Azərbaycan dövlətçiliyinin qızıl dövrü: Səfəvilər sülaləsi

Cəmiyyət 09:00 20.08.2019

V MƏQALƏ

(əvvəlki məqalələrə buradan baxa bilərsiniz)

Orta əsrlər Azərbaycan tarixində, konkret düsək Azərbaycan dövlətçiliyində “Qızılbaşlığ”ın oynadığı rol danılmazdır. Zamanında gündəmə gətirilən bu sistemin hesabına Azərbaycanın əraziləri bir coğrafiyada bütünləşdi. O zaman türk tayfalarını bir araya gətirən bu ideya milli ruhun oyanmasında da müstəsna rol oynadı. Lakin tarixşünaslığımızda bu sahə dövlətçilik baxımından öyrənilməməklə bərabər, Azərbaycan Səfəvilər dövlətinin yaranmasında oyandığı tarixi rol da qiymətini ala bilməmişdir. Rus Sovet, İran, Türkiyə, o cümlədən Qərb, ABŞ tarixşünaslığı “Qızılbaşlığ”a şiə məzhəbi baxımından yanaşmış və düzgün fikir formlaşdırmamışlar. O zaman Azərbaycan tarixşünaslığı da məlum səbəbdən bunların ardınca getmişdir.

Bununla belə bu tarixçilər o zaman orta əsrlərdə özünün yüksəliş dövrünü yaşayan sufizmin roluna bu və ya digər dərəcədə toxunmuşlar. Onların yol verdikləri ən böyük səhv isə Şah I İsmayıl dövrü dini həyat ilə ondan sonrakı dövləri eyniləşdirmək idi. Əslində, bu xətt daha çox İran tarixşünaslığının dəyirmanına su tökmüşdür. Rus Sovet, Qərb və ABŞ tarixşünaslığının bu məsələdə maraqları demək olar ki, üst-üstə düşmüşdür. Söhbət qardaş Türkiyə və İran dövlətləri arasındakı münasibətlərdə gərginliklər yaratmaqdan gedir. Bunun bariz nümunəsi də sünni-şiə ədavətini daimi gündəmdə saxlamq və onu şişirtməkdir. Bu mənada yuxarıda adı çəkilən ölkələrin tarixşünaslığı bu istiqamətdə böyük əmək sərf etmişdir. Onlar orta əsrlər tarixinə münasibətdə Osmanlı-Səfəvi ziddiyyətlərində din amilini daima şişirtmiş və Türk elm aləmində bir məzhəb düşmənçiliyi yarada bilmişlər. Bundan ötəri də daha çox “Çaldıran” döyüşü (1514) nün üzərində dayanmışlar. Bəllidir ki, Osmanlı-Səfəvi münasibətlərində bu döyüşdən də ağır döyüşlər olmuşdur. Amma onlar daha çox məhz bu döyüşün üzərində durmuşlar. Adları keçən ölkələrin tarixşünaslığının bu istiqamətdə zəhmətləri öz bəhrəsini vermişdir. Əslində, düşmənçilik toxumu səpən yanaşmanı onlar İldırım Bəyazid-Əmir Teymur, Həsən Padişah-Sultan Məhəmməd Fateh münasibətlərində də dərindən işləmiş və Türk dünyasının elmi sistemində parçalanmanın əsasını qoymuşdular. Böyük Çingiz Xan vəhşi kimi təqdim olunur, Şah I Abbas, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar İran şahı kimi qəddar rolunda verilirdilər. İnsanlarda onlara qarşı bir nifrət hissi oyada bilmişdilər. Belə misalların sayı çoxdur. Amma Şah İsmayıl-Sultan Səlimlə isə dini münasibətlərdə istədiklərinə nail olmuşdular. Təəssüf hissi ilə bildirək ki, onların tarixşünaslıqda yaratdıqları bu düşmənçilik münasibətləri indi də davam etdirilir və istər Türkiyə də, istərsə də Azərbaycanda bu təsirin altında olan çoxlu sayda insanlar vardır. Yuxarıda qeyd etdiyimiz kimi, bu münasibət daha çox İran tarixşünaslığına xidmət edir. İstər Türkiyədə, istərsə də İranda və Azərbaycanda müəyyən xarici qüvvələrin təsiri və dəstəyi ilə bəzi “tarixçilər” Azərbaycan Səfəvi dövlətinə, konkret onun yaradıcısı Şah I İsmayıla münasibətdə bu xəttdən çıxış edirlər. Bu da yuxarıda bildirdiyimiz kimi, daha çox İran tarixşünaslığının maraqlarına xidmət edir. 

İkinci Dünya müharibəsinin əvvəllərində Sovet tarixşünaslığı birdən-birə Azərbaycan dövlətlərini gündəmə gətirdi və xüsusilə Səfəvilərin üzərində dayandı. Məsələnin kökündə nə dayanırdı? Xatırladaq ki, bundan əvvəl Sovet tarixşünaslığı orta əsrlərə dair tədqiqatlarda Babək və onun azadlıq mübarizəsinin də üstündə bu cür dayanmışdı. Məsələ ondaydı ki, Sovet dövləti ateist dövlət idi. Ən çox çəkindiyi də İslamın inkişafı idi. Çünki tarixdən bəlli idi ki, vaxtilə Çar Rusiyasını Qafqazlarda az qala diz çökdürən məhz din xadimlərinin rəhbərliyi altında milli-azadlıq mübarizəsi olmuşdu. Bu mübarizənin uzun müddət davam etməsi də onu çökdürən amillərdən biri olmuşdu. Bunun davamı Sovetlər dönəmində də, XX əsrin 30-cu illərinə, dağ rayonlarında isə ayrı-ayrı dəstələr tərəfindən 50-ci illərinə, sonra isə ayrı-ayrı qaçaqlar tərəfindən 70-ci illərinə qədər davam etmişdi. Bu mənada İslam onun üçün çox qorxulu idi.

Bir tərəfdən Çar Rusiyasının elədiyi kimi, özünəsadiq din xadimləri yetişdirsə də, digər tərəfdən anti-islam təbliğatını gücləndirirdi. Bu yöndə onun işinə daha çox Babək və onun apardığı mübarizə sərf edirdi. O zamandan başlayaraq Babəki və ardıcıllarını İslama qarşı mübarizə aparan qəhrəman kimi verirdilər. Eyni zamanda, onu bir “inqilabçı” kimi yoxsulların müdafiəçisi rolunda təsvir edirdilər. Təbii ki, buna əsasları da vardı. Çünki Babək hərəkatı zamanı Azərbaycan ərazilərində yoxsulluq yüksək səviyyədə idi, xilafətin (söhbət Abbasilər xilafətindən gedir-D.Ə.) zülmü günü-gündən ağırlaşırdı. Lakin bu o demək deyildi ki, bu mübarizənin kökündə milli mübarizə dayanmırdı.

Əslində, bu bir xalq-azadlıq hərəkatı idi ki, Azərbaycan ərazilərinin işğalçılardan xilasına yönəlmişdi. Bu mübarizənin mərkəzi Azərbaycan idi. Babəkilər Bütöv Azərbaycan coğrafiyasını cızmışdılar. Bu mübarizə həm də bir Azərbaycan davası idi. Hazırda bu haqda çoxlu sayda məqalələr və monoqrafiyalar işıq üzü görübdür. Ona görə də üzərində çox dayanmayacağıq. Bizi bu məsələdə maraqlanıdran bu xəttin qələbəsiydi. Aparılan elmi “təbliğat” öz işini elə gördü ki, bu gün də Vətənimizdə Babəkə qarşı münasibət tam formalaşmamışdır. Bəziləri onu ateist, bəzilər də sırf bir şiə kimi təqdim edirlər. Əslində, Babəkin söykəndiyi və onun hesabına böyük uğurlar əldə etdiyi “Xürrəmilik” özündə mistisizmi əks etdirən sufi yönlü dünyabaxış idi ki, kökündə Türk ənənəvi sistemini də birləşdirmişdi. Bunun əsasında “Babəkiyyə” tərqiəti yaranmış və xalq qəhrəmanı Babəkin rəhbərliyi altında olan Azərbaycan ərazilərinə də Babəkilər dövləti kimi baxılmışdır. Ərəb işğalçıları ilə mübarizədə sonda məğlub olan babəkilər dağınıq şəkildə uzun müddət fəaliyyət göstərdilər və nəhayət, müəyyən zaman fasiləsindən sonra Azərbaycanda meydana çıxan öz ideoloji baxışlarına uyğun təriqətlərə qoşuldular. Aşağıda təqdim etdiyimiz ədəbiyyatlar əsasında da xürrəmilər-babəkilərin hürufilərlə, ondan sonra qızılbaşlarla necə gəlib birləşmələrinin şahidi olacaqsınız. Əslində, bu birləşmə zənciri maniçilikdən başlayıb, məzdəkiliyə, xürrəmiliyə-babəkiliyə, hürufiliyə və qızılbaşlığa qədər uzanırdı. Bu zənciri birləşdirən nə idi? Necə qüvvə idi ki, qarşıdakı düşmənlərin çoxsaylı qüvvələrini az qüvvə ilə darmadağın edirdi? Bu necə ideoloji sistem idi? Göründüyü kimi, qızılbaşlığa qədər Azərbaycanda dövlətqurma yönündə ciddi proseslər getmişdi. O zaman istər Sovet, ABŞ, Qərb, istərsə də İran tarixşünaslığı bunu yaxşı bilirdi. Amma özlərinin maraqlarına xidmət edən xətti işə saldılar. Onu da vurğulamağı vacib bilirik ki, dünyanın inkişaf etmiş ölkələrində şərqşünaslıq elmi daha çox kəşfiyyata xidmət etmiş və indi də davam etməkdədir. Çünki bu elm Avropanın Şərqə qarşı işğalçılıq yürüşündən sonra yarandı. Çar Rusiyasında da məqsəd yalnız bu idi. Bununla belə elmə çox dəyərli töhvələr verdilər. 

İkinci Dünya müharibəsinin əvvəllərində İran Almaniya dövəti ilə müttəfiq idi. SSRİ bu mənada İranla düşmən dövlət sayılırdı. O zaman SSRİ-nin sərhədlərinin yanında Türkiyə kimi bir dövlət dayanırdı. SSRİ o zaman Türkiyə ilə də düşmənçilik münasibətində olmaqla yanaşı, onu öz təsiri altına keçirib sosialist düşərgəsi sıralarını artırmaq məqsədi güdürdü. SSRİ-nin boğazlara sahiblənmək istəyi isə Rusiyanın tarixi ənənələrindən gələn məsələ idi. Türkiyə İkinci Dünya müharibəsində Almaniyanın müttəfiqi olmasa da, onunla normal münasibətləri var idi. İran və Türkiyə arasında Almaniyanın vasitəçiliyi ilə anlaşmanın baş verəcəyindən ehtiyat edən SSRİ rəhbərliyi məhz bu dövrdə şərqşünaslara Səfəvilərlə bağlı tədqiqatlar aparmağı və sünni-şiə münasibətlərini gündəmə gətirmək tapşırığını verdi. Bu həm də İranın bel sütununu sındıran bir amil idi. Yəni, bu məsələdə Azərbaycan dövlətçiliyinin gündəmə gəlməsi İranı fakt qarşısında qoyurdu. Çünki o zaman da, indi də İran dövlətinin əhalisinin əksəriyyəti azərbaycanlılardır.

İranın parçalanması SSRİ-nin marağında olmaqla, sərhədləri də genişlənə bilərdi. Bu baxımdan İran Azərbaycanında milli oyanışa start verildi. O zaman orta əsrlər Azərbaycan dövlətləri siyasi anlamda yada düşdü. Bununla da, İkinci dünya müharibəsi dövründə və ondan sonrakı ilk illərdə orta əsrlər İran tarixinə münasibətdə Azərbaycan dövlətləri termini gündəmə gəldi. Sovet tarixşünaslığı Azərbaycan Səfəvi dövlətinin dilinin türk dili və Səfəvilərin türk olmasını vurğulamağa başladı. Bu Qərb tarixşünaslığında davam etdirildi. Çünki İkinci Dünya müharibəsi dövründə İrana qarşı münasibətdə Almaniyanı çıxmaq şərtilə Qərb dövlətlərinin maraqları SSRİ maraqları ilə üst-üstə düşürdü. Bu da təbii ki, İranın onları təhdid edən Almaniya ilə müttəfiqliyi ilə bağlı idi. XVI əsrdən başlayaraq sünni-şiə kartını işə salmış Qərb dövlətləri, İrana qarşı münasibətdə onların əmrlərinə itaət edən bəzi müsəlman din xadimlərini də ələ ala bilmişdilər. İnsafən, bu xətt bizim də xeyrimizə işlədi. Amma burada ziyanlı olan o idi ki, şiə məzhəbi daha çox qabardılmağa başlandı. Bu da onların Türkiyəyə münasibətindən irəli gəlirdi. Vəziyyəti çətinləşdirmək üçün bir məsələni də gündəmə gətirdilər: ”Şah İsmayıın babaları türk olmayıbdır və Ərdəbilə gələn kürd kökənlidirlər”. Bunu da bilə-bilə ortaya atdılar. Çünki o zaman Türkiyədə artıq kürdlərin müəyyən tayfalarını Türkiyəyə qarşı qaldırmağa nail ola bilmişdilər. Ortaya atdıqları başqa bir iddia isə Səfəvilərin İran milli dövləti olması iddiası idi. Əslində, onlar özləri də bilirdilər ki, İran nə tarixi-coğrafi anlamda, nə də ki, siyasi anlamda mövcud olmayan və uydurulan bir termindir. Siyası termin kimi də XX əsrin əvvəllərində işlənməyə başlayıbdır. Onda hansı İran milli dövlətçiliyindən söhbət gedə bilər? Burada yalnız Azərbaycan Türk milli dövlətçiliyindən söhbət gedə bilərdi. Vəziyyəti çətinləşdirən məqamlardan biri də o zaman Azərbaycanın müstəqil olmaması, Türkiyədə tarixşünaslıq elminin o dərəcədə inkişaf etməməsi və Türkiyə tarixçilərinin əksəriyyətinin də “avropamərkəzçilik” xəttnə sadiq qalmaları idi. Onu da vurğulayaq ki, indi də qardaş Türkiyədə bu cür tarixçilər çoxdur. O zaman müstəqil olmayan Azərbaycan tarixşünaslığı SSRİ tarixşünaslığının tərkib hissəsi olmaqla bərabər, Azərbaycan Səfəvi dövlətinin Azərbaycan dövləti olması və onu ərəsəyə gətirənlərin türk olması xəttini həvəslə inkişaf etdirdilər. Bunun üçün əldə çoxlu səyyah gündəlikləri və mənbə məlumatları var idi. Amma bir məsələdə SSRİ tarxişünaslğının xəttindən çıxa bilmədilər. Bu da Şah I Abbas dövründən başlayaraq paytaxtın İsfahana köçürülməsiylə əlaqədar Səfəvi dövlətinin İran dövlətinə çevrilməsi məsələsi idi. Bu həm də İran tarixşünaslığının maraqlarına uyğun idi. Tarixdə olmayan “İran dövləti” ifadəsini bizim beynimizə yeritdilər. İndi də qurtula bilmirik. 

İran həmişə Azərbaycan Səfəvi dövlətindən ehtiyat etmişdir. Ona görə də bu dövləti sırf şiə dövləti kimi təqdim edir, ona Sasanilərin davamçısı kimi baxırlar. Tarixi tədqiqatlar bunun tamamilə yanlış olduğunu ortaya qoyur. Səfəvilər digər Türk dövlətləri kimi Səlcuqların varisləri idilər. Səfəvi sülaləsinin tarixmiz qarşısında möhtəşəm xidməti Azərbaycan Səfəvi dövləti adlı bir dövlət yaradıb, Azərbaycan adlı tarixi məkanı vahid bir ərazidə birləşdirməsiydi. Nəticədə çoxdan arzu edilən vahid Azərbaycan dövləti yarandı. Onun yaradan Türklər idi. Dili də Türk dili idi. O zaman fars dilində yazan şairlər saraydan uzaqlaşdırıldı, gedib dükanlarda, bazarlarda oturub xırda ticarətlə məşğul oldular. Sasanilər dönəminə dair bir dənə güclü ədəbi və elmi nümunə göstərmək mümkün deyildir.

Dilavər Əzimli

BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Hamısı