Azərbaycan dövlətçiliyinin qızıl dövrü: Səfəvilər sülaləsi

Cəmiyyət 09:00 18.08.2019

III Məqalə

(əvvəlki məqalələrə buradan baxa bilərsiniz)

Əslində, islam dininin yaşamasında da Türk inanc sistemi öz sözünü demişdir. Türk dünyasının, Türk inanc sisteminin hesabına bu din sərhədləri aşmış və digər xalqlar tərəfindən qəbul edilmişdir. Bu mənada islamın ərəblər tərəfindən yayılması ilə, islamın Türklər tərəfindən yayılmasında böyük fərqlər vardır. Türk dünyasında islamın yayılmasının önündə isə dədələr, şeyxlər, çələbilər, abdallar, pirlər gedirdilər. Orta əsrlərin iri imperiyaları olan Səfəvi və Osmanı imperiyalarının yaradılmasında da sufilər öndə getmiş və ciddi bir qüvvə sayılmışlar. 

XII əsrdən sonrakı sufi təriqətləri içərisində isə «Səfəviyyə» Azərbaycanın siyasi ictimai həyatında və fəlsəfi-ədəbi fkir tarixində mühüm rol oynamışdır. Bu mənada bizə ən dolğun məlumatı Şeyx Səfiəddinin tərcümeyi-halı verir. Şeyx Səfiəddinin tərcümeyi-halı, sülaləsi, rəftarı, mürşidlik icazəsi alması və təlqin dərəcəsinə çatması, şəcərəsi, söhbətləri, qeybi-kəlamları və nəsihətləri, bəzi Quran ayələri və hədislər barədə izah və şərhləri, şeirləri, mürşidlərinin adları və canişinləri və s. haqqında ən səhih və doğru məlumatlar, heç şübhəsiz ki, yuxarıda adını çəkdiyimiz İbn Bəzzaz Ərdəbili ləqəbi ilə tanınan Təvəkkül ibn İsmayıl ibn Hacı Məhəmmədin yazdığı “Mükşifül-qülub və Səfvətüs-səfa” (“Qəlbləri açan və daha təmizləyən”) adlı əsərində toplanmışdır. Bu əsər Şeyx Səfiəddinin ölümündən 22 il sonra, 1357-ci ildə Şeyx Səfinin oğlu Şeyx Sədrəddin Ərdəbilinin tapşırığı ilə qələmə alınmışdır.

Tarixə mənbələrə nəzər saldıqda, Şeyx Səfiəddindən başlayaraq Şah I İsmayıla qədər böyük bir hərəkat dalğasını görürük. Ərdəbil hakimliyi artıq Azərbaycan dövlətçiliyi uğrunda mübarizəni özünə başlıca prinsip seçir. Şeyx Səfiəddindən başlayıb Şah İsmayıla qədər uzanan bu hərəkatın nəticəsi olaraq 1501-ci ildə Azərbaycan Səfəvilər dövləti qurulmuşdur. Səfəvilərin iqtidara gəlməsinə qədər keçən 250 illik məsafə ərzində təriqət köklü dəyişikliklərə məruz qalmışdır. 

Seyx Səfiəddin zamanına toxunanda isə yalnız islamı vəhdət məsələsi əksini tapır. Bunun da köklü səbəbi sufilikdir. Bütün bunları Səfəvilərin hakimiyyəti dövründə qələmə alınmış və bizə qədər gəlib çatmış “Şeyx Səfi buyruq”larından əldə edirik. Bu buyruqlar Şeyx Səfiəddinin xələfi və oğlu Şeyx Sədrəddinin ona verdiyi və cavab almaq istədiyi suallar əsasında tərtib olunmuşdur. Qızılbaşlıq da “Səfəviyyə” təriqətinin içindən çıxmaqla özünün davranışında yalnız “Şeyx Səfi buyruqları”na əməl edir və bu buyruqları çox müqəddəs tuturdu. Şah Xətai də təriqət piri idi. Ona görə də təriqəti bilmədən Şah Xətayiyə də qiymət vermək mümkün deyildir. «Səfəviyyə» təriqətinin yaranması və həmin təriqətin yaradıcılarının amal və məqsədlərini tarixi analizi edir ki, bu təriqətin yaradanların başlıca amalı həm də siyasiydi. Yəni gələcəkdə Azərbaycan dövlətini ərəsəyə gətirmək onların ən böyük məqsədiydi.

Şeyx Səfiəddinin yetişdiyi mühit onun təkcə şeyx kimi yetişməsində deyil, vətənpərvər, Azərbaycan dövlətçiliyinə sadiq bir insan kimi formalaşmasında rol oynamışdı. Bu mənada Şeyx Səfiəddin Ərdəbilinin həyat və fəaliyyətindən bəhs edən “Qara məcmuəni” doğma dilimizə tərcümə etmiş İslam Qəriblinin sözləri yerinə düşür: ”Yetişdirdiyi tarixi şəxsiyyətlər və zəkalı qələm, söz, sənət adamları ilə dünya şəhərləri ilə rəqabətdə adı birincilər sırasında çəkilən Ərdəbil şəhəri və bu torpağın əzəli, əbədi sakinləri olan Azərbaycan türklərinin bəşər mədəniyyəti, ictimai fikir tarixinə bəxş etdiyi bənzərsiz, parlaq və təkrarolunmaz şəxsiyyətlərdən biri də Şeyx Səfiəddin Ərdəbilidir. O, Şeyx Səfiəddin ki, adı yaxın və uzaq məmləkətlərində səkkiz əsrə yaxındır ki, kəramət sahibi olan şeyxlər və övliyalar içərisində hörmətlə yad edilir, yaratdığı Səfəviyyə təriqəti və bu təriqətin əsasları üzərində boy ataraq pərvazlanan, dünyanın ən möhtəşəm dövlətlərindən biri olan Azərbaycan Səfəvilər dövləti bu gün də dünya tədqiqatçı və tarixçilərinin diqqətindən bir an da olsun yayınmır”. Şeyx Səfiəddin Ərdəbildə müridlərinin sayına görə Şərq aləmində seçilən bir Darül-irşada rəhbərlik edirdi. Bu barədə orta əsrlər üzrə tədqiqatçılardan olan Mirzə Abbaslı belə yazır: ”Ərdəbil Darül-irşadı böyük mütəfəkkir və təsəvvüf başçısı Şeyx Səfiəddin İshaq-Ərdəbilinin (1252-1535) vaxtından Azərbaycan və Yaxın Şərqdə gedən ictimai-siyasi, məfkurəvi-məsləki mübarizələrin ən güclü bir mərkəzinə çevrilmişdir. Sonralar məhz Şeyx Səfi Darül-irşadının-Xanəgah ardıcılları, ölümdən qorxmayan fədakar Sufi-saliklərə arxalanan Sultan Cüneyd və Sultan Heydər bir sıra müvəffəqiyyətli vuruşları ilə güclü bir dövlət yaradılmasına möhkəm bünövrə qoymuşdular. Şah İsmayıl Xətainin hələ 12-13 yaşlarından qiyam qaldırması, az keçmiş öz tərəfdarları ilə XVI əsrin xəritəsinin dəyişdirə bilən qüvvətli hakimiyyətə yiyələnməsi də yalnız çoxillik çarpışmaların, ulu babalarının çox güclü ənənəsi ilə bağlı fəaliyyətin uğurla başa çatması idi”.

Səfəvilər dövründə şiəliyə münasibət tamamilə fərqli idi və təəssüf ki, bu məsələ istər Sovet, istərsə də Avropa tarixşünaslığlnın nəzərindən məqsədli şəkildə, ya da ki, bilməyərəkdən qaçılmışdır. Bu məsələyə münasibət Türkiyədə “Ələvi-Qızılbaşlıq” tarixini araşdıranlar tərəfindən daha obyektiv şəkildə ortaya qoyulmuşdur. Bu gün səfəvilərin dini yönünü indiki İran siyasi şiəliyinə bağlayanlar da ciddi yanlışlıqlara yol verirlər. Çünki fars şiəliyi ilə türk şiəliyi arasında ciddi fərqlər vardır. Bu günki həyatımızada da bu özünü göstərir. Hazırda Azərbaycanda mövcud olan şiəlik İranda olan siyasi şiəlikdən kəskin fərqlənir və Azərbaycanın şımalında olan şiə əhalinin böyük əksəriyyəti İran siyasi şiəliyini rədd edirlər. Azərbaycanın güneyində isə fars siyasi şiəliyinin ucbatından əhali arasında ateizm günü-gündən artır. Qısaca indiki İran siyasi şiəliyi məqsədlidir və fars şovinizminə xidmət edir. Bu günki fars şiəliyi onların onların ənənəvi dini münasibətlərini özündə əks etdirir və əslində İslam dinində yer alan şiəliyin fars yönümdə təhrifidir. Bunun kökündə Sasani ənənələri dayanır. Burada əsas amil yalnız siyasi məqsəddir.

Bu gün Səfəvilərin yaratdığı dövlətin Azərbaycan dövləti və onun dilinin türk dili olduğunu həzm edə bilməyən fars rejimi Səfəviləri özlərinin təhrif etdiyi şiəliyə bağlamaqla onları Sasani varisi hesab edirlər. Çox təəssüf ki, bu cür münasibət bizim tarixşünaslıqda da özünə yer etmişdir. Amma bəllidir ki, fars şiəliyinin kökündə Ərəb hegemonluğu qarşısında özlərinin Sasani kimlyini qoruma və yaşama məqsədi dayanır. Ələvilik-Qızılbaşlıqda isə duyğusal bir Əli (ə) və Əhl-i Beyt (ə) bağlılığı öz əksini tapmışdır. Bunun siyasiləşməsi çox sonrakı dönəmlərə aiddir. Səfəvilər dönəmindəki şiəlik isə Türk/Türkman xüsisiyyətlərini özündə əks etdirən inanc sistemidir və Asiya-Anadolu kültürü üzərində qurulmuşdur. Sonradan şiəliyin sufilik üzərində Səfəvilərdə tam hökmranlığı nəticəsində Ələvi-Qızlnbaşlıq Anadoluda fəaliyyətini davam etdirmişdir. Bu baxımdan Anadolu xüsusi olaraq seçilən bir inanc, düşüncə və kültür bütünlüyüdür. 

Göründüyü kimi, həmin dövrdə səfəvilərə münasibətdə şiə kəlməsi düzgün işlədilmir. Şah İsmayıla qədər aparılan xətt birbaşa sufilik idi. Şah İsmayıl zamanında başlayaraq daha çox imamilik (isna əşəriyyə) kəlməsi işlənməyə başladı və səfəvilər də 12 imam tərəfdarları kimi çıxış edirdilər. Bütün bunlar səfəvilərin dövlətqurma sisteminə uyğun idi və bu siyasətlə şiələri də ətraflarında birləşdirdilər. Amma Qızlbaşlığın şəriətçi şiəliklə bənzərliyi demək olar ki, yoxdur. Burada diqqət çəkən əsas məqamlardan biri də “On iki imam” düşüncə sistemidir. Anadolu Səlcuqları dönəmində bu sistemin mənimsənib-mənimsəməmə məsələsi aydın deyildir. Çünki qaynaqlarda bu inancın 1400-cü illərdən başlayaraq Anadoluda yayğın olduğu bildirilir. Ələviliyin tədqiqi göstərir ki, onlarda müqəddəs imaların sayındakı fərqlilik önəm daşımır: Yeddi, səkkiz, on bir və ya on iki olmasının bir önəmi yoxdur. Əsas olan Əlidir (ə).Yəni, Əli (ə) inancı, sevgisi və bağlılığıdır. Əli (ə) ağacın gövdəsi, imamlar isə budaqlarıdır (12, 199-200). Bu mənada Şeyx Cüneydi də, Şeyx Heydəri də, Şah İsmayılı da bir ələvidirlər. Bu gün Anadoluda Ələvi Cəmlərində Şah İsmayılın adı gələndə hamı ayağa qalxır. Şah İsmayılın deyimləri bütün Ələvi təkyələrində ilahilər şəklində oxunur. Şah Xətai bir sufi idi.

Dilavər Əzimli

BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Hamısı