Bu dəqiqələrdə Bakıda, Milli Məclisin qarşısında iki avtomobil toqquşub.
Eurasi Diary xəbər verir ki, "BMW" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində "KİA"nın sürücüsü xəsarət alıb.
Hazırda hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub. Yaralıya ilkin olaraq yaxınlıqdakı vətəndaşlar köməklik göstərib.