Azərbaycan dövlətçiliyinin qızıl dövrü: Səfəvilər sülaləsi

Cəmiyyət 09:00 19.08.2019

IV Məqalə

(Əvvəlki məqalələrə buradan baxa bilərsiniz)

Şiəliyin Səfəvi sarayına daxil olması və hegemon qüvvəyə çevrilməsinin səbəbləri vardır. Bu səbəblərin önündə də sonrakı səfəvi şeyxlərin dövlətqurma siyasəti gəlir və artıq Şeyx Cüneyd zamanında onların da sufilərə qoşulması nəticəsində Ərdəbil hakimliyi çox ciddi bir qüvvəyə çevrilir. Şeyx Cüneyd zamanında Ərdəbil dərgahı artıq o dərəcədə güclü idi ki, siyasi proseslərə təsir imkanına malik idi. Buna görə də həmin dövrdə istər Qaraqoyunlu, istərsə də Ağqoyunlu dövlətləri Ərdəbil dərgahına xüsusi diqqət verir və onların gücündən istifadə etməyə çalışırdılar. Şeyx Cəfərlə Şeyx Cüneyd arasındakı münasibətlərə də bu konteksdən yanaşmaq daha məqbuldur. Şeyx Cəfər qaraqoyunlu Cahanşah tərəfindən, Şeyx Cüneyd isə ağqoyunlu Həsən padişah tərəfindən himayə olunurdu. Baş verən münaqişədə sünni-şiə məsələsinin qabardılması isə həqiqətə uyğun deyildir. Şeyx Cəfər uzun müddət Ərdəbil hakimi olmuşdur. Bu müddət ərzində də özünə çoxlu tərəfdar tapmışdır. Elə buna görə də Həsən padişah onu tamamilə uzaqlaşdıra bilməmiş və Şeyx Heydəri Ərdəbil hakimliyinə təyin edəndən sonra onu qardaşı oğlunun qəyyumu kimi saxlamışdı. Əslində, bu cür münasibət həm də Ərdəbil dərgahının xeyrinə işlədi. Yəni, xəlifələrin və müridlərin aralarında ola biləcək parçalanmanın qarşısı alındı. Dövlətçilik yolunda bunun böyük əhəmiyyəti var idi ki, Şeyx Heydərin sonrakı fəlaiyyətinə ciddi təsir göstərdi.

Şeyx Cüneyddən dövlətqurma vəzifəsini yerinə yetirmək məsuliyyəti Ərdəbil təkkəsində postnişan olan Şeyx Heydərin üzərinə düşdü. “Sultan Cüneyd vaqiəsindən sonra onun canında artıq istədiyi fərzəndi (fərzənde-canpeyvəndəş), vilayət taxtının sultanı, hidayət sarayının vəliəhdi və böyük əmir Əbu Nəsr Həsən bəyin bacısı oğlu Sultan Heydər öz ali məqamlı atasının qaimməqamı oldu. Sultan Heydər vəlayət bürcündən doğan (tolu) günəş və səltənət ümmanının sədəfindən çıxan dürr kimi ortaya çıxdı. O, ata-babasının yolunu davam etdirmək istədi. O həzrət özündən əvvəlki şeyxlərdən daha yüksək dövlət və sərvərlik meracına qalxdı. Onun ali rövzəsi daim yaxın-uzaq adamların toplaşdığı yer idi. Onun zamanında gördüyü bir yuxuya əsasən o zaman dəbdə olan türkman papağını on iki zolaqlı “Heydər papağı” (“tərəke-Heydəri”) ilə əvəz etdi. Onun arxasınca gedən və ona itaət edən adamlar da o həzrətin əqidəsinə tabe (eqteda) oldular və bu xanədanın bütün üzvləri həmin dəyərli papağı başlarına qoymaqla başqa adamlardan seçildilər. Elə buna görə də, o şan-şöhrətli adamlar “Qızılbaş” ifadəsi ilə məşhur oldular. Xülasə, o həzrətin həşəməti gün-gündən artırdı. Sədaqətli adamların onun başı göyə ucalan dərgahına gəlişləri daim çoxalır, bütün əhali onun fəzlindən bəhrələnirdi. Böyük əmir Həsən padşah, işlərinin icrası zamanı Heydərin mülazimləri ilə dostluq və razılıq (vefaq və vodud) tərzində davranır, qətiyyən bu bacısı oğlu və damadının razılaşmadığı işlərə razılıq vermirdi”.

