Erməni gülləsi ilə arxadan vurulan Azərbaycanın ilk Baş naziri Fətəli xan Xoyski

Cəmiyyət 17:25 18.08.2019

Uzun illər adının çəkilməsi belə qadağan edilən, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaradıcılarından biri - Fətəli xan Xoyskinin həyat və fəaliyyəti haqqında son vaxtlara qədər xüsusi tədqiqatlar aparılmayıb. Məhz onun təşəbbüsü ilə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti formalaşdırılıb.

Xoyski Azərbaycanda ali təhsil ocaqlarının yaranmasının, gələcəyə savadlı gənclərin yetişdirilməsinin vacibliyini təbliğ edən şəxs idi. Təsadüfi deyil ki, məhz o, Azərbaycan təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin əsasının qoyulmasına təşəbbüs göstərənlərdən biri olub.

Oxu.Az Azərbaycanda Baş nazir idarə formasının əsasını qoyan, AXC-nin ilk Baş naziri kimi tarixə düşən, sonralar Şimali Azərbaycana - Şəkiyə köç etmiş məşhur xoyskilər nəslindən olan Fətəli xan Xoyski haqqında maraqlı məlumatları təqdim edir:

 

Yüksək əxlaq sahibi və vicdanlı dövlət xadimi kimi tanınan Fətəli xan İskəndər xan oğlu Xoyski 1875-ci ildə Nuxada - indiki Şəki şəhərində anadan olub. O, əslən Cənubi Azərbaycanın Xoy şəhərindən olan, sonralar Şimali Azərbaycanın Şəki şəhərinə köç edən məşhur xoyskilər nəslindəndir.

Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiyasının general leytenantı, anası Şərəbanı xanım isə Şəki xanları nəslindən olan Hacı Molla Zeynalın qızı olub.

Fətəli təhsilini Gəncə klassik gimnaziyasında alıb. 1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsini 1-ci dərəcəli diplomla bitirən  Xoyski Tiflis Məhkəmə Palatasının sərəncamına göndərilib. Eyni ildə o, Tiflis Məhkəmə Palatasının əmri ilə Gəncə dairə Məhkəməsi yanında kiçik məhkəmə məmuru vəzifəsinə təyin olunub. Dövrünün savadlı kadrlarından olan Fətəli xan ildən-ilə daha yüksək vəzifələrə gətirilib.

Fətəli xan rus və Azərbaycan dillərini bilsə də, ana dilində güclə danışırdı. O, daha sonra islamı qəbul edərək Ceyran xanım adını almış Yevgeniya Vasilevna ilə ailə həyatı qurub. Bu nikahdan cütlüyün üç övladı dünyaya gəlib: Tamara (1902-1990) adlı qızı, Murad (1910-1973) və Ənvər (1914-1935) adlı oğlu.

Qızı Tamara xanım Azərbaycan SSR Kp MK-nın sədri, Azərbaycan maliyyə xalq komissarı və Tacikistan SSR Kommunist Partiyası MK-nın birinci katibi postlarını tutan Mirzə Davud Hüseynovla ailə qurub. Oğlu Murad Bakıda nəqliyyat idarəsində çalışıb. Kiçik oğlu Ənvər Moskvada diabet xəstəliyindən əməliyyat olunduqdan sonra narkozdan sonra oyanmayıb.

1907-ci ildə Fətəli xan Gəncə quberniyasından Rusiyanın 2-ci Dövlət Dumasının müstəqil millət vəkili seçilib. Daha sonra müxtəlif komissiyalara: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, Ədliyyə Nazirliyinin yoxlanışı üçün təqdim olunan Dövlət Dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsini Dövlət Dumasının müzakirəsinə qəbul edilməsi məsələsinə baxılması üçün yaradılan komissiyalara üzv seçilib.

Xoyskinin fəal siyasi fəaliyyətə başlaması isə 1917-ci ildə Rusiyada baş verən fevral inqilabına təsadüf edir. Fətəli xanın fəaliyyətinin ən məşhur dövrləri də məhz çarizm üsul-idarəsi devrildiyi ərəfələr hesab olunur. Həmin ilin aprelində o, Bakıda çağırılmış Ümumqafqaz Müsəlmanlarının Qurultayında fəal iştirak edir və onun təşkilatçılarından biri olur.

Oktyabr inqilabının qələbəsindən sonra - 1917-ci ilin noyabrında Tiflisdə Zaqafqaziya Komissarlığı yaradılıb. 1918-ci il fevralın 23-də isə Tiflisdə Zaqafqaziyada qanunvericilik orqanı olan Zaqafqaziya Seymi öz işinə başlayıb. Zaqafqaziya Seyminə Zaqafqaziyadan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlar daxil idi. Seymin Azərbaycan fraksiyasına daxil olan 44 deputatdan biri də məhz Fətəli xan olub.

(Xoyski (sol tərəfdə oturub) İkinci Dövlət Dumasının bir qrup deputatı ilə birlikdə)

O, Dövlət Dumasının iclaslarında "Müsəlman fraksiyası" adından dəfələrlə çıxış edən, çar Rusiyası əsarəti altında yaşayan müsəlmanların-türklərin milli haqq və hüquqlarını müdafiə edən şəxslərdən biri olub. Fətəli xan hər zaman çar hökumətinin ucqarlardakı milli və dini ayrı-seçkilik ideologiyasına qarşı çıxıb. Seym Zaqafqaziyanın müstəqilliyini elan etdikdən sonra Ədliyyə naziri olan Xoyski Gürcüstan Seymdən çıxmaq arzusunu bəyan edəndə bu məsələyə münasibət bildirib:

"Zaqafqaziya xalqları ümumi mənafelərinə görə bir-biri ilə elə sıx bağlıdırlar ki, onların ayrılması asan olmayacaq. Əgər ayrılmaq gürcü xalqının iradəsidirsə, bizim ona mane olmağa heç bir haqqımız yoxdur. Əlbəttə, belə bir şəraitdə Azərbaycan türklərinə də müvafiq qərar qəbul etməkdən başqa yol qalmır".

1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin son iclası keçirilir. Zaqafqaziya Seymi dağıldıqdan sonra mayın mayın 27-də müsəlman-türk fraksiyası (azərbaycanlı deputatlarının fövqəladə iclası keçirilir) Tiflisdə bir araya gələrək, Azərbaycan Milli Şurasını yaradıb.

Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Xoyski isə İcraiyyə Komitəsinin rəhbəri seçilib. Hərtərəfli və uzun sürən müzakirədən sonra onlar özlərini Azərbaycan Milli Şurası elan edir və Azərbaycanın idarəsini öz öhdələrinə götürüblər.

Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Cümhuriyyətinin müstəqilliyi bəyan olundu və müstəqil dövlətin ilk Baş naziri vəzifəsinə bütün şura üzvlərinin yekdil səsi ilə Fətəli xan gətirildi. Beləliklə, Fətəli xan baş nazir olmaqla yanaşı, Daxili İşlər naziri vəzifəsini də icra etməyə başladı.

Mayın 30-da Nazirlər Şurasının sədri F. X.Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra Xarici İşlər nazirlərinə (Konstantinopol, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Xristiyaniya, Kopenhagen) radioqram göndərib:

(Xoyskinin Azərbaycanın müstəqilliyinin elan edilməsi barədə bir sıra dövlətlərin Xarici İşlər nazirlərinə göndərdiyi radioqramın surəti. 30 may 1918-ci il)

"Gürcüstanın çıxması və Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın istiqlaliyyətini elan edib, Azərbaycan Respublikasını yaradıb. Deyilənləri nəzərinizə çatdıraraq, zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumətim müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir”.

İmza: Xoyski, Azərbaycan Respublikası Nazirlər Şurasının sədri.

1918-ci il iyunun 17-də M.Ə.Rəsulzadənin sədrliyi altında Azərbaycan Milli Şurasının iclası keçirilib və yeni hökumətin təşkil edilməsi Fətəli xan Xoyskiyə tapşırılıb. O, Azərbaycan Respublikasının ikinci Nazirlər Kabinetini təşkil edib.

AXC dövründə F.Xoyskinin bəzi qohumları görkəmli dövlət və inzibati vəzifələri tutublar. Böyük qardaşı Hüseynqulu xan Xoyski bir müddət Gəncə qubernatorunun müavini vəzifəsində çalışıb. Kiçik qardaşı Rüstəm xan Xoyski Fətəli xan Xoyskinin hökumətində Himayədarlıq naziri olub.

Ümumiyyətlə, paytaxt Bakıya köçürülənə qədər F.Xoyski hökuməti Gəncədə ölkənin iqtisadi həyatı, dəmiryolunun, poçtun bərpası kimi bir sıra digər mühüm tədbirlər də həyata keçirib. O, Azərbaycan üçün an ağır və mürəkkəb dövrdə, sözün əsl mənasında Azərbaycanın varlığı, ölüm və ya olum məsələsinin həll olunduğu illərdə fəaliyyət göstərib.

Belə bir dövrdə ölkəyə rəhbərlik etmək ağlagəlməz dərəcədə çətin bir iş idi. 1918-ci il sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçür. Bakı Azərbaycanın paytaxtı elan olunur. Bütün Şimali Azərbaycan ərazisi F.Xoyskinin başçılıq etdiyi Azərbaycan hökumətinin hakimiyyəti altına keçir. Azərbaycan Parlamentindəki bir sıra partiya fraksiyaları elə ilk aylardan Fətəli xan hökumətinə qarşı kəskin müxalif mövqe tuturlar.

Fətəli xan yüksək əxlaq sahibi və vicdanlı dövlət xadimi idi. 1919-cu ilin fevralında onun hökumət kabinəsində çalışan bir şəxsin neftlə bağlı korrupsiyada iştirakını öyrənəndə Baş nazir vəzifəsindən istefa verdi. Onun özünə qarşı heç bir şübhə olmasa da, vəzifədən getməyə üstünlük verdi.

Fətəli xan Xoyski sonralar Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə naziri (1918) və Xarici İşlər naziri (1918-1919 və 1919-1920) vəzifələrində çalışıb.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaradılması bütün dünyaya bəyan edildikdən sonra Milli Şura və Azərbaycan Hökuməti bilavasitə öz ölkəsi ərazisində fəaliyyətini genişləndirmək məqsədilə 1918-ci il iyunun 16-da Gəncəyə köçür.

Fətəli xanın hesabatına görə, hökumət ağ rəngli aypara və səkkizguşəli ulduzla mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan Azərbaycan bayrağını, Azərbaycanın dövlət bayrağını təsdiqlədi (9 noyabr); 19 yaşına çatmış (11 Avqust) bütün Azərbaycan müsəlman inanclı vətəndaşlarını əhatə edən ümumi bir səfərbərlik elan edildi.

1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyəti XI ordu tərəfindən işğal edildi. Bundan 53 gün sonra - 1920-ci ilin iyunun 19-da Cümhuriyyətin Xarici İşlər naziri olmuş Fətəli xan Xoyski erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı) Tiflisdə arxadan açıdığı güllə ilə qətlə yetirildi.

Bakı şəhərin prospektlərindən biri Fətəli xan Xoyskinin adını daşıyır. 1997-ci ildə Azərbaycanda Xoyskiyə həsr olunmuş poçt markası buraxılıb. Dəfn olduğu yerdə, yəni Tbilisi Nəbatat bağının ərazisində qəbirüstü abidəsi ucaldılıb. Şəkidə əvvəllər Karl Marksın adını daşımış küçənin adı "Fətəli xan Xoyski"yə çevrilib.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı