Azərbaycan dövlətçiliyinin qızıl dövrü: Səfəvilər sülaləsi

Cəmiyyət 13:44 15.08.2019

I MƏQALƏ

Azərbycan tarixinin ən parlaq səhifələrini təşkil edən Azərbaycan Səfəvilər dövlətinin (1501-1736) ortaya çıxması tarixi zərurətdən doğurdu. Bu zərurətin nəticəsində Azərbaycan özünün tarixi coğrafiyasında bütövləşdi. Tarixi ərazilərdə bütövləşmə həm də milli kimliyi ortaya qoydu. Türk dili, türk kimliyi siyasi səhnəyə gəldi. Bu mənada belə bir dövlətin ortaya çıxmasını, onun böyük bir türk imperiaysına çevrilməsini uzun illər aparılan mübarizənin (gizli və ya açıq şəkildə) qələbə ilə başa çatan nəticəsi saymaq mümkündür.

Azərbaycan, bütün Şərq, o cümlədən dünya tarixində xüsusi iz buraxmış Səfəvilər sülaləsi öz adını Şah I İsmayılın altıncı əcdadı, mərkəzi Ərdəbildə yerləşən məşhur bir sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqın (1252-1334) adından götürmüşdür. Şeyx Səfiəddinin ata-babası çox qədim zamanlardan Ərdəbil sakinləri idilər. Şeyx Səfiəddin İshaqın atası Şeyx Əminəddin Cəbrayılın altıncı babası Qızılbörk Firuz şahın, on doqquzuncu babası Əbülqasım Həmzənin qəbirləri Ərdəbil şəhəri yaxınlığında İsfərəncan və Kəhrəlan (Kəlxoran) kəndlərində olub, müqəddəs ziyarətgahlardır. 

Səfəvilərin kökəninin türk olması birmənalıdır. Bunu tarixi mənbələr sübut edir. Səfəvilərdə türk dilinə hədsiz məhəbbəti həm genetik bir məsələdir. İqtidara gələn kimi də bu dil rəsmi dil ststusunu aldı. O.Əfəndiyev bu mənada İran tarixçisi Nəsrulla Fəlsəfiyə istinadən yazır ki, “Şirin fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və saray dili olduğu halda, Şah I İsmayıl türk dilini sarayın rəsmi dili etdi. Öz şeirlərini türk dilində yazdı. Bu dil səfəvilər sülaləsinin sonuna və ondan sonra da sarayın rəsmi dili oldu”. Səfəvilərin türk kimliyi məsələsi vaxtilə bu dövrü araşdıran bir sıra yerli və əcnəbi araşdırıcılar tərəfindən öz təsdiqini tammışdır. Bunların içərisində öncül yerləri V.V.Bartold və İ.P.Petruşevski tutur. V.V.Bartoldun sülalənin türk mənşəli olması barədə söylədiyi fikir daha mötəbərdir və mənbə məlumatları ilə təsdiq edilir. Alim bu sülalənin eponimi və banisi Şeyx Səfiəddinin (1252-1334) və onun nəslindən bəhs edərkən göstərmişdir ki, “bu Ərdəbil şeyxləri, şübhəsiz, fars deyil, türk mənşəlidirlər”. İ.P.Petruşevski də eyni fikir söyləmişdir: ”İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar. Onların doğma dili Azərbaycan dili olmuşdur”. Bu məsələ o cümlədən dəyərli tədqiqtçı Mirzə Abbaslı tərəfindən geniş şəkildə tədqiq olunmuş və müəllif səfəvilərin kökənin türk olmasını ilkin mənbələr əsasında birmənalı şəkildə əsaslandırmışdır. Səfəvilərin həm də seyidliyi məsələsinə toxunan Mirzə Abbaslı yazır ki, “XVI-XVII yüzillərdən bu yana və özəlliklə Səfəvi hakimiyyəti illərində (1501-1722) olduqca geniş tarixi-ədəbi qaynaqlar yaradılmışdır. Səfəvilər dönəmini genişcə əks etdirən bu tarixi-ədəbi qaynaqlarda Şah I İsmayıl Xətainin ulu babaları, aşağı yuxarı iyirmi beş qurşaqdan ibarət bir soy zənciri ilə yeddinci İmam Musa əl-Kazıma (ölm. M.790), sonra da İmam Əli ibn Əbu Talibə (M.598-661) və islam Peyğəmbərinə (M. 570-632) qədər çıxarılmışdır. XVI yüzilin bəzi qaynaqlarında isə Səfəvilərin nəsəbnaməsi Hz.Nuha, hətta Əbül-Bəşər sanılan Adəmədək götürülmüşdür”. Məsələyə açıqlama verən müəllif daha sonra qeyd edir ki, hələ XIV əsrdən Səfəvilərin hansısa bir şəkildə seyid nəsəbli olmaları barədə müəyyən rəvayətlər mövcud olmuş, səfəvilər hakimiyyətə gəldikdən sonra öz hömranlıqlarının legitimliyini əsaslandırmaqdan ötrü bu amildən geniş surətdə istifadə etmişlər: “Səfəvilərin özləri də birinci olaraq sosyal və siyasi amaclara yönələrək Nəsəbnamənin bu duruma yönəlməsinə göz yummuşlar və özlərinin islam Peyğəmbəri soyundan olduqlarını inandımağa çalışmışlar və bunun isbat olunması üçün də ciddi çalışmışlar. Lakin bütün bu çalışmalar bir çox əfsanəvi rəvayətləri təkrarlamaq, mədhiyyələr söyləmək çərçivəsindən kənara çıxmamışdır. Bir çox orta çağ tarixçiləri də çoxlu sayda tanınmış əsərlər yazmışlar, o çağın toplumsal və tarixi hadisələrini olduqca geniş və ətraflı bir biçimdə təsvir etmişlərsə də, səfəvilərin ulu babalarının imamlar soyuna bağlanmasına söykənməli bir dayanacaq və soy ilgisi bulamamışlardır. Bu mövzuda ilk qaynaqlardan bəzisinin fikir yönündən dəyişdirilməsi də istənilən sonucu verməmişdi”.

“Tarix-i Aləmara-yi Şah İsmayıl” adlı mənbəni tədqiq edən Namiq Musalı yazır ki, hətta Səfəvi müəlifləri müxtəlif şəcərə cədvəlləri tərtib edərək, Firuzşahı İmam Musa əl-Kazım vasitəsilə peyğəmbər və imamlar nəslinə bağlamağa çalışmışlar. Müəllif daha sonra qeyd edir ki, belə şəcərələrdən biri də “Aləmara”nın Y.Şükri tərəfindən əsas götürülmüş nüsxəsində əksini tapmışdır. Lakin araşdırmalar nəticəsində belə bir fikir irəli sürülmüşdür ki, “Firuzşahdan Şeyx Səfiyə qədərki şəcərə cədvəli ümumən səhih olsa da, Firuzşahı yeddinci imam Musa əl-Kazıma bağlayan 14 nəsilli səcərə Səfəvi sarayında yaşamış sonrakı müəlliflərin işidir” . Bu vaxta qədər tarixşünaslıqda Səfəvi əcdadlarını qeyri-türk etnoslarla əlaqələndirmək üçün müəyyən cəhdlər edilmiş, Firuzşahın Cənubi Ərəbistandan (Yəməndən) (48, 126), “Kürdüstan”dan və hətta Fars vilayətindən köçərək, Azərbaycanın Ərdəbil nahiyyəsinə gəldiyi barədə iddialar də ortaya atılmışdır. Lakin tədqiqatlar dərinləşdikcə bir sıra orta əsrlər tarixi ilə məşğul olan yerli və əcnəbi alimlər Səfəvi əcdadlarının türk mənşəli olduqlarını təkzibedilməz dəlillərlə təsbit etmişlər. Kembric Universitetində nəşr olunmuş bir sıra əsərlərdə, o cümlədən çoxcildlik “İran tarixi”ndə,onun müəlliflərindən olan X.De Planhol da Səfəviləri Qaraqoyunlular və Ağqoyunlular kimi türk mənşəli sülalə hesab edir. Orta əsr mənbələrində Səfəvi əcdadlarının türk olduqlarını göstərən külli miqdarda faktlar mövcuddur. Həmin mənbələrdə Şeyx Səfiəddindən söhbət gedəndə “Ey türk gənc” və yaxud “bir türk” ifadəsi yer almışdır. Bundan başqa digər mənbələrdə də (Mənaqib-i Şeyx Səfi Ərdəbili, v.18b, 20a, 20b; Fütuhat-i şahi, v.247a; Cahanguşa-yi xaqan, s.15, 16; Silsilətün-nəsəb-i Səfəviyyə, s.19,20. və başqaları) Səfəvilərin türk əsilli olduğu vurğulanır. Bu məsələ daha geniş şəkildə “Aləmara”da verilmişdir. Bu əsərdə Səfəvi nəslinin gerçək tarixi şəxsiyyət olaraq qəbul edilən ilk nümayəndəsi Firuzşahın vətəninin Ərdəbil olduğu qeyd edilmişdir: ”Firuzşahın vətəni darülirşad Ərdəbil idi. Həqqi-taala gizli elmlərin və aydınlıq varidatının nurundan o gözəl taleli şəhriyarı hədd və hüduddan daha yüksək mərtəbəli bir insana çevirmişdi”.

Səfəvilərin əcdadlarının türk olması Türkiyə tarixşünaslığında da öz əksini tapmışdır. Bu məsələyə xüsusi önəm verən Tofiq Nəcəfli özünün “Səfəvilərin etnik mənsubiyyəti məsələsi müasir Türkiyə tarixşünaslığında” adlı məqaləsində və “Səfəvi-Osmanlı münasibətləri (Türkiyə tarixşünaslığında)” adlı monoqrafiyasında geniş araşdırmalar apararaq maraqlı məlumatlar vermişdir. T.Nəcəfli yazır: ”Səfəvilərin etnik mənşəyi və məzhəbləri ilə bağlı məsələlər uzun müddət nəinki Qərb tarixçiləri arasında, eləcə də Türkiyə tarixşünaslığında da mübahisə mövzusu olmuşdur. Hələ XX əsrin 20-ci illərində Türkiyə tarixçisi Rza Nur çoxcildlik “Türk tarixi” əsərində “bu sülalə türkdür” dediyi səfəvilər haqqında yazır: ”Səfəvi təriqətini quranların böyük babasının mənşəcə İmam Musa Kazıma bağlanması və bunula da ərəb olması uydurmadır. Çünki, o dövrdə bütün müsəlman ölkələrində, xüsusən də İranda hakimiyyətə keçmək və ya buna təşəbbüs göstərmək istəyənin mütləq özünü ya Peyğəmbər övladlarına və ya bir padşah sülaləsinə mənsub olduğunu göstərməsi, bu sahədə şəcərələr uydurması bir adət idi. Halbuki bu şəxsin (Şeyx Səfiəddinin – D.Ə.) Ərdəbildən olmasına heç bir şübhə yoxdur. Ərdəbil o vaxt və indi də türk şəhəridir. Hələ bu sülalənin bütün istinadgahlarının türkmanlar olması qəti bir dəlil mahiyyətindədir. Çünki, türk və Əcəm arasındakı böyük nifrət və düşmənlik bir Əcəmin türklər tərəfindən himayə edilməsinə qətiyyən mane olur. Türk olmasaydılar bu türkmanlar onlara dayaq olmazdılar. Bu sülalənin yarandığı dövrdə ortada heç bir Əcəm (fars – D.Ə.) yoxdur, hamısı türkdür. Hətta, bunların sadə tərəfdarları deyil, düşmənləri də tamamilə türkdür.

Şah İsmayıl “Xətai” təxəllüsü ilə bir divan yazmışdır. Bu şeirlər gözəl türkcədir və Azərbaycan şivəsdir. Türklərin İranda farsca şeir yazmaları ümumi bir adətdir. Belə bir moda və cərəyan içində bir əcəmin türkcə şeir yazması imkan xaricində olan bir işdir. Belə bir mühitdə Şah İsmayılın türkcə şeir yazması onun türklüyünə heç bir şübhə buraxmaz”. Səfəvilərin əcdadlarının türklüyü məsələsi Türkiyənin orta əsrlər tarixi üzrə mütəxəssis sayılan Tufan Gündüzün də əsərlərində əks olunmuşdur. Özünün “Son Kızılbaş Şah İsmail” əsərində o, Səfəvi dövrünün qaynaqlarına əsaslanaraq yazır ki,” bu qaynaqlarda Şeyx Səfiəddin və ailəsi türk kimi təqdim olunmuşdur. Şeyx Səfiəddindən bəhs olunan zaman onun “türk oğlu” və “türk gənci” olduğu qeyd edilmişdir”. Bu barədə N.Çətinqayanın tədqiqatları da diqqəti cəlb edir. N.Çətinqaya yazır ki, “orta əsr mənbələrinə görə, əslən türk soylu olan Səfəvilərin soylarının seyidlərə bağlanaraq müqəddəsləşdirilməsi və müxtəlif millətlərə mənsub olan şeyx və din adamlarının Səfəvi təriqətinə mənsub kimi göstərilməsi onların bəzən ərəb, bəzən də farsca danışan zümrələrə bağlanmasına səbəb olmuşdur. Əhməd Kəsrəvi və onun kimi düşünənlər “Səfvət əs-səfa”nın müxtəlif yerlərində, Şeyx Səfinin “Piri türk”, yaxud yaxud “Türk piri” kimi qeyd edildiyini görmək istəmirlər” . N.Çətinqaya daha sonra yazır ki, Şeyx Səfi Şirazda tanınmış elm və irfan sahibləri ilə bir neçə dəfə mübahisələrə qatılmışdı. Onlar da Şeyx Səfini türk kimi tanıyaraq ona hər zaman “Ey türk piri” kimi müraciət etmişdilər. Mənbədən maraq doğuracaq sitat gətirən N.Çətinqaya əlavə edir ki, “Səfvət əs-səfa”da Ə.Kəsrəvinin heç cür görmək istəmədiyi qeydlərdən olan bir rəvayətdə deyilir: ”Bir gün Şeyx Səfi oturmuşdu. Meharabın yarıldığını gördü. Oradan bir adam çıxıb Şeyxə dedi ki: Ey piri türk...Onun camalının bədri, hüsn və kamalının yetkinliyi elə bir dərəcəyə çıxmışdı ki, o, daima türk piri olaraq tanındı”. Bütün bunlara yekun vuran Oqtay Əfəndiyev isə yazır ki, “Şeyx Səfinin türklərə mənsub olduğunu göstərən fikirlər “Səfvət əs-səfa”nın bütün nüsxələrində vardır. Səfəvilərin guya öz uzaq əcdadlarının etnik mənşəyini şüurlu surətdə saxtalaşdırmaq istədiklərini söyləmək üçün də heç bir əsas yoxdur. Səfəvilər sülaləsinin əzəldən kürd, yaxud İran mənşəli olması haqqındakı ehtimal da mötəbər mənbələrin məlumatlarına əsaslanmır. Həm də Şeyx Səfiəddinin türk etnosuna mənsub olması, çətin ki, şübhə doğura bilər”.

Dilavər Əzimli

BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Hamısı