Rusiya vətəndaşı “Qırmızı Körpü”də saxlanıldı | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Rusiya vətəndaşı “Qırmızı Körpü”də saxlanıldı

Cəmiyyət A- A A+

Gürcüstandan gələn, Rusiya vətəndaşının idarə etdiyi "VAZ-21114" markalı avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinin sürücüsü şifahi sorğu-sual olunub.

Eurasia Diary “Qafqazinfo”ya istinadən xəbər verir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altında gömrük nəzarətindən gizlədilən 8 ədəd "Samsung Galaxy S9+" markalı mobil telefon aşkarlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...