Mənbə məlumatından da bəlli olur ki, Şeyx Heydər nüfuzuna görə atasından da irəli getmişdi. Onun zamanında başlayaraq “Qızlbaş” ifadəsi gündəmə gəldi. Dəbdə olan türkman papağı on iki zolaqlı “Heydər papağı” ilə əvəzləndi. 

Şeyx Cüneydin və Şeyx Heydərin dövlətçilik fəaliyyətlərinə toxunan O.Ə.Əfəndiyev də yazır ki, “Şeyx Cüneyd və Şeyx Heydər zamanında Səfəvilərin Kişik Asiya və Şimali Suriya tayfaları ilə əlaqələri möhkəmlənmişdi. 1449-cu ildə Cahanşah Qaraqoyunlu tərəfindən Ərdəbildən sıxışdırılıb çıxarılan Cüneyd Kiçik Asiyaya-Qaramana getmişdi. O, Kilikiyada ikən türkdilli varsaq tayfası daxilində ciddi fəaliyyət göstərmişdi. Yerli hakim tərəfindən qovulan Şeyx Suriyanın şimal hissəsinə-Misirin Məmlük sultanının hakimiyyəti altında olan Mərəş, Antakya və Kilis bölgələrinə gəlib çıxmışdı. Cüneyd bu bölgədə adı çəkilən başqa bir türkdilli, Zülqədər tayfasının daxilində şiəlik təbliğatı apardı. 1456-cı ildən 1459-cu ilədək Cüneyd, o vaxt hələ az tanınan Diyarbəkir hakimi Ağqiyunlu Uzun Həsənin yanında olmuşdu. Uzun Həsən öz düşməni Cahanşahla mübarizədə Səfəvi şeyxlərinin köməyini təmin etmək arzusu ilə öz bacısını Şeyx Cüneydə ərə verdi. Tarixçilərin göstərdiyi kimi, bu nikahın sorağı Kiçik Asiyanın və Suriyanın ən uzaq guşələrinə yayıldı və “əvvəlki şeyxlərin” xəlifələri Cüneydin görüşünə gəldilər”. Verilən bu məlumatlar həmin dövrün siyasi mənzərəsini bütün çılpaqlığı ilə ortaya qoyur. Yəni, Qaraqoyunlu Cahanşaha qalib gəlib bütün əraziləri öz hakimiyyəti altında birləşdirməyi qarşısına məqsəd qoyan Həsən padişah üçün Şeyx Cüneydlə yaranan ittifaq olduca ciddi ittifaq idi. Çünki məhz onun qüvvəsi olmadan Həsən padişah buna nail ola bilməzdi. Yaranan ittifaq Səfəvilər üçün də önəm kəsb edirdi. Burada diqqət çəkən əsas məqam Şeyx Cüneydin nüfuzunun bütün o dövrün hakimlərinin nüfuzundan daha üstün olması idi. Bu isə az şey deyildi. Demək, uzun bir yol keçmiş “Səfəviyyə” təriqəti artıq öz istəyinə yaxınlaşmaq ərəfəsində idi. Bu nüfuz Şeyx Heydərin zamanında daha da artdı. Bu məsləyə də toxunan O.Ə.Əfəndiyev bunları qeyd edir: “Şeyx Heydəri əvvəlcə Rum, Talış və Qaracadağ sakinləri müdafiə etdilər. 1488-ci ilin yazında, Dağıstana sonuncu yürüşü zamanında isə onun qoşununda şamlı tayfası da var idi”. Göründüyü kimi, Şeyx Heydərin zamanında Ərədbil dərgahının əhatə dairəsi daha da genişlənir və bu dərgahın sıralarına yeni-yeni türkman tayfaları qoşulur. Şeyx Sultan Əlinin dövründə isə dərgahın ətrafında qaçar və qaramanlı tayfalarını da görürük: “Ağqoyunlu Rüstəmin tərəfində Baysunqur əleyhinə çıxış edən Şeyx Sultan Əlinin (Heydərin böyük oğlu) silahdaşları arasında türkdilli Qacar (Qarapiri bəy Qacar), Şamlı (Hüseyn bəy Lələ Şamlu) və Qaramanlı (Rüstəm bəy Qaramanlu) tayfalarının adları çəkilir. Sultan Əli həlak olmazdan (1494-cü il) əvvəl İsmayılı təriqət şeyxi vəzifəsinə varis təyin etdi və onu özünün ən yaxın silahdaşları ilə Ərdəbilə göndərdi” .

Səfəviləri Türkman tayfalarının geniş şəkildə müdafiə etməsi təbii ki, həm Türklüklə, həm də aparılan ideologiyanın nəticəsi omaqla, əsasən də sırf sufilikə bağlı idi. Səfəvi şeyxlərinin fəaliyyəti Azərbayacan, Anadolu, Misir və Suriyanı ağuşuna almışdı. Qarşıda da sufi dədələrinin toplanaraq qərar verdiyi Höbək Qurultayı gəlirdi ki, buna gələcək materiallarda geniş toxuncağıq. Çünki Höbək Qurultayında Türkman Dədələri və Pirləri bir araya gəlib Azərbaycan Türkman Səfəvi dövlətini ortaya qoymaq qərarını vermişdilər.

Məqalənin sonunda qeyd edək ki, “Səfəviyə” təriqətinin tarixi dövrlərinin tədqiqatı göstərir ki, Şeyx Səfiəddindən başlayaraq Şeyx Cüneydə, Şeyx Cüneyddən Şeyx Heydərə və Şeyx Heydərdən Şah İsmayıla qədərki dövrlər bir-birlərinin davamı olmaqla, mexanizminə görə fərqlənirlər. Bir dövr özündən əvvəlki dövrü tamamlayır. Sonuncu dövrdə artıq dövlətin ortaya çixması zəruriləşir. Bu mənada Oktay Əfəndiyev haqlı olaraq yazır ki, 1499-cu ildə İsmayılın rəhbərliyi altında başlanan şiə-qızılbaş hərəkatı Səfəvilərin əvvəlki çıxışlarından (Günyed, Heydər, Soltan Əli) əhəmiyyətli dərəcədə fərqlənirdi . Məsələyə münasibət bildirən məşhur şərqşünas İ.P.Petruşevski də yazırdı:«Əgər Şeyx Heydər yalnız Azərbaycanı birləşdirməyi öz qarşısına məqsəd qoymuşdusa, İsmayılın müridlərinin və tərəfdarlarının məhz qonşu ölkələrdə fəal çıxışları onun qarşısında daha geniş vəzifələr qoydu. O, Azərbaycanı birləşdirdi (1502-ci il üçün) və öz hüdudlarına bir sıra ölkələri də daxil edə biləcək böyük şiə dövləti yaratmağa səy göstərən məsləkdaşlarının arzularını da yerinə yetirməyə məcbur oldu».

Beləliklə də, Azərbaycanın orta əsrlər tarixində sufizm dövlətçilik məsələlərində müstəsna rol oynamış və bunun nəticəsində Ərdəbil Türk Səfəvi hakimliyi XVI əsrdə mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinə çevrildi. Təkkədən Dövlətə uzun bir yol keçdi. Bu dövlət Türk tayfalarının “Qızılbaşlıq” ideologiyası ətrafında toplaşması nəticəsində yaradıldı. Sufizm ənənələrinə söykənən bu dövlət bütün dönəmlərdə sırf Türk dövləti olmaqla, Türk dilini dövlətin başlıca dilinə çevirdi. Bir zamanlar hürufilər Azərbaycanda sufi ənənələrinə uyğun dövlət qurmaq istəyirdilər. Amma baş verən siyasi proseslər ucbatından həyata keçirə bilmədilər. Sonradan onlar “Səfəviyyə” təriqəti ətrafında toplanmaqla “Qızılbaş”ideologiyasının daşıyıcılarına çevrildilər.Bununla da “Səfəviyyə” təriqətinin şeyxlərinin bir-birlərinə ötürdükləri dövlətqurma arzusu gerçəkləşdi. Bu məqsəd qızılbaş müridlərinin hesabına yeddi yaşından təriqət şeyxi seçilən Şah I İsmayıl samanında həyata keçdi və dünya xəritəsində Azərbaycan Səfəvi dövlətinin möhtəşəm izi qaldı.

Dilavər Əzimli

BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı