Ramiz Zeynalovun qaynı oğlunun qətli ilə bağlı 3 nəfər saxlanıldı - YENİLƏNİB | Eurasia Diary - ednews.net

15 Sentyabr,


Ramiz Zeynalovun qaynı oğlunun qətli ilə bağlı 3 nəfər saxlanıldı - YENİLƏNİB

Cəmiyyət A- A A+

Bakı sakinini bıçaqlayaraq öldürən 3 nəfər saxlanılıb.

Eurasia Diary Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə saxlanılıblar.

Araşdırma aparılır.

Xatırladaq ki, qətlə yetirilən Fərid Məmmədzadə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğludur. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...