Müəllimlərin imtahanla işə qəbulu təhsilin keyfiyyətinə necə təsir edir? RƏYLƏR

Cəmiyyət 11:40 05.09.2019

Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqə, eyni zamanda əlavə yerləşdirmə başa çatıb. Artıq 6 ildir Azərbaycanda müəllimlər işə imtahan vasitəsilə qəbul edilirlər. Bu imtahan isə bir neçə mərhələdən ibarət olur: əvvəlcə müəllim olmaq istəyən namizədlərin sənədləri elektron qaydada, insan faktoru olmadan sistemdə toplanır. Sonrakı müddətdə isə test müsabiqəsi, vakant yer seçimi və müsahibə mərhələləri həyata keçirilir.

Eurasia Diary "report"a istinadən xəbər verir ki, 2013-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada həyata keçirilir və daimi işlə təmin olunan müəllimlərin sayı 20 mindən çoxdur.

Nazirlikdən qeyd olunub ki, hər il tədris ilinin sonu keçirilən müsabiqə nəticəsində ümumi təhsil müəssisələrinə işə qəbul olan müəllimlərin sayında xeyli artım qeydə alınıb: “Müsabiqə nəticəsində vakant yerlər peşəkar kadrlar tərəfindən tutulub, nəticədə təhsilin keyfiyyət göstəricisində əhəmiyyətli artım müşahidə olunub”.

Təhsil naziri Ceyhun Bayramov çıxışlarında daim vurğulayır ki, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır. Nazir hesab edir ki, müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur. Bu səbəbdən son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılıb.

C.Bayramovun da qeyd etdiyi kimi müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilib. İlk dəfə olaraq ölkə üzrə müəllimlərin yerdəyişməsi və müddətli əmək müqaviləsi əsasında işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.

Hazırda ölkə üzrə müəllimlərin sayı 144 414 nəfər təşkil edir. Onların da 39 179 nəfəri, yəni 27 faizi 35 yaşa qədər olan gənc müəllimlərdir. Həmin müəllimlərin 6099 nəfəri Bakı şəhərinin payına düşür.

Təhsil eksperti Kamran Əsədov “Report”a bildirib ki, Təhsil Nazirliyi son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir: “Ötən il işə qəbul olunan 4100 nəfərə yaxın müəllimin 2724 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edilib. Ümumilikdə isə müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində son beş ildə 18 136 müəllim işə qəbul olunub. Onların kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərinə (64 faiz) həvəsləndirmə tədbirləri tətbiq edilib. Bu il isə 7 mindən çox gənc müəllim təhsil sisteminə daxil olacaq”.

O vurğulayıb ki, son illərdə istər müəllimlərin işə qəbulu, istərsə də direktorların işə qəbulundakı şəffaflıq nəticəsində ötən illərlə müqayisədə müəllim və direktor işləmək arzusunda olanların sayında üç dəfə artım müşahidə edilib: “Bu vəzifədə işləmək üçün sənəd verənlərin sayında kəskin artım bunu göstərir. Təkcə bu il 58 mindən çox iddiaçı orta ümumtəhsil məktəblərində işləmək üçün elektron ərizə təqdim etmişdi. Orta məktəblərə maraq təkcə ali təhsillilər arasında artmayıb. Eyni zamanda abituriyentlərdə bu sistemdə şəffaflığı görüb gələcək uğurlu karyeralarını burda görürlər”.

K.Əsədov əlavə edib ki, son 3 ildə Azərbaycanda buraxılış və qəbul imtahanlarının nəticələrinin ildən-ilə daha da yüksəlməsi, tədrisin keyfiyyətinin artması müşahidə edilir: “Bu ona görə baş verir ki, Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərinə şəffaf seçim yolu ilə dinamik, işini bilən, ixtisaslı və savadlı müəllimləri, direktorları qəbul edir. Yeni tədris ilində 3500-ə yaxın yeni gənc müəllim ölkənin müxtəlif məktəblərində fəaliyyətə başlayacaq. Bu orta məktəblərə yeni nəfəs gətirəcək, rəqabət mühitini artıracaq və təhsilin keyfiyyəti artacaq. Yeni təyinatlar müasir təhsil standartlarının orta məktəblərdə tətbiqini sürətləndirəcək. Məhz onların sayəsində ölkə təhsilində dinamik inkişaf baş verəcək”.

Müəllimlərin işə qəbulu müsabiqəsi zamanı ildən-ilə daha yüksək bal toplayan müəllimlərin işə qəbul edildiyini bildirən ekspert deyib ki, bu da savadlı kadrların orta məktəb sisteminə daxil olması deməkdir: “Yekunda bu da öz növbəsində təhsilin keyfiyyətinin artmasına ciddi şəkildə müsbət təsir göstərir”.

Cəlilabad rayonu, Alar kənd 2 saylı tam orta məktəbin fizika müəllimi Elçin Abbasov “Report”a açıqlamasında bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi ilə bu sahədə şəffaflıq təmin edilib, müsabiqə istedadlı gənclərin üzə çıxmasına şərait yaradıb, eyni zamanda müəllimlər arasında sağlam rəqabət mühiti formalaşdırıb: “Bütün bunlar məktəblərə savadlı müəllimlər qazandırıb. Əvvəllər yerlərə təyin olunan müəllimlər arasında təsadüfi şəxslər də olurdu. Onlar bu sahənin insanı olmadığından və təyinat prosesi düzgün aparılmadığından təhsil sahəsinə, cəmiyyətə lazımı qədər faydalı ola bilmirdilər. İndi isə tam əksinə, təyinatlar imtahan yolu ilə tam şəffaf qaydada həyata keçirilir. Sağlam rəqabət gənclərin daha savadlı, intellektual müəllim kimi hazırlaşmasına zəmin yaradır”.

E.Abbasov qeyd edib ki, əvvəllər tələbələr təyinat zamanı daha çox öz rayonlarını seçirdilər: “Çünki savadlılıq səviyyəsi o qədər də əhəmiyyət daşımırdı. Ancaq indi namizəd olan şəxs sərf imtahan yolu ilə istənilən şəhərə, yaxud kəndə təyinat ala bilər. Əvvəllər seçim elektron qaydada olmadığından vakant yerlər bilinmirdi, yəni şəffaflıq olmurdu. Müəllimlər çatışmayanda qeyri-ixtisas fənlərinə seçim olurdu. Bu gün isə vakant yerlər çıxarılır və savadlı namizəd topladığı bala uyğun yer seçə bilir”. 

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı