tədqiqatlar aparılmışdır. Vaxtilə Fuad Körpülü və Abdülbaki Gölpinarlı tərəfindən bu problemin ciddiliyinə və önəminə diqqət çəkilmiş və bu yöndə dəyərli araşdırmalara imza atılmışdır. Özəlliklə başda Fuad Köprülünün “Türk Edebiyyatında İlk Mutasavvıflar” əsəri olmaqla Türklərdə Sünnilik xaricində İslam anlayışının yeri və izləri ciddi şəkildə aydınlaşdırılmışdır. Bu problem ciddi şəkildə İrene Melikoff və Ahmet Yaşar Ocak tərəfindən aydınlaşdırılaraq təqdim olunmuşdur. Amma adı keçən araşdırıcılardan heç biri ciddi şəkildə sufi təriqəti olan Səfəvilik və ya Qızılbaşlıq araşdırılması üzərində durmamışlar. Bu yöndə boşluğu Nihat Çetinkaya “Kızılbaş Türkler” adlı əsəriylə doldurmağa çalışmışdır. 

Türklər tərəfindən islamın asanlıqla qəbul edilməsində onun Türk Xalq İslamına çevrilməsinin qiymətsiz rolu olmuşdur. Türklərin dəyişən coğrafiyaları ilə bərabər, yaşadıqları adət-ənənə və mədəniyyət dəyişiklikləri dini həyatlarının dəyişməsində önəmli rol oynamışdır. Özlərinəməxsus inanc sistemləri, dinləri olmasına rəğmən zamanla yeni qarşılaşdıqları çağdaş, böyük və yetkin dinlərə ilgi göstərmişlər. Əski Türk dinində “Göy Tanrı” inancı “Atalar kultu” və “Təbiət kult”larından mütəşəkkil bir inanc sistemi mövcuddur. Əski Türk dini təbiətiylə yaylaq və qışlaq həyat şərtlərinə uyğun olaraq çöl mədəniyyətində əksini tapmışdır. Bu dinin təməlində Tək Tanrı inancı yer alır. Türklərin inandıqları Göy Tanrı özünə aid sifətlərə məxsus, əzəli və əbədi, hər şeyə gücü yetən, arzulananı yerinə yetirən, kainatın yaradıcısı və yeganə hakimidir. Bu səbəblə Türklərin islamiyyəti qəbul etmələrində heç bir sıxıntı olmamışdır. Özəlliklə Göy Tanrı inancı yeni dinin geniş anlamda qəbul edilməsində ən önəmli səbəb olmuşdur. Məsələ ondadır ki, Göy Tanrı inanc sistemində yaradıcı olan böyük varlıq Tenqri hər şeyin üstündədir. Göy (göyüzü, yaxud mavi göy) və Yer (qara yer və ya torpaq) Tenqri tərəfindən yaradılıb və buna görə də müqəddəs qəbul edilir. Türk xaqanı Almış xanın istəyilə İslam dinini təbliğ etmək üçün Abbasi xəlifəsi Müqtədir (908-932) tərəfindən 921-ci ildə Volqa-Bulqar ölkəsinə göndərilən məşhur müsəlman səyyah İbn Fazlanın Aral gölü ətrafında yaşayan oğuzları yaxından tanımaq fürsəti olmuşdu. İbn Fazlan oğuzların tək Tanrıya inandıqlarını öyrəndikdə çox heyrətlənmişdi. Çünki o, türklərin bütpərəst olduğunu güman edirdi.

Monqolustandan Fransaya qədər iki min ildən çox Avrasiyanın mərkəzi boyunca əldə qlınc at çapan türklər “göy üzünü çadır, günəşi bayraq, xaqanlığı isə göyün kölgəsi” hesab etmişlər. Qədim türklər özlərini göyün, yerin və təbiətin bir parçası sayırdı. Türk inanc və fikir sistemində mühit anlayışı yer və göydən ibarətdir. Buna görə də türk kosmologiyasının əsasında bu iki ünsür dayanırdı. Qədim türk kitabələrində bu anlayış belə təsvir olunur: “Yuxarıda mavi Göy, aşağıda yağız Yer, onların ortasında kişi (insan) oğlu yaradıldı”. Ən qədim zamanlardan günümüzə qədər türklər arasında Tanrının hər şeyi yaratdığı, bir və əbədi olduğu, tək qüdrət sahibi və hər şeyin əvvəli və sonunun o olduğu inancı vardır. Qədim Türk kitabələrində Tanrı üçün “yüzə Tenqri” ifadəsi işlədilir ki, bu “ulu” və “əbədi” mənasına gəlir. Türk inanc sistemində Tanrı başlanğıcı və sonu olmayan qüdrətdir. Bütün varlıqların yaradıcısı odur və hər şey onun qüdrətinə tabedir. Bu məsləyə toxunan sufizmin görkəmli nümayəndəsi, bütün dünyada məşhur olan Mövlana Cəlaləddin Rumi yazırdı ki, “Türklər Allaha “Tanrı” adını verib və bununla da “tək və vahid Allahı” zikr edirlər. Türk inancında Tanrı ilə insan arasında vasitəçi yoxdur. Vasitəçi olaraq ifadə edilən “şaman” (kam) sadəcə dini mərasimlərin aparıcısı sifətinə sahibdir. Şamanın insanla Tanrı arasındakı münasibətlərə müdaxilə etmək hüququ olmadığından, türklərdə şamanlar dini bir sinif təşkil etməmişlər.

Dilavər Əzimli

BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı