Azərbaycanda üç avtomobil toqquşdu - qəza anı kameraya düşdü | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Azərbaycanda üç avtomobil toqquşdu - qəza anı kameraya düşdü

Cəmiyyət A- A A+

İmişli rayonunda yol qəzası baş verib.

Eurasia Diary "Report"a istinadla xəbər verir ki, hadisə İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, üç avtomobil toqquşub, üç nəfər xəsarət alıb. 

İmişli rayonunda yol qəzasında xəsarət alanların kimliyi məlum olub. 
Bunlar 1968-ci il təvəllüdlü Dostməmməd Zöhrab oğlu Əsgərov, 1981-ci il təəvəllüdlü Adəm Tacir oğlu Cabbarov və Eyvaz Təvəkkül oğlu Soltanovdur. 
Avtomobillər deformasiyaya uğradığından yaralılar nəqliyyat vasitələrindən Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb və İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...