"Düdük, dur çıx bayıra" Eldar Həsənov müstəntiqi otaqdan qovub

Cəmiyyət 00:01 13.09.2019

"1 saylı hüquq məsləhətxanasında işdə vəkillərlə söhbət edirdik. Təxminən 35-40 yaşlarında iki nəfər kişi və iki nəfər qadın məsləhətxanaya daxil oldular. Məni soruşdular. Mərhum müdirimiz Davud İbrahimov məni göstərdi. Qadınlardan biri mənə çox tanış gəldi. Gəlişlərinin məqsədini soruşdum. Dedilər ki, oğlanlarımızı ölüm işi ilə bağlı tutublar 4 aydan çoxdur ki, Bayıl türməsində saxlayırlar. Bizə kömək edin".

Eurasia Diary xəbər verir ki, bu barədə tanınmış vəkil Osman Kazımov özünün feysbuk hesabında yazıb.

O.Kazımovun sözlərinə görə, söhbət əsnasında məlum olub ki, bir nəfər qadını 5 yaşlı qızı ilə öldürüblər:

"Məni necə tapdıqlarını soruşdum. Bir nəfər tanldlğlm prokurorun adını çəkdilər. Dedilər ki, tanışımızdır. Yanına getmişdik. Kömək istədik, bir neçə vəkilin adını çəkdik. Dedi ki sizin yanınıza gələk. Uşaqlarının bu işə nə dərəcədə aidiyyatı olub-olmamasını, ancaq həqiqəti demələrini xahiş etdim. Dedilər ki, dəqiq bilmirik, amma inanmırıq ki, bizim uşaqlar elə qəddarlıq etsinlər. Uşaqlardan birinin 16, digərinin 17 yaşı vardı. Müqavilə bağladım. Orderi müstəntiqə təqdim edib, Bayıl istintaq təcridxanasına getdim. İfadələri arasında ziddiyyət olması ehtimalını nəzərə alaraq yalnız biri ilə müqavilə bağlamışdım. Təcridxanada Adillə (ad şərtidir) görüşdüm. Özümü müstəntiq kimi təqdim etdim. Bildirdim ki, mən yeni müstəntiqəm. Uşağın üzündə sarsıdıcı qorxu hissi var idi. Ona tərəf əl uzadanda və ya hərəkət edəndə diksinirdi. Hiss etdim ki, ağır işgəncəyə məruz qalıb. Dedim ki, qorxmasın. Mənə həqiqəti danışsın. Qadını və uşağı onlarmı öldürüb? Öldürüblərsə, səbəbi nədir. Qorxmasın onu incitməyə imkan verməyəcəm. Həqiqəti desə kömək edəcəm. Mənim mülayim danışığımdan Adil dolmuşdu.

Təxminən 10 dəqiqə mən danışdım, o boğulmuş, gözləri dolmuş vəziyyətdə qulaq asır, danışa bilmirdi. Birdən ucadan hönkürərək ağladı. İmkan verdim ki, ağlayıb sakitləşsin. Sakitləşdikdən sonra dedi ki, əmi, vallah bizim o işdən xəbərimiz yoxdur. Bizi polis işçiləri möhkəm döydülər. Barmaqlarımızı qapının arasına qoydular. Başımıza salafan "kulok" keçirib boğdular. Dırnaqlarımızı kəlbətinlə sıxdılar. Dediklərini yazdıq. Soruşdum ki, sizi prokurorun yanına apardılarmı. Dedi apardılar. Orda dedim ki, mənim günahım yoxdur. Onda prokuror dedi ki, bu köpək oğlun rədd eləyin burdan. Dedim qorxma. Mən vəkiləm. Valideyinlərin mənimlə müqavilə bağlayıb.

Təcridxanadan çıxıb müstəntiqin yanına getdim. Müstəntiq dedi ki, işi yekunlaşdırmışam, məhkəməyə verirəm. Dedim axı dünən dediniz ki, hələ istintaq hərəkətləri var. Vəsatətim var. Mənim iştirakımla, onu dindirin. Dedi ehtiyac yoxdur. Sabahdan işlə tanış olun. Məndən əvvəl guya istintaqın yekunu barədə protokol da tərtib etmiş imiş. Hiss etdim ki, saxtakarlıq edib. Səhərisi gün prokurorluğa getdim, iş materiallaarı ilə tanış olmağa başladım. İşi oxuduqca uşaqların təqsiri olmadığı qənaətinə gəlirdim. Müstəntiq iki nəfər şəxsi yanımda oturdub onlarla ucadan danışıb gülür, tərbiyəsiz sözlər işlədir, mənim fikrimi yayındırmağa çalışırdı. Nahar fasiləsinə qədər birinci cildi oxudum. Ciddi saxtakarlıqlar aşkarladım. Müstəntiq dedi ki, nahar vaxtıdır. Dedim mən nahar etməyəcəm. İkinci cildi verin. Müstəntiq ikinci cildi verib otaqdan çıxdı. Həmin iki nəfər isə otaqda qaldı. Az keçmiş onlara iri qablarda salat və yarpaq dolması gətirdilər. Daha sonra isə kabab gətirildi. Mənə təklif etmədən ağızlarını marçıldada-marçıldada yeməyə başladılar. Hiss etdim ki, əsəbiləşdirmək istəyirlər. Əhəmiyyət vermdən işi oxumaqda davam etdim. Birinci və ikinci cilddəki sübutları xırda detallarına qədər müqayisəli təhlil edərək tanışlığımı davam etdirdim. Gecə saat 23.30 da ikinci cildi də bitirdim. Evə gəldim. Gecə səhərə qədər vəsatət hazırladım. Səhəri gün Bakı Şəhər Prokurorluğuna qəbula getdim. Aidiyyatı şəxslə görüşdüm, vəsatəti təqdim etdim. Uşaqların günahsız olduğunu bildirdim. Zəruri istintaq hərəkətlərinə ehtiyac olduğunu bildirdim. Sonradan general rütbəsi almış şəxs bildirdi ki, vəsatəti öyrənib fikir bildirəcəklər. Bir gün sonra məni prokurorluğa çagırdılar. "Fikrin nədir?",  dedilər. Dedim günahsız uşqların azadlığa çıxması, cinayəti törədən şəxslərin məsuliyyətə cəlb olunması. Soruşdular ki, uşaqlar qohumundurmu? Dedim xeyir. Müxtəlif təkliflər edildi. Əl barmaqları stolun üzərinə qoydular. Dedim arxasındakı sıfırlar neçədir. Dedilər üç. Dedim azdır. Barmaqlaın sayı artdı. Dedim yaxşı razılaşdıq, iş məhkəməyə getdi, bu uşaqlara cəza verildi. Bəs 5 yaşlı körpənin, anasının qanı necə olsun? İki uşağın valideyinləri necə olsun? Dedilər tapşırarıq az cəza verilər, sonra da çıxmalarına kömək edərik. Dedim vəsatətimə yazılı cavab verin. Sizə ağır söz demək istəmirəm. Vicdan pulla alınmır. Çıxdım. Səhərisi gün müstəntiq zəng etdi ki, gəl vəsatətinə cavabı al. İşi məhkəməyə veririk. Vəsatətim rədd olunmuşdu. İşi məhkəməyə verə bilməsinlər deyə vəsatəti axşam saat 20.00-da aldım. Gecə yeni bir vəsatət yazdım".

O.Kazımov yazır ki, səhəri gün Baş Prokurorluğa qəbula gedib:

"Baş Prokurorun köməkçisi Sahil Qasımovla görüşdüm. Vicdanlı adam idi. Vəsatətimi təqdim etdim. İşi danışdım. Dedi sənə inanırıq həmişə doğrusunu deyirsən. Baş Prokurora məruzə etdi. Eldar Həsənov məni qəbul etdi. Vəsatəti diqqətlə oxudu. Dedim ki, Eldar müəllim, işi bu gün məhkəməyə vermək istəyirlər. Sonra telefonu götürüb zəng etdi. Dedi ki, Azər təcili işi oradan götürün. Osmanla görüşün. Günorta saat təxminən 15-16 radələrində məni Baş Prokurorluğa çağırdılar. Baş prokuror Eldar Həsənov rayon prokuroru, Azər Vahabzadə, Nazim Allahverdiyev, köməkçi Sahil Qasımov, müstəntiq və mən birlikdə müzakirəyə başladıq. Baş Prokuror birinci müstəntiqdən iş barədə məlumat soruşdu. Müstəntiq həqiqətə uyğun olmayan yalanlar danışdı. Sonra məndən soruşdu. İşdəki sübutları, ekspert rəyindəki ziddiyyəti, ölümün səbəbini, ayaq izlərini, siqaret kötükləri ilə bağlı məsələləri, dindirilmiş şahidlərin ifadələrində şübhəli şəxslər barədə təsvirləri dedim. Eldar Həsənov Azər Vahabzadədən soruşdu ki, sən işi oxumusan, (vəsatətimin iş materiallarına uyğun olmasını Azər Vahabzadə yoxlamışdı) kim haqlıdır?  Azər Vahabzadə dedi ki, vəkil hər şeyi düz deyir. Uşaqların günahı sübuta yetirilməyib, sübutlar şübhəlidir. Bu vaxt müstəntiq dedi ki, Azər Vahabzadə düz demir. Eldar Həsənov ani susub müstəntiqə baxdı, əsəbi formada müstəntiqə dedi ki, Düdük, dur çıx bayıra. Müstəntiqi otaqdan qovub Azər Vahabzadəyə göstəriş verdi ki, dərhal iş ordan götürülsün. İşin müstəntiqdən götürülüb Bakı Şəhər Prokurorluğuna verilməsinə dair göstəriş verdi. Dedim ki, Eldar müəllim, Bakı Şəhər Prokurorluğu işi məhkəməyə vermək istəyirdi. Ordan çox narahtam. Dedi narahat olma. İş həmən götürüldü. Bir gün sonra şəhər prokurorluğunun müstəntiqi məni dəvət etdi. Dedi iş məndədir. Səndə kömək et, işi açaq. Valideyinləri çağırıb hansı hərəkətlər etmələrini,ancaq məlumatları mənə bildirmələrini tapşırdım. İki gün sonra çox ciddi məlumatlar əldə etdim".

Ardı burada

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
10:24 04.07.2025
HƏMAS atəşkəsə razıdır
10:19 04.07.2025
Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib
09:55 04.07.2025
Tacikistan Prezidenti Azərbaycana gəlib
09:38 04.07.2025
ÜST alkoqol, siqaret və qazlı içkilərin qiymətini artırmağa çağırdı
09:31 04.07.2025
"Beynəlxalq Kosmik Stansiyanı təqaüdə göndərməyin vaxtıdır"
09:16 04.07.2025
Yaddaşı və diqqəti yaxşılaşdırmağın ən sadə üsulu açıqlandı
09:10 04.07.2025
Messi "İnter Mayami"də qala bilər
09:01 04.07.2025
Dəniz dibinə "mikroskoplu çamadan" endirildi
08:46 04.07.2025
Suriyanın gerbi dəyişdirildi
08:31 04.07.2025
Cənubi Koreyada yeni baş nazir təyin edildi
08:12 04.07.2025
"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
Hamısı