Təhsil işçilərinin DİQQƏTİNƏ! - Sentyabrın 11-də... | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Təhsil işçilərinin DİQQƏTİNƏ! - Sentyabrın 11-də...

Cəmiyyət A- A A+

Sentyabrın 11-də təhsil işçilərinin respublika konfransı keçiriləcək.

Eurasia Diary xəbər verir ki, konfransda Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, rayon (şəhər) təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ekspertləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcək.

Konfransda ötən tədris ilinin yekunları müzakirə ediləcək, 2019-2020-ci dərs ilinin prioritet istiqamətləri, qarşıda duran hədəflər yerli təhsili idarəetmə orqanlarının, ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin və təhsil ictimaiyyətinin diqqətinə çatdırılacaq.

Konfrans plenar iclas və panel sessiyalardan ibarət olacaq.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